"Vaqif Səmədoğlunu ölən yerdə təsəvür etmirəm və etməyəcəyəm" - VİDEO
Prezident İlham Əliyev bu il təkcə jurnalistlərin yox uşaqdan böyüyə çoxunun dostu olduğunu sübut etdi. Ayağını itirmiş körpə İmrana, qan xərçənginə tutulmuş Nicat Dağlara böyük dost oldu. İndi də böyük şairimiz Vaqif Səmədoğlunun yanındadır. Zəmanəmizin böyük şairi Vaqif bədxassəli şişdən əziyyət çəkir. Dövlət başçısı onun da müalicə xərclərini öz öhdəsinə götürüb. Bizimlə söhbətdə şair Prezidentə əslində bir ömürlük təşəkür etdi.
Vaqif Səmədoğlu ilə görüşdə mən sözün həqiqi mənasında o dünyanı görüb qayıtdım. Bu axşam İsrailə müalicəyə yollanan Vaqif Səmədoğlunun nə qədər güclü insan olduğunun, vur-tut 75 yaşı olan adamın bu az yaşı ilə əbədiyyətə qədər tarixi olan ölümün qarşısında necə şax və şux dayandığının şahidi oldum.
Mən indi sizə Vaqif Səmədoğlu ilə müsahibəmizin bir-iki fraqmentini, ölməz şairimizin məhz ölümlə bağlı fikirlərini təqdim edəcəyəm. Ona görə ki, o ölümə ömrünün növbəti stansiyası tək yanaşır.
Bədəni zəifləsə də ruhi əzəmətindən və zarafatından qalmayan Vaqif Səmədoğlu ilə tam müsahibəni yaxın vaxtlarda sizə təqdim edəcəyik. Danışdığımız kimi, Vaqif Səmədoğlu İsraildən qayıdır və biz onunla söhbəti davam etdiririk. Açıq deyirəm: Mən Vaqif müəllimi pianino çalan, şeir deyən, zarafat edən, velosiped sürən, Avropa Şurasında Azərbaycanın adından danışan, hətta dəniz qırağında Motosikl sürərkən 3 çılpaq xanım qarşasında özünü itirərək yerə yıxılan yerdə təsəvür edə bilirəm. Amma Vaqif Səmədoğlunu ölən yerdə təsəvür etmirəm və etməyəcəyəm. Gözləyəcəyəm. Qayıtsın və ölümlə zarafatı buraxıb, həyatla ciddi söhbət eləsin. Bu onda daha yaxşı alınır.
Xərçənglə mübarizə aparan, Türkiyədə əməliyyata hazırlaşan başqa bir ziyalımız Rafiq Hüseynovu da həmin söhbətə dəvət edəcəyəm. Xəsis deyiləm. Orijinallıq olsun deyə müəlliflik hüququnu onunla bölüşməyə hazıram.
Vaqi Səmədoğlu müsahibədə belə bir fikir işlətdi. Mən heç vaxt demokratiya uğrunda mübarizə aparmamışam, mən müstəqillik uğrunda mübarizə aparmışam. Ona görə ki, mən müstəqilliyin nə olduğunu anlayıram.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2286 Tarix: 04 dekabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Troya müharibəsi həqiqətən olubmu?
Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay
08.12.2025 490 Donmuş balığı xarab etmədən necə əritmək olar?
Donmuş balığın buzunu əridəndə tələsmək lazım deyil. Bu proses zaman və səbr tələb edir. Ərimə nə qədər yavaş baş verərsə, məhsulun keyfiyyəti bir o qədər az itkiyə məruz qalır. Balığı necə düzgün ərimək olar?. xəbər verir ki, ən sadə və təhlükəsiz üsullardan biri dondurucudan balığı çıxarıb soyuducuy
07.12.2025 284 Duz əti sərtləşdirir?
Mətbəxdə tez-tez müzakirə olunan suallardan biri də duzun ətə təsiridir. Mütəxəssislərin fikrincə, duz düzgün vaxtda və ölçüdə istifadə edilmədikdə ətin sərtləşməsinə səbəb ola bilər. Lakin doğru texnika ilə tətbiq edildikdə duz ətin dadını və teksturasını yaxşılaşdıra da bilər. xəbər verir ki, araşdırmala
14.12.2025 128 "Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO
Bakının ən məşhur gəzinti məkanlarından olan "Tarqovu"da iki gəncin sevgi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, paylaşılan görüntülərdə bir-birini sevən gənclərin xoşbəxt anları əks olunub və izləyicilərin diqqətini çəkib. Hadisə ətrafdakı insanların da marağına səbə
14.12.2025 192 "Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə
14.12.2025 366 Niyə pəncərə kənarında yatmaq zərərlidir?
Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir. bununla bağlı məlumatları təqdim edir:. Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də
07.12.2025 260 "ChatGPT" niyə bizə ləng cavab verir? - SƏBƏBLƏR
Süni intellekt çatbotu olan "ChatGPT", düşündüyümüzdən daha tez həyatımıza inteqrasiya olub. xəbər verir ki, demək olar hər sualı ona yönləndirir və cavablarını da nəzərə alırıq. "ChatGPT" əksər vaxt tez cavab verir, lakin bəzən gözləniləndən daha yavaş işləyə bilər. Tez-tez verilə
07.12.2025 380 Göz sağlamlığı üçün faydalı təbii qidalar
Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə
09.12.2025 501 Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar
Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli
08.12.2025 381