Azərbaycan vətəndaşları üçün Şengen vizası üzrə rüsum azaldılacaq
Avropa İttifaqı (Aİ) Azərbaycan vətəndaşları üçün Şengen vizası üzrə rüsumlarının məbləğini 60 avrodan 35 avroyadək azaldacaq. Bu, cümə günü Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycanla Aİ arasında imzalanmış viza rejiminin sadələşdirilməsi barədə sazişdə nəzərdə tutulur. BiG.AZ-ın məlumatına görə, bu barədə cümə günü Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
M.Məmmədquliyev deyib ki, bundan başqa, Azərbaycan vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün rüsum tələb olunmayacaq: "Bu, Aİ ölkələrinə təhsil, müalicə xətti ilə, yaxud öz qohumlarının yanına gedənlərə şamil ediləcək. Saziş, həmçinin diplomatik pasport sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur".
Onun sözlərinə görə, müqavilə sayəsində viza alınması üçün təqdim edilməsi tələb olunan sənədlərin sayı azalacaq, vizaların verilməsi üçün konkret zaman çərçivəsi müəyyən ediləcək.
Nazir müavini bildirib ki, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. Lakin bu dəyişikliklər çox güman ki, 2014-cü ilin yayında və ya payızın əvvəllərində qüvvəyə minəcək: "Müqavilənin qüvvəyə minməsi üçün readmissiyalar haqqında sazişin imzalanması vacibdir ki, bu da gələn ilin ilk aylarında, yəni fevralda, ən uzağı martda planlaşdırılır. Bundan sonra Milli Məclisdə və Avropa Parlamentində paraflanma proseduru başlayacaq. Daha sonra hər iki sənəd eyni vaxtda qüvvəyə minəcək".
Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.
Bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1425 Tarix: 29 noyabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608