Messi əfsanəsi

Messi əfsanəsiSon günlərin, son həftələrin, son ayların ən çox dartışılan adamlarından biridir Messi. Maradonanın vəliəhdi sayılırdı elə ilk günlərindən.

Argentina futbolunun Maradonadan sonra yetişdirdiyi ən böyük ulduzlardan olan Ariel Orteqa, Marsello Qallardo, Xavier Saviola kimi bir çox futbolçunun adı "Maradonanın vəliəhdi" adına layiq görülüb futbol dünyası tərəfindən.

Amma gəl ki, hər kəs yanıldı. Muzeydən çıxardılan əfsanəvi 10 nömrəli formanı Maradonadan sonra geyinən ilk argentinalı futbolçu olan Ariel Orteqa təkəbbürü sayəsində özünü bitirdi, Qallardo parlamağa macal tapmamış söndü, Saviola isə hələ də batmamaq üçün çabalayır.

Çəlimsiz ulduz

Fəqət bütün bu adamlardan sonra yep-yeni bir gənc çıxdı meydana. Zəif, çəlimsiz, uşaq... Bəli, düz tapdınız, Lionel Messidən bəhs edirəm. Mətbuatın, futbol ictimaiyyətinin deyil, birbaşa Maradonanın özünün vəliəhdi adlandırdığı adamdan.
Onun hər oyununu izləmək üçün milyonlarla futbol tamaşaçısı ekran başına keçir. Ayaqlarına sanki yapışdırdığı topla davranışlarını izləmək üçün ekrana yapışan futbol azarkeşləri onun oynadığı oyunu futbol adlandırmağa çətinlik çəkir. Doğurdan da, əgər, Messi də futbol oynayırsa, digər futbolçular nə edir? Yox, bu oğlan ayrı oyun oynayır.
Amma bu qədər möhtəşəm və klas oyunuyla dünyanı özünə heyran qoyan bu gəncin acı, yoxsul və kədərli həyatı barədə çoxlarının məlumatı yoxdu.
Əgər düşünürsünüzsə ki, onu "Barselona" Argentinada kəşf edərək İspaniyaya gətirib ulduz edib, yanılırsınız.

Messinin hormonal problemləri

Messi 1987-ci il iyunun 24-də Argentinanın Rozario şəhərində həddən artıq yoxsul bir ailədə doğulub. Ailəsinin tək övladı olan Messi çox xəstə idi. Müalicəsi üçün peşəkar həkimlər lazım idi və təbii ki, pul. Tələb olunan pulu Argentinada qazanmaq mümkünsüzdü. Bu üzdən də ailəsi İspaniyaya köçdü.
Messinin hormonal problemləri var idi. Yeniyetməlik dövründə digər bütün yaşıdlarından fərqli olaraq, inkişaf edə bilmir, böyümürdü. Buna baxmayaraq, xəstəliyi onun futbol oynamasına əngəl olmurdu. 5 yaşında futbola başladığı ilk klubu "Qrandoli"də oynadığı zaman futbolu ilə hər kəsin dilində gəzirdi. Yeni bir ulduz yetişirdi, ta o zamandan bəlli idi.
Argentinanın "Newells Old Boys" komandası gecikmədi. Messi bir müddət bu klubda oynadı. Bütün argentinalı ulduzların oynamalı olduğu "River Plate" və "Boka Juniors"dan birincisi cəld tərpənərək yeniyetmə Lioneli heyətinə qatdı.

Zirvəyə doğru

Amma müalicə olunmalı idi... Bu üzdən də sevimli futbolunu yarımçıq qoyub, İspaniyaya müalicəyə getməli idi. Messi 13 yaşında İspaniyaya getdi. Həm müalicə olundu, həm futbol oynamağa davam elədi. İspaniyada bir çox klubun uşaqlardan ibarət komandalarında oynadı. Bu arada "Barselona" da onu izləməyə davam edirdi. Və tezliklə Messi "Barsa"ya gəldi. İlk öncə əvəzedicilərin çempionatında oynadı, amma Messi bu çempionata ağır gəldi. Raykard qısa bir müddət sonra onu əsas heyətə dəvət etdi. İndinin ulduzu, o vaxtın kəşfi "Barselona" formasında çıxdığı ilk rəsmi oyunda meydana sonradan girməsinə baxmayaraq, qol vurdu. Bu da onun öz adını "Barsa" tarixinə yazdırmasına kifayət etdi. O, 17 il, 10 ay, 7 günlük ikən "Barselona"da qol vuraraq, klub tarixində qola imza atan ən gənc futbolçu oldu.
Bunun ardınca 2005-ci ildə Argentinanın 20 yaşlılarından ibarət milli komandası ilə birlikdə dünya çempionatına getdi. Orada da özünü sübut etdi, onu izləyən hər kəsi oynadığı futbola heyran buraxdı. Komandası çempion oldu. Messi özü isə həmin çempionatın həm qol kralı oldu, həm də ən dəyərli oyunçusu. Bu da, yaxın zamanda futbol aləmini yerindən oynadacaq birinin gəldiyinə işarə idi.
Messi Argentina millisinin formasında çıxdığı ilk oyunda - Macarıstanla maçda meydana girdikdən cəmi 20 saniyə sonra rəqibini dirsəklə vurduğu üçün qırmızı kart alaraq oyunu tərk etmişdi. Həm də necə tərk. Göz yaşları içərisində, hönkürərək. Bu onun hələ də uşaq olduğuna işarə idi. O yaşlar oyuncağını əlinə alan kimi sındırmış uşağın gözyaşları idi. O oyundan sonra artıq Messinin ulduz xəstəliyinə tutulduğunu deyənlər var idi. Amma...

Yığmanın ən böyük "Silahı"

Messi Argentinanın bu ilki dünya çempionatında ən böyük "silahı" olacaq. Millinin baş məşqçisi dahi Maradona komandanın bütün oyununu "vəliəhdi" elan etdiyi Messinin üzərində qurur demək olar ki.
Hazırda Messinin oynadığı futbolu bəyənməyənlər də ola bilər. Bəlkə də, kimlərsə iddia edir ki, "Barselona"nın bu uğuru, Messinin hər oyunda vurduğu bir-birindən gözəl qollar komanda oyunun nəticəsidir və Messinin bu qədər şişirdilməsi "Katalonlar"ın digər oyunçularına qarşı ədalətsizlikdir. Bəli, razıyam, "Barselona" bu gün Avropanın ən güclü komanda oyunu oynayan klubudur. Amma...
Amma tarixin bütün dövrlərinə nəzər salsaq görərik ki, bütün böyük uğurlarda ortaya çıxan liderləri saymasaq, onları böyütməsək, əldə olunan uğur bir xeyli öz əhəmiyyətini itirər. Bu baxımdan, bu gün Messinin "Barsa"nı təkbaşına çiyinində daşıdığını söyləmək ədalətsizlik olar, razıyam, amma Messisiz "Barselona" da bu futbolu oynaya bilməz. Bəlkə də mən şişirdirəm, amma Messisiz futbol sanki futbol olmaz, Messisiz futbol bu cür gözəl, bu cür baxımlı, bu cür möhtəşəm və zövqlü olmazdı.
Bu gün onun oyununu, topla davranışlarını izləyərkən, ancaq bu sözləri demək keçir adamın könlündən: "Messi! Messi! Messi!!!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6340   Tarix: 16 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 516
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 364
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 321
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 351
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 252
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 580
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 333
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 846