Parisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTO

BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan mədəniyyət mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib.

Aparıcı Alen Tremolier dünyaşöhrətli şair Nizami Gəncəvinin (1141-1209) Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə dünyaya göz açdığını, ədəbiyyatla yanaşı elmin müxtəlif sahələrində mükəmməl təhsil aldığını, yüksək insani dəyərlərin təsvir edildiyi beş poeması ilə dünya ədəbiyyatı tarixinə xüsusi töhfə verdiyini və şairin 870 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bir gün öncə şairin həyat və yaradıcılığı ilə bağlı Parisin Məktublar və Əlyazmalar Muzeyində sərgi təşkil edildiyini xatırlatmış, şairin ədəbiyyat, elm və xüsusilə humansit sahədə zəngin irs qoyduğunu vurğulamış, beş poemasının toplandığı " Xəmsə " əsərinin yaranmasından səkkiz əsr keçməsinə baxmayaraq bu gün də öz aktuallığını itirmədinini bildirib.

Əxlaqi ideyalarla zəngin əsərlər yaradan şairin xatirəsinin dünya mədəniyyətinin beşiyi hesab edilən Fransda heç də təsadüfü anılmadığını qeyd edən səfir Nizami Gəncəvinin poemalarının əsas məzmununu təşkil edən azadlıq, bərabərlik və qardaşlıq kimi fikirlərin Fransanın əsas devizi olduğunu bəyan edib.

E.Əmirbəyov N.Gəncəvinin 870 illiyi ilə əlaqədar Fransada üç tədbirin keçirilməsinin planlaşdırıldığını, artıq sərgi və konsertin təşkil edildiyini və bir neçə gündən sonra Strasburqda möhtəşəm mərasimin nəzərdə tutulduğunu bildirib. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfri Mehriban Əliyevanın prezident olduğu Heydər Əliyev Fondu tərəfindən şairin həyat və yaradıcılığına dair əsərlərinin yenidən nəşr olunduğunu diqqətə çatdırıb.

Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye çıxışında zəngin tarixə və mədəniyyətə malik Gəncə şəhərinə dəfələrlə səfər etdiyini, Nizami Gəncəvi movzeleyinə baş çəkdiyini, ötən il dahi şairin 870 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etdiyini xatırladıb, azərbaycanlıların, o cümldən gəncəlilərin Nizami Gəncəvi irsinə dərin hörmət bəsləmələrinin şahidi oluğunu qeyd edib.

Andre Vilye Nizami Gəncəvinin yalnız şair deyil, böyük filosof və alim olduğunu, dünyaya çox dəyərli əsərlər bəxş etdiyini diqqətə çatdırıb, şairin 870 illiyinə həsr olunan tədbirlərin Fransada keçirilməsinə, əsərlərinin fransız dilində nəfis şəkildə çap edilməsinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib və qeyd edib ki, fondun Parisdə və Fransanın digər bölgələrində həyata keçirdiyi layihə sayəsində fransızlar dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə müfəssəl məlumat əldə etmək imkanına malik olacaqlar.

Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini senator Jeanny Lorgoeux Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib və şairin Şərq ədəbiyyatında oynadığı mühüm roldan söhbət açıb.
Şairin Xll əsrdə Şərq intibahının əsas simalarından biri olduğunu diqqətə çatdıran senator N.Gəncəvinin yaratdığı əsərlərin yalnız doğma vətəni Azərbaycan üçün deyil, eyni zamnda bütün bəşəriyyət üçün qiymətli mədəni irs olduğunu vurğulayıb.
Sonda senator Heydər Əliyev Fondunun şairin həyat və yaradıcılığına dair fransız dilində hazırladığı materialları yüksək qiymətləndirib, fondun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə " Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Yon regionunda təşkil edilən sərgi və konsertin region sakinlərinin yaddaşında əbədi iz qoyduğunu vurğulayıb.

Sonda incəsənət ustaları maraqlı konsert proqramı iıə çıxış ediblər. Konsertdə solistlərdən Ramil Qasımovun, Gülnaz İsmaylovanın və xanəndə Arzu Əliyevanın ifasında Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılar səslənib. Onları pianoda Elnarə Kəbirlinskaya, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayət ediblər. Gənc skripkaçı Osman Eyyublu " Yeddi gözəl " baletindən parçalar ifa edib.
İncəsənət ustalarının çıxışları musiqisevər fransız tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə Parisin Yll rayonunun meri, senatorlar, deputatlar, tanınmış aktyorlar, dövlət rəsmləri, fransız ictimaiyyətinin nümayəndələri, akkreditə olunan diplomatik korpusun əməkdaşları, diasporamızın təmsilçiləri və tələbələr iştirak ediblər.

Parisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTOParisdə Nizami Gəncəviyə həsr olunan konsert olub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1888   Tarix: 13 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988