Dünyanın danışdığı şəkil - FOTO
Bolqarıstanda universitet tələbələrinin etirazları zamanı çəkilən bir şəkil bütün dünyada maraqla qarşılanıb.
Sosial şəbəkələrdə paylaşılan bu şəkildə tələbələrdən biri papaq və qalxanlı bir polisin çiyinlərindən tutaraq göz yaşı tökür.
Desi Nikolova adlı qız saytdakı şəklin altına belə yazıb:
"Polislərin arasında yaxşıları da var idi. Çiyinlərinə əllərimi qoyduğum polisin burnunda bir az qan var idi. Gördüm ki, etirazçıları digər polislərdən qoruyur. Duyğulandım və göz yaşları içində yanına gedərək özünü qorumasını söylədim. Onun da gözləri doldu və mənə "Özündən muğayat ol. Hər şey düzələcək" dedi".
Şəkil təxminən 2 mindən çox bəyəni yığıb, 5 min dəfə də paylaşılıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto Baxılıb: 6133 Tarix: 14 noyabr 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş