2010-cu ilin Avropa mədəniyyət paytaxtı İstanbul seçildi

2010-cu ilin Avropa mədəniyyət paytaxtı İstanbul seçildiİstanbul, dünyanın heç bir yerində rast gəlinməyən bir coğrafi mövqeyə sahibdir. İstanbulun bir özəlliyi də Avropa və Asiya qitəsini ayıran bir şəhər olmasıdır. Bu iki qitənin arasında gözəlliyi ilə fərqlənən Boğaz yerləşir. Boğazın gözəlliyi yalnız coğrafi baxımdan seçilmir. Boğazın hər iki tərəfini abidələr, qalalar, qəsrlər, saraylar bəzəyir. 2010-cu ilin Avropa Mədəniyyət Paytaxtı İstanbulu bu ünvana qovuşduran bir çox özəlliklər kimi Boğaziçində də mədəniyyət, tarix və gözəllik sərgilənir.

Boğazda Roma illərinə aid kiçik kəndlər tapılıb. Həmin ərazidə Aristokratlar tərəfindən sarayların, monastırların inşa edildiyi da məlumdur. Ancaq bunlar dağınıqdır və Boğazın təbii görünüşünə təsir edəcək şəkildə yerləşməmişdir. Türklər buranı tutmamışdan öncə Boğazda şəhərin hasarlarından başqa əlavə tikili olmamışdır. Şəhərə yaxın bəzi bölgələr 16-cı yüzillikdə dolmuş, ondan kənardakı yerlər isə 18-ci əsrdə geniş şəkildə məskunlaşmışdır. Boğaziçi Osmanlı dönəmində istirahət ərazisi kimi seçilirdi. Osmanlı Saray çevrəsinin Boğaza marağı 18-ci yüzillikdən sonra başladı. Bu yüzillikdən sonra Boğaziçində memarlıq baxımından böyük saray və qəsrlər tikildi. Onlardan biri də Boğazın Anadolu tərəfində yerləşən Bəylərbəyi Sarayıdır.

Sarayın yerləşdiyi ərazi qədim məskun yerlərdəndir.Böyük Konstinusun buraya tikdirdiyi xaç səbəbiylə "İstavroz Bağçaları" adıyla tanınan ərazi Osmanlılar dönəmində Padşahlara xas bağçalarından biri olaraq istifadə edilmişdir. 16-cı əsrdə Osmanlı Bəylərbəyi Mehmet Paşanın köşkü burada yerləşdiyindən əraziyə Bəylərbəyi adı verilib. Bəylərbəyi Sarayı müxtəlif dönəmlərdə padşahların diqqətini çəkmiş, inşa edilən malikanələr və qəsrlərlə istirahət bölgəsi halına gəlmişdir. 1829-cu ildə Osmanlı Sultanı II-ci Mahmudun ağacdan tikdirdiyi Sahil Sarayı ilə ərazinin görünüşü dəyişməyə başladı. Bugünkü Bəylərbəyi Sarayı isə Sultan Ebdüləziz tərəfindən 1861-1865-ci illərdə, baş verən yanğından sonra ağacdan olan Sahil Sarayının yerində tikilmişdir. Tikilinin memarı, o dövrün tanınan simalarından Sarkis Balyandır. Sarayda xüsusilə yay aylarında xarici dövlət başçıları qonaq edilib. Sultan II-ci Ebdülhəmid ömrünün son illərini burda keçirmiş və bu sarayda dünyasını dəyişmişdir.

Bəylərbəyi Sarayı, Boğaziçinin Anadolu hissəsində özəl xüsusiyyətlərə malik olduğundan daha əvvəl tikilən Osmanlı Saraylarından fərqlənir. Yamaclara doğru pillələr biçimində yüksələn və buna görə də "Pilləli Bağçalar" adıyla tanınan bu bağçalarda yerləşən köşklər və qədim saraylardan qalan böyük hovuzu ilə diqqət çəkməkdir. Hovuzun ətrafında tikilən Sarı Köşk, atların qaldığı Axur Köşk və qədim sarayın qalığı omar Mərmər Köşk Osmanlı Saray Memarlığının günümüzə qədər gəlib çatmış ən qədim abidələrindəndir. Osmanlının Qərblə münasibətlərinin gücləndiyi bir dövrdə tikilən Bəylərbəyi Sarayının diqqət çəkən xüsusiyyətlərindən biri də Pilləli Bağçaların altından keçən Tunelin olmasıdır. Tünelin orta hissəsində tikilən çeşmənin üstündəki yazıda Sultan II-ci Mahmudun adı və Sarayın tikildiyi il hekk olunub. Tünel sahil yolu ilə yanaşı, yüksək divarlarlarla bağçalar arasındakı yol kimi də istifadə olunur.

Tikilinin içində və çölündə şərq-qərb üslublarının sintezindən istifadə olunmuşdur. Sultan Ebduləziz otaqların və digər bölmələrin tünd qızılı bəzəklərlə rövnəqləndirilməsi işinə rəssam Mason Bəyi təyin etmişdi.Yeni Saray çox geniş sahə tutmamaqla yanaşı önəmli tikililərdən ibarət idi. İnşa olunmasına böyük maliyyə xərclənənmiş, işıqlandırılması üçün o dövrün öndə gedən texniki vəsaitindən – havaqazından istifadə olunmuşdur. Sarayın işıqlandırılması üçün bir qazxana qurulmuşdur. Daha sonralar bu qazxanadan küçələrin işıqlandırılması üçün də istifadə olunub.

Bəylərbəyi Sarayının əsas binası 19-cu əsr qərb memarlıq üslubundadır. Tikilidə Yunan, Roma,Renessans və Barokko üslublarından istifadə olunub. Sarayın xarici görünüşündəki qərb cizgiləri, daxili görünüşündə ənənəvi Türk bəzədilmə motivləri ilə əvəz olunur. Sarayın planı ənənəvi Türk evi planında olduğu kimi əsas qapının açıldığı dəhlizdən künc otaqlarla davam edir. Qadın və kişilər üçün iki əsas hissədən – Hərəm və Salamlıkdan ibarət Saray zəngin bir görünüşə malikdir. Biri zirzəmi olmaqla Bəylərbəyi Sarayının 3 girişi, 6 salonu və 26 otağı var. İçəridə hovuzların olması sərinlik yaratmaq üçündür. Saray yazlıq olduğu üçün heç bir isitmə sisteminə malik deyil. Digər saraylardan fərqli olaraq Bəylərbəyi Sarayında möhtəşəm buxarılara rast gəlmək olar.

Saray rütubətə və istiyə qarşı Misirdən gətirilən həsirlərlə döşənib. Esasən Türkiyənin məşhur xalçaçılıq bölgəsi kimi tanınan Hərəkədə toxunmuş iri xalça və kilimləri, büllur bogema çilçıraqları, Fransız saatları, Çin, Yapon, Fransa vazaları saraydakı sənət əsərlərinin yalnız bir neçəsidir.

Bəylərbəyi Sarayı, dövrünə məxsus bir yay – yəni yazlıq Sarayı olaraq "Boğaziçinin tarix və kültür dəyərləri" içərisində xüsusi əhəmiyyətə malikdir. İnşa olunan əlavələrlə birlikdə daha da dəyərlənən bu saray muzey olaraq istifadə olunur.Bağçalarında və tarixi Tüneldə yerləşən kafe və satış obyektləri ziyarətçilərin xidmətinə həsr edilib. Saray başqa ölkələrdən gələn qonaqlara ev sahibliyi etməklə ənənəvi saray atmosferini müasir insana tanıdır.

Gecələr işıqlar altında sayrışan Boğaziçinə Rumeli tərəfindən Anadolu hissəsinə doğru baxdıqda işıqlandırılmış sarayı bütün gözəlliyi ilə görə bilərsiniz. Bəylərbəyi Sarayı İstanbulun tarix, kültür və mədəniyyət dəyərlərinin Anadolu hissəsindəki ən gözəl örnəklərindən biridir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3398   Tarix: 07 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018