Bəziləri fəxri ad aldıqdan sonra adama salam vermirlər

Bəziləri fəxri ad aldıqdan sonra adama salam vermirlər"Bilirsiniz nəyə sevinirəm? Baş rolda oynadığım film çəkmədilər, amma mənim haqqımda bəlkə də heç bir xalq artistinin haqqında çəkilməyən qədər verilişlər çəkilib".

APA TV-nin "Ulduz axını" proqramının qonağı olan Akademik Milli Dram Teatrın aktyoru, əməkdar artist Əsgər Məmmədoğlu belə deyib.

O hesab edir ki, komediya aktyorunun görkəmi olmalıdır:

"Bəlkə məndə nə zamansa o obraz var idi. İndi də yoxdur. Bəlkə indi üzüm adiləşib. Fəxri adlar həyatda heç nəyi həll etmir. Dava edirlər, vuruşurlar. Hə, qoy ad verilsin, lap ol xalq artisti, nə olsun. Həm də fəxri ad alırlar, sonra adama salam vermirlər. Görürlər ki, yox, əhəmiyyətli bir şey verilməyib onlara, başlayırlar salam verməyə".

Ələsgər Məmmədoğlu onu həyatda incidən məqamlardan danışıb:

"Məsələn, teatrın 140 illiyi oldu. Mən orada 40 il işləmişəm. Balaca bir nişan verməmələri bir yana, heç sayan da olmadı. Bu işi təşkil edənlər özləri dəyər verməli idilər. Amma məni Gürcüstanda elə qarşıladılar ki, özümə qarşı o münasibəti Azərbaycanda ömründə görməmişdim. Çaşıb qaldım. Onu da heç kim nə yazmadı, nə göstərmədi. Biz teatrda lazımi qədər işləmişik. Allah rəhmət eləsin Əlabbas Qədirova, nə yaxşı ki, o vaxt rəhmətlik Heydər Əliyevin "Hamlet" tamaşasına gəlməsinə nail ola bildi. Yəqin o olmasaydı, bizə indi də fəxri ad verilməmişdi".

Əməkdar artist hesab edir ki, yaxşı tamaşa qoymaq üçün yaxşı rejissor lazımdır:

"Yaxşı tamaşa qoymaq, film çəkmək üçün yaxşı rejissorumuz yoxdur. Ona görə nə kinodan, nə teatrdan heç nə gözləmirəm. Çıxış yolu isə birdir. İstedadlı insanlara yol versinlər. Kimsə gəlməlidir və hər şeyi dəyişməlidir. Necə ki zamanında gəlmişdilər və dəyişdirmişdilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1935   Tarix: 08 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 787
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4400
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 566
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1391
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1581
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1216
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1017
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 370
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 691