Ağıllılar üçün çətin suallar

Ağıllılar üçün çətin suallar1 . Britaniyalı alimlər bir gün ərzində atın bir cüt ayaqlarının 18 kilometr, digər cüt ayaqlarının isə 19 kilometr qət etdiklərini müəyyənləşdiriblər. Belə bir şey həqiqətən də ola bilərmi?

2 . 100 santimetr boyu olan balaca oğlan ağaca öz boyu hündürlüyündə mismar vurur. Üç ildən sonra o, yenə də ağaca öz hündürlüyündə bir mismar vurur. Bu vaxta qədər oğlanın boyu 20 santimetr, ağacın hündürlüyü isə 40 santimetr artır. Mismarlar arasında məsafə nə qədərdir?

3 . Bir ayın üç cümə günləri cüt rəqəmlərə təsadüf edib. Həmən ayın 18-ci həftənin hansı günü idi?

4 . Biri adını ölçülərinə görə alır, digəri – məlumat vermək bacarığına görə, üçüncüsü – dislokasiyasına görə, dördüncüsü isə – gizli qalmağa üstünlük verir... beşincisinin adı nədir?

5 . Bir kişi portretə baxır. Ondan soruşurlar :

- Kimin portretinə baxırsınız?

Kişi cavab verir :

- Mən ailədə tək uşaq olmuşam. Amma yenə də, portretdəkinin atası mənim atamın oğludur.

Kişi kimin portretinə baxırdı?

6 . İki kəndir var. Onların hər biri 1 saat yanır. 15 dəqiqəni necə ölçmək olar?

7 . Cırcırama yayda günün yarısını yatmaqla, günün digər üçdə bir hissəsini rəqs etməklə, altıda bir hissəsini isə – oxumaqla keçirirdi. Yerdə qalmış vaxtı qışa hazırlığa həsr etmək qərarına gəlir. Cırcırama gün ərzində neçə saat qışa hazırlıq görürdü?

8 . Kral şahzadənin varlı birisi ilə evlənməsinə qərar verir. Şahzadə etiraz edir.

Kral qızına deyir:

- Öz taleyini sən özün təyin edəcəksən. Hər kəsin toplandığı sahədə torpaqdan qara daş çıxartsan, mənim dediyim kimi olacaq. Ağ daş çıxartsan, sən istədiyin kimi olacaq.

Lakin qulluqçu şahzadəyə kralın haqsızlıq edib torbaya iki qara daş atacağını deyir. Şahzadə insanlar arasında kralın ədalət duyğusuna ləkə gəlməsindən çəkinərək hər kəsin qarşısında torbanın içində yalnız qara daşların olduğunu göstərə bilmir. Amma şahzadə səhər onu xilas edəcək bir şey edir. O, nə etmişdir?

9 . Masanın üzərində ümumi məbləği 3 qəpik olan iki sikkə var. Onlardan birinin 1 qəpik olmadığını nəzərə alsaq, masanın üzərində hansı qəpiklər var idi?

10 . Hökumətin sevmədiyi bir müdrik var idi. Onu edam etmək qərarına gəlirlər. Və bəyan edirlər: " O, öz ölümünü özü seçəcək. Əgər onun son sözü yalan olsa, müdriki asacaqlar. Əgər doğru olsa, suda batıracaqlar." Müdrik fikirləşir və onu ölümdən qurtaran bir söz deyir. Müdrik nə demişdir?

11 . İki müdriki saraya gətirirlər. Onlardan hansının daha müdrik olduğunu təyin etmək istəyirlər. Və belə bir yarışma keçirdirlər: İki ağ, bir qara olan üç papaqdan hər birini qaranlıq otaqda müdriklərin başlarına taxacaqlar. Sonra isə onları güzgüsüz otaqda bir-biriləri ilə üzbəüz qoyacaqlar. Onun başında hansı papağın olduğunu birinci deyən kəs daha müdrik elan ediləcək.

Müdriklər uzun zaman bir-birilərin qarşısında dururlar. Onların hər birisinin başında ağ papaq var idi.

Və qəflətən müdriklərdən biri dedi: "Mənim başımda ağ papaq var!" Müdrik nə cür düşünərək bu qərara gəlmişdi?

12 . Qaz sürüsü uçurdu və onların qarşısına bir qaz çıxır və deyir:

- Salam, 100 dənə qaz!

Onlar isə cavab verirlər:

-Biz 100 dənə deyilik. Əgər biz indi olduğumuz qədər olsaydıq və üstəlik onun yarısı qədər, üstəlik əvvəl olduğumuzun da dörddə biri qədər və sən də olsaydın, onda biz 100 dənə qaz olardıq.

Sürüdə neçə qaz var idi?

13 . Bir kişini onun otağında ölü vəziyyətdə tapırlar. Kişinin bədəni yazı masasının üzərinə tərəf əyilmişdi, əlində tapança var idi və masanın üzərində diktofon var idi. Polislər diktofonu işə salırlar və mərhumun səs yazısını eşidirlər: "Mən daha yaşaya bilmirəm. Həyat mənim üçün mənasını itirib..." Bundan sonra atəş səsi eşidilir.

Sizcə polislər bu hadisənin intihar olmadığını və kişinin öldürüldüyünü necə anlayırlar?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2027   Tarix: 28 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18.05.2024 213
.

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib. Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inanc

09.05.2024 589
.

Dələduzlar professoru da bu üsulla aldatdılar

Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib. yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarları

11.05.2024 276
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

15.05.2024 235
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

08.05.2024 247
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 591
.

"Milyarderlərin ən ağıllısı" vəfat etdi

Sağlığında "investisiya əfsanəsi" kimi qəbul edilən "Renaissance Technologies hedcinq" fondunun təsisçisi Ceyms Simons 86 yaşında vəfat edib. Yaratdığı fond onun ölüm xəbərini rəsmi olaraq bildirir. xarici mediaya istinadla bildirir ki, təşkilatın saytında deyilir: "Biz həmtəsisçimi

11.05.2024 283
.

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu üzgüçülük hovuzu olan bir neçə dəbdəbəli villanın sahibi idi, lakin bir anda intihar etmək qərarına gəlib. xarici mediaya istinadən bildirir ki, tailandlı qulluqçusuna təxminən 100 milyon bat (2 milyon 700 min dollardan çox) dəyərində miras qoyan fransız iş qadını Samui adasında özünü öldürüb

12.05.2024 582
.

Xaqani bağı ətrafında yenidənqurma işləri başlayıb

Bakıda yerləşən Xaqani bağının ətrafında yenidənqurma işləri başlayıb. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir müddət öncə Xaqani bağının ətrafı avtomobillər üçün bağlanmışdı

12.05.2024 278