Monika Belluçi haqqında məlumat və FOTO

Monika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, anası Mariya Qustanelli isə rəssam idi. Uşaqlıqdan bir arzusu var idi- vəkil olmaq. Bu arzunun reallaşması üçün isə o, "Perudci Universiteti"nə qəbul olmalı idi. Bunun üçün isə pul lazım idi. Monika arzusunu nəyin bahasına olursa olsun reallaşdırmaq məqsədi ilə 16 yaşında "Liceo Classico" model agentliyi ilə müqavilə bağladı.

Monika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOQlamur həyat tərzi Monikanın ürəyincə oldu və o, uşaqlıq arzusundan əl çəkdi. İndi o, ən məhşur model olmaq istəyirdi. Bu heç də asan deyildi. Monika isə uşaqlıqdan mübarizə əzmi və səbri ilə həmişə seçilirdi. Qoyduğu məqsədə çatmaq üçün o hər şeyə qadir idi. Çox keçmədən ingilis, fransız dillərini öyrəndi. İspan danışıq dilini də həmçinin. Bu, professionallaşmağa doğru inamlı addımlar idi. 1988-ci ildə Milana gələn Monika, burda "Elite Model Management" model agentliyi ilə müqavilə bağlayır. Artıq bir il sonra- 1989-cu ildə o, Nyu York və Parisin modeli kimi tanınır və "Dolce Gabbana", "Elle" kimi brend markalar üçün podiuma çıxırdı.

1990-cı ildə Monika uğurlu model biznesi ilə kifayətlənmək istəməyərək, özünü aktrisa kimi sınamağa qərar verdi. O, öz vətənində debüt etdi böyük filmə. Aktrisanın ilk filmləri "Oğullarla keçən həyat" (Vita coi figli) və "Canilər" (Briganti) olur. Bu filmlərdəki epizodik rollarda o heç nə ilə yadda qalmadı. 1992-ci ildə isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film təklifi etdi və bu aktrisanın böyük kinoda ilk ciddi imtahanı oldu.

"Drakula" (Dracula) filmindən sonra aktrisaya Avropa və ABŞ-dan gələn təkliflərin ardı arası kəsilmirdi. Amma təcrübəsizlik yenə öz sözünü deyirdi. Aktrisanın 1992-95-ci illər arası çəkildiyi filmləri uğurlu adlandırmaq olmaz. 1996-cı ildə aktrisa "Mənzil" (L’Appartement) filmi ilə yenidən diqqətləri özünə cəmlədi. Filmdəki roluna görə Sezar mükafatı qazandı. Bu film Monikanın şəxsi həyatında da dəyişiklik etdi. Filmdə aktrisa Vinsent Kassel ilə tanış olur. Bu filmdən dərhal sonra aktrisa "Doberman" (Dobermann) filmində rol aldı.

1997-ci ildə üç, 1998-ci ildə dörd filmə çəkilən aktrisaya film təklifləri bitib tükənmirdi. Amma yenə də qeyri-ciddi rollar və obrazlar onun potensialını tam üzə çıxarmağa imkan vermirdi. Eyni zamanda modellik biznesində də uğurlar qazanan Monika 1-ci dərəcəli aktrisa statusu qazanır. Bu o demək idi ki, onu öz filmində görmək istəyən prodüsserlər yaxşı qonorar təklif etməli idilər.

Monika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOMalena
2000-ci ildə isə Monika "Malena" (Malena) filminə çəkilir. Bu film aktrisaya böyük uğur qazandırır. Filmdə yaratdığı obrazı ilə milyonlarla tamaşaçının, kino tənqidçilərinin qəlbini fəth edir. 2001-ci ildə aktrisa həyat yoldaşı olan Vinsent Kassellə bərabər "Canavar qardaşlığı" (Le pacte des loups) filminə çəkilir.

Aktrisanın növbəti rolu 2002-ci ilin ən böyük büdcəli filmi olan "Asteriks və Obeliks Kleopatraya qarşı" (Asterix & Obelix: Mission Cleopatre) filmində olur. Eyni ildə Monika yenidən Vinsent ilə kamera qarşısına keçir. Bu dəfə Qasper Noenin "Dönməzlik" (Irreversible) filmində. Film bu günə qədər kino tarixinin ən cəsarətli filmlərindən sayılır. Aktrisa bu filmi haqda belə deyib: "Mən özüm bu filmə baxa bilmirəm"

Monika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOMonika Belluçi haqqında məlumat və FOTOAktrisanın növbəti filmləri "Məni unutma" (Ricordati di me), "Günəşin göz yaşları" (Tears of the sun), Vaçovski qardaşlarının "Matriks" (Matrix) filmləri trilogiyasının 2-ci və 3-cü hissələri olur. 2004-cü ildə Mel Gibsonun ağır "İsanın son ehtirası" (The passion of the Christ) filmində Mariya Maqdalena obrazını canlandırır. Həmin il cütlüyün bir ilk qız övladı dünyaya gəlir. Uşağı Deva adlandırırlar. Eyni ildə "Gizli agentlər" (Agents secrets), "O mənə nifrət edir" (She hates me), "Qrim qardaşları" (The brothers Grimm) filmlərində rol alır.

2006-cı ildə isə "Şaytan" (Sheitan), "Daş qardaşlığı" (le concile de piere), "N- Mən və Napoleon" (N, le o Napoleone), 2007-ci ildə isə "Onları güllələ"(Shoot’em up), "İkinci nəfəs"( Le deuxième souffle), sonrakı illərdə "Vəhşi qan" (Sanguepazzo), "Bavariya" (Baaria), "Pi Linin şəxsi həyatı" (The private lives of Pippa Lee), "Arxaya baxma" (Ne te reotourne pas), "Sehrbazın şagirdi" (The sorcerer’s apprentice) filmlərinə çəkilir. Hələlik sonuncu filmi 2011-ci ildə Venesiyada təqdimatı olan "Ehtirasın ötən yayı" (Un ete brulant) filmidir.2010-cu ildə Monika və Vinsentin daha bir qızları dünyaya gəlir. Ona Leoni adı verilir.

Monica Bellucci və Vincent Cassel
2004-cü ildə "Ask men’s" jurnalının rəyinə əsasən dünyanın 100 ən gözəl qadını siyahısına başçılıq edir. Monikanın modellik biznesinə Nyu Yorkun "Elle+" şirkəti nəzarət edir. 2011-ci ilin oktyabrında isə "Oriflame" firmasının "Şəhzadə ətir" kompaniyasının simasıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9819   Tarix: 06 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?

2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Trend Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76

01.04.2026 579
.

Soyuducuda təravətin sirri - Pis qoxulardan qurtulun

Xarab olmuş qidalar, rütubət və məhsulların düzgün saxlanmaması soyuducuda xoşagəlməz qoxunun yaranmasına səbəb olur. Lakin bir neçə sadə üsulla əlavə xərc çəkmədən soyuducunu təmiz və təravətli saxlamaq mümkündür. bu təmizlik üsulunu təqdim edir:. Soyuducunuzu müntəzəm təmizləyin. Soyuducunu açarkə

29.03.2026 602
.

Turlar.Az - Daxili Turlar

Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir

26.03.2026 1236
.

"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur

"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları arada

29.03.2026 263
.

Yaponlar işə götürərkən qan qrupunu soruşurlar: Budur səbəbi

Yaponiyada iş müsahibələrində namizədlərə verilən qeyri-adi bir sual illərdir maraq mövzusu olmağa davam edir: "Qan qrupunuz nədir. xəbər verir ki, Yaponiyadakı iş müsahibələrindən tutmuş Dr. Peter D'Adamonun "qan qrupu pəhrizi" nəzəriyyəsinə qədər, 0 qan qrupu sadəcə bioloji məluma

04.04.2026 160
.

Bu bitki evə şanssızlıq və bədbəxtlik gətirir

Bir çoxumuz evimizi gözəlləşdirmək və təbiəti otağımıza gətirmək üçün müxtəlif dibçək gülləri yetişdiririk. Lakin bəzi bitkilər var ki, onlar nəinki havayı təmizləmir, əksinə, evdəki bərəkəti qaçırır və mənfi enerji yaradır. "Ölkə.az" xəbər verir ki, qədim inanclara və bioenerji mütəxəssislərini

03.04.2026 635
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

02.04.2026 4860
.

İmkanlı şəxslər gecə qapı dəstəyinə niyə folqa bağlayırlar?

Ev qapılarının dəstəyinə folqa sarılmasının səbəbi bəlli olub. Son vaxtlar sosial şəbəkələrdə sürətlə yayılan maraqlı üsul ev təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə yol açıb. Mətbəxdə hər kəsin istifadə etdiyi adi alüminium folqa artıq qapı dəstəklərində görünməyə başlayıb. İlk baxışda qəribə görüns

00:19 106
.

İllər keçdikcə dodaqlar niyə incəlir? - Mümkün səbəblər açıqlandı

Dodaqların həcmi yalnız estetik məsələ deyil: bu, dərinin vəziyyəti, onun nəmlənməsi və üz quruluşu ilə sıx bağlıdır. Qaynarinfo xəbər verir ki, "Egeszseg Kalauz" nəşrinin məlumatına görə, bir-biri ilə əlaqəli bir sıra bioloji dəyişikliklər zamanla dodaqların görünüşünü dəyişir. Dodaqları

30.03.2026 425
.

TOP MP3