Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlib

Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlibOktyabrın 29-da Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2014" hesabatı açıqlanıb.

BiG.AZ Trend-ə istinadla xəbər verir ki, hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlib və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasındadır. Ötənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 118 iqtisadiyyatını geridə qoyurdusa, "Doing Business 2014" hesabatında belə ölkələrin sayı 119-dur.

"Doing Business 2014" hesabatında Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 məqsədyönlü tənzimləyici islahat həyata keçirərək və qanunvericiliyini təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olub. Belə ki, Azərbaycan "Doing Business 2014" hesabatında 2012-2013-cü illərdə 3 islahat ("biznesə başlama", "tikinti üçün icazələrin alınması" və "beynəlxalq ticarət" sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilib.

Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna daxil edilib və Sinqapur, Yeni Zelandiya, Honq Konqla yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi vurğulanıb.

Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq, Azərbaycan "tikinti üçün icazələrin alınması" göstəricisi üzrə islahatçı ölkələrdən biri kimi tanınıb, bu sahədə Fransa, Çin, Tayvan və Estoniya kimi dünyada nümunə olaraq göstərilib.

Gömrük prosedurlarının daha da sürətləndirilməsi ilə Azərbaycan hesabatda "beynəlxalq ticarət" göstəricisi üzrə islahatçı ölkə kimi qeyd edilib. Beynəlxalq ticarətin aparılması sahəsində "bir pəncərə" prinsipini tətbiq edən Azərbaycan Sinqapur kimi inkişaf etmiş olkələrlə bir sırada olmaqla, dünyada nümunə göstərilən ölkələr sırasındadır. Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın gömrük sistemində "bir pəncərə" prinsipi ən yaxşı dünya təcrübəsi nəzərə alınmaqla tətbiq olunub. Belə ki, gömrük-keçid məntəqələrində əvvəllər gömrük rəsmiləşdirilməsi zamanı 2-3 saat tələb olunurdursa, bu sahədə islahatların aparılmasından sonra vaxt sərfiyyatı 15-20 dəqiqəyədək azaldılıb.

Hesabatda Azərbaycanın 29 sərhəd-gömrük postunu əhatə edən vahid məlumat bazasının yaradılması yolu ilə gömrük nəzarətinin təşkili xüsusi vurğulanıb.

Bundan başqa, "Doing Business 2014" hesabatında əmlakın qeydiyyatı göstəricisi üzrə Azərbaycan 13-cü, investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi sahəsində müvafiq olaraq, 22-ci və 28-ci yerə yüksəlib.

Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" hesabatında, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmasına, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradır. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliyinin təzahürləridir.

Qeyd edək ki, 2012-ci ildə dərc olunmuş "Doing Business 2013" hesabatı 185 ölkənin iqtisadiyyatını əhatə etdiyi halda, builki hesabata daha 4 ölkə (San Marino, Myanma, Cənubi Sudan və Liviya) əlavə edilib və hesabatın əhatə etdiyi ölkələrin sayı 189-a çatdırılıb.

"Doing Business" hesabatlarına dair daha ətraflı məlumatı www.doingbusiness.org internet səhifəsindən əldə etmək mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 01 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914