Qadınlar kişilərdə nələrə nifrət edir?

Qadınlar kişilərdə nələrə nifrət edir?BiG.AZ publika.az-a istinadən xəbər verir:Uzun bığlar, əzələli bədən quruluşu, jeleli saçlar... Qadınlar bu cür "gözəlliyi" başa düşə bilmir.

Natəmiz dırnaqlar - Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən səliqəli olduğunu düşündürür. Heç bir qadın əyri-üyrü, altı qara çirk zolağı ilə dolmuş dırnaqları olan əlləri tutmaq istəməz.

Çirkli burun - Nəfəs aldıqda tozun buruna daxil olmasına əngəl olan burun tükləri təəssüflər olsun ki, burun dəliklərindən çıxanda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən o tüklər tərpənir və xoşagəlməz görüntü yaranır.

Böyük bığlar - Üzünüzün quruluşuna görə saxladığınız bığ və saqqal təbii ki, sizə xüsusi yaraşıq verir. Lakin bu yaraşıqların uzunluğuna diqqət etməlisiniz. Bir qadın, yediyiniz yeməyin bığlarınızdan sallandığını görsə, o ankı halınızı təsəvvür edirsinizmi?

Qulaq tükləri - Qulaqlarınızdan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Qadınların xoşagəlməz tüklərdən xilas olmaq üçün nələrdən keçdiyini nəzərə alın və cəsarətli olun.

Tüklü bədən - Çiyinlərinizdən sallanan və belinizdəki tüklərdən azad olmağın yolunu özünüz tapın. Sözsüz ki, bu cür təbii "kürklərə" qadınlar nifrət edirlər. Çünki hər bir qadın bir tük yumağına sarılmaq əvəzinə otağını bəzəyən yumşaq oyuncaq ayıya sarılmağı üstün tutar.

Sarı dişlər - Gözəl görünmək üçün mağazalarda istənilən məhsulu tapmaq olar. Mağazaların müxtəlif diş məcunları ilə dolu olduğu bir zamanda hələ də sarı dişlərinizlə qadın üzünə gülümsəyirsinizsə, sizə deməyə söz tapa bilmirik... Unutmayın ki, sizin qadın gülümsəməsinə diqqət yetirdiyiniz qədər onlar da sizin təbəssümünüzə fikir verirlər.

Pis qoxu - Bu problemi həll etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem sizdə daha ciddidirsə, həkimə müraciət edin. Nə yediyinizə də diqqət edin. Sevgilinizlə görüşə getməzdən əvvəl soğan, sarımsaq kimi iyi cəhətdən üzünüzü qara edən şeylər yemisinizsə, görüşü təxirə salmağı məsləhət görərdik. Nanəli saqqız və bir ədəd mixək çeynəməklə işin öhdəsindən gəlmək olar.

Dar və düşük bel şalvarlar - Kişilərdən qadınların dar və ya düşük bel şalvarlar geyinməsinə necə baxdığı barədə sorğu aparsaq, sözsüz ki, çoxlarının rəyi mənfi olacaq. Qadınlar da kişilərin düşük bel şalvarlar, xüsusən də dar şalvarlar geyinməsini yaxşı qarşılamır. Dar şalvarlar kişi sonsuzluğa gətirib çıxara bilər.

İri aksessuarlar - Çox varlı ola bilərsiniz, hətta qızılı rəngi də çox sevə bilərsniz lakin bu mövzuda qadınlar başqa cür düşünür. "Kişilərə bəzək, xüsusən də qızıl bəzək əşyaları yaraşmır." Məsələ burasındadır ki, qadınlar iri aksessuarlar taxan kişiləri ciddi qəbul etmirlər.

Tv pultu - Televizor pultunu əlində oyuncaq edən kişilər qadının gözündən tez düşür. Bir qadının kişilərdə ən sevmədiyi, şey bəlkə də, əlində televizor pultu tutub, sıra ilə idman kanallarını izləməsidir. Çünki sizin izlədiyiniz futbol matçına görə serialın bu axşamkı bölümünə baxa bilməyən qadın, bunu sizə bağışlamaz!

Təsbeh - Hələ də təsbehmi çevirirsiniz? Əgər əlinizi oynatmadan dayana bilmirsinizsə, təsbeh əvəzinə istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki, heç baxmırlar.

Tünd iyli odekolon - Ətiriniz bitsə, belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də, xoşlamadığı parfum qoxusuna dözmək istəməzlər.

İri əzələlər və dar köynəklər - Özünüzü yorub bədən əzələlərinizi şişirtməyin. Qadınlar idman edən və sağlamlığını qoruyan kişiləri bəyənsə də,əzələlərini nümayiş etdirən kişiləri sevmir. Xüsusən də əyninizə olmayan dar köymək geyinmisinizsə, bu onlar üçün dözülməz haldır...

Yekəqarın - Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar yekə qarını da sevmirlər.

Tər qoxusu - Qadınlar təmiz kişiləri sevir. Səliqəli olsanız da, tər qoxusu işləri korlaya bilər. Ətir olmasa da, vücudu qoxumayan kişilərə qadınlar hörmət edirlər.

Ağ şalvar və nazik burun ayaqqabı - Ağ şalvar geyinib görüşə getməyin. Ümumiyyətlə sevdiyiniz qadının xoşuna gəlmək istəyirsinizsə, ağ rəngli palratlara pul xərcləməyin. Xüsusilə yayda geyinilən ağ kətan şalvarları. Onlar 80-ci illərdə qalıb. Aranızda hündürdabanlı və itiburunlu ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Qadınlar ucaboy kişini sevir, amma hündür görünmək üçün dikdaban üstündə gəzən kişiləri bəyənmirlər.

Jeleli tellər - Başına bir qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən qadınlar hürkür. Bunu qulağınıza sırğa edin. Saçınız təmiz və özünüzə yaraşan formada olması bəsdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4331   Tarix: 30 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960