Şok xəbər!Azərbaycanlının "öldürdüyü" Yeqor Şerbakov Polşaya getmək istəyərkən saxlanılıb

Şok xəbər!Azərbaycanlının "öldürdüyü" Yeqor Şerbakov Polşaya getmək istəyərkən saxlanılıb

Azərbaycan vətəndaşı Orxan Zeynalovun "öldürdüyü" Yeqor Şerbakov Rusiyanın Vnukovo hava limanında Varşavaya getmək istəyərkən gömrükdə saxlanıb.

BiG Az, "Yeni Müsavat" qəzetinə istinadən verdiyi xəbərə görə, ötən gün bu xəbər Moskvada ildırım sürətilə yayılmağa başlayıb.

İddialarda bildirilir ki, iki gün öncə ictimaiyyətə Y.Şerbakovun sevgilisi kimi təqdim olunan xanım da Moskva-Paris təyyarəsi ilə Rusiya paytaxtını tərk edib. Xəbəri verən qaynağın iddialarına görə, Rusiyada bu məsələ ilə bağlı gərginlik hələlik davam etdiyindən qondarma ölüm olayının təşkilatçıları Y.Şerbakov və onun sevgilisinin təhlükəsizliyini bu yolla təmin etmək qərarına gəlib.

Y.Şerbakovun Vnukovo hava limanının gömrük məntəqəsində hansı səbəbdən saxlanması aydın deyil. Hələlik deyilənlərlə bağlı rəsmi versiya əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, O.Zeynalovun Y.Şerbakovu öldürməsi haqda iddialara Rusiyada yaşayan soydaşlarımızın böyük çoxluğu şübhə ilə yanaşır. "Fakt"la bağlı geniş reportajlar verən telekanallarda, qəzetlərdə nə meyitin şəkli, nə onun yaxınlarının morqda görüntüləri, nə də dəfn mərasimi görünməyib. Bütün bunlar da sözügedən olayın qurma olması haqda iddialara yol açıb.

Uzun müddət Rusiyada yaşayan və bu topluma yaxşı bələd olanların sözlərinə görə, əgər Yeqor gerçəkdən də ölsəydi, onun dəfn mərasimindən şou yaratmaq istəyən qüvvələr mütləq ortaya çıxacaqdı. O.Zeynalovun istintaqa ilkin ifadəsində heç bir cinayət törətmədiyini deməsi bu arqumenti bir qədər də gücləndirib.

Soydaşlarımızın fikrincə, bu, üçüncü qüvvənin işidir və məqsəd bütün Rusiya ərazisində milli zəmində qarşıdurmalar yaratmaqdır. Əgər demokratik düşüncəli insanlar bu prosesi ifşa etməklə qarşıdurma meyillərinin qarşısını ala bilməsə, Rusiya kimi nəhəng dövlətin həm daxilində, həm də xaricində milli zəmində ciddi problemləri yaranacaq. Çünki Rusiyaya keçmiş Sovet İttifaqından xeyli şəxs miqrasiya etdiyi kimi bu ölkələrin, demək olar ki, hamısında ruslar yaşayır. Xırda bir qığılcım böyük bir alovun yaranmasına səbəb ola bilər.

Hələlik saxta bir iddiaya dayansa belə plan sürətlə həyata keçməkdədir. "Qətl"dən sonra Rusiyada yerli əhali ilə gəlmələr arasında az qala hər gün toqquşmalar baş verir. Moskva rəhbərliyinin bu məsələdə birtərəfli mövqe tutaraq Rusiyanın rus olmayan vətəndaşlarına qarşı ikili standartlar tətbiq etməsi gərginliyi getdikcə artırır.

Yayılan xəbərlərə görə, paytaxt Moskvadan son günlər Azərbaycana köç başlayıb. Uzun müddət Rusiyada yaşayıb normal qazanc sahibi olanlar arasında da Vətənə dönənlər var. Aparılan müşahidələrdən aydın olur ki, geri dönənlərin çoxu Moskvada ailələri ilə bərabər yaşayan şəxslərdir.

Əsas səbəblər sırasında son bir həftədə Moskva məktəblərində ksenofobiya meyillərinin çoxalması da var. Əgər öncələrdə yerli sakinlərlə miqrantlar arasında münasibətlər bütün paytaxtlara xas özəlliklər daşıyırdısa, indi bu ayrı-seçkilik gəlmələrə basqı formasında üzə çıxır. Gəlmələr yersiz hədələrlə üzləşir, ümumiyyətlə isə həm müəllimlər, həm də şagirdlər arasında qeyri-ruslara qarşı ayrı-seçkilik çoxalıb. Psixoloji sarsıntı keçirmək istəməyən valideynlər durumdan çıxış yolunu öz ölkələrinə qayıtmaqda görür.

Rahatsızlıq yaradan məqamlardan biri də Moskvada təhsil alan tələbələrlə bağlıdır. İki gün öncə Moskva metrostansiyalarının birində bir neçə rus gəncin Azərbaycan vətəndaşı olan xanım tələbəyə qarşı aqressiv davranışı paytaxt sakinlərinin müdaxiləsi ilə böyüməyib. Moskva ali məktəblərindən birində təhsil alan tələbə xanım polis idarəsinə gələrək faktla bağlı şikayət yazaraq olayın araşdırılmasını istəsə də, hələlik şikayət əsasında saxlanan olmayıb.

Soydaşlarımız onu da deyir ki, metro çıxışlarını xüsusi təhlükəli hesab edirlər. Özəlliklə axşam saat 8-dən sonra. Bir çox iri meqapolislərdə saat 8 erkən zaman sayılsa da, Moskvada bu saatda artıq əl-ayaq çəkilməyə başlayır. Hətta mərkəzi küçələrdə belə xeyli az insan gözə deyir. Bu durum kriminal elementlər üçün yetərincə cəlbedici olduğundan həyatı təhlükə hiss edən şəxslər saat 8-dən sonra küçələrdə görünməyə meyilli deyil. Çünki heç kim "Rusiya ruslar üçündür" təfəkkürlü millətçilərin hücumundan sığortalanmayıb. Görünən odur ki, Moskvada milli zəmində həyəcan getdikcə artmaqdadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11670   Tarix: 24 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880