Mobil telefonların bizim həyatımızı dəyişməsi barəsində 7 tarixi faktlar
1973-ci ilin 3 aprel ayı, bəşəriyyətin həyatını dəyişən və rabitənin inkişafına səbəb olan bir gündür. Bu gündə Motorola şirkətinin əməkdaşı Martin Kuper Nyu-Yorkda yerləşən Motorola Dyna TAC ofisinə zəng edərək mobil telefonu vasitəsi ilə ilk zəngi edir. Şirkətin baş mühənidisi Kuper mobil telefonla danışan ilk insan olduğu üçün çox xoşbəxt idi. Cihaz 22 sm uzunluğunda idi. Danışıq vaxtı 35 dəqiqə, enerji ilə təmin olunması isə 10 saat təşkil edirdi.
Mobil telefon vasitəsi ilə ilk danışıqdan 10 il ötdükdən sonra Motorolla satış üçün nəzərdə tutulan DynaTAC 8000X modelini istehsal edir. Onun ağırlığı 1 kiloqramdan çox idi və qiyməti 3 500 dollar təşkil edirdi. Martin Kuper bu telefonların ölçülərinin böyük olduğu və bahalı olduqları üçün heç zaman dünya bazarında məşhur olmayacaqlarını düşünürdü.
Mühəndislik və Texnologiyalar İnstitutunun mütəxəssisi Mayk Şort Kuperin ilk zəngini ictimaiyyətdə bir sıçrayış kimi təsvir etmişdi. Onun sözlərinə görə, mobil telefonları satışa buraxmamışdan əvvəl mühəndislər və alimlər telekommunikasiya sahəsində bir sıra tədqiqatlar və testlər aparmışdılar. Tədqiqatların ilk onilliyini müştərilərin tələbatlarının araşdırmalarına sərf edilmişdi.
Mobil telefonlar haqqında 7 maraqlı faktlar:
1 . İlk "açılıb-bağlanan" telefon: 1989-cu ildə Motorola şirkəti MicroTAc modelini yaradır. Açılmış vəziyyətdə onun uzunluğu 22 sm təşkil edirdi.
2 . Yeniyetmələr üçün telefon: 1999-cu ildə Nokia 3210 modeli məktəblilər və yeniyetmələr arasında şöhrət qazanır. Uğurun sirri mobil telefonlarda ilk video oyun olan "İlan" oyununda idi. Bundan savayı, telefonda bir sıra rəngli panellər var idi. Bu da gənc istifadəçilərin diqqətini cəlb edirdi.
3 . Rəng tətbiqi: Sony Ericson T681 modeli buraxılana qədər bütün telefonların ekranı ağ-qara idi. T681 modeli telefonun displeyinin rəngli ola biləcəyinin və texnologiyanın irəlilədiyinin bariz nümunəsi idi. Bundan savayı, telefonda Bluetooth, MMS, e-mail, həmçinin WAP vasitəsi ilə internetə giriş tənzimləmələri var idi.
4 . Nüfuzlu telefon: Danger Hiptop modeli biznes sinfinin ilk mobil telefonu olmuşdu. O, 2002-ci ildə buraxılmışdı və böyük səs-küyə səbəb olmuşdu. Telefonun ekranı 2, 6 düymədən ibarət idi. Həmçinin telefonda AİM mesajlarının mübadilə xidməti təqdim olunmuşdu.
5 . Mobil telefonların biznesi işğal etmələri: 2003-ci ildə BlackBerry 6210 modeli buraxılır. Bu model biznes sahəsini işğal etmişdi. İş adamları boş vaxtlarını telefonda elektron məktubların oxunulmasını sərf etməyə başlamışdılar.
6 . İlk həqiqi smartfon: Palm şirkətinin istehsal etdiyi Treo 600 modeli ilk smartfon idi. Telefonun kamerası, MP3 çaları və rəngli ekranı var idi. Bir çoxları Android və İOS üçün Treo 600 modelinin əməliyyat sistemindən bəhrələnildiyini hesab edirlər.
7 . Cazibədar telefonlar : Razr özündə yüksək texnologiyaları və gözəlliyi birləşdirən ilk telefon modeli olmuşdu. Motorolanın yeni modeli 2004-cü ildə füturistik üslubda buraxılır. Bütün dünyada onun satışı 130 000 000 nüsxə təşkil etmişdi.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 2261 Tarix: 26 oktyabr 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946