Nyu Yorkun mərkəzində Azərbaycanın bayrağı qaldırılıb (Video)

Nyu Yorkun mərkəzində Azərbaycanın bayrağı qaldırılıb (Video)Azərbaycanın dövlət müstəqilliyinin növbəti ildönümü Nyu-Yorkda qeyd edilib.

BiG.AZ saytı bildirirki, bu barədə Türkiyə KİV-ləri yazıb.

Məlumata əsasən, Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən Uoll-Stritdə yerləşən "Bowling Green Park"-da təşkil olunan bayram tədbirinə Azərbaycan diasporası nümayəndələri ilə yanaşı Türk-Amerika Dərnəkləri Federasiyasının təmsilçiləri də qatılıblar.

Tədbirdə Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndiriləndən sonra Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdelenli çıxış edib və Azərbaycanın müstəqilliyinin 22-ci ilini türk diasporu ilə birlikdə qeyd etdikləri üçün böyük fəxr hissi keçirdiyini dilə gətirib.

Keçirilən bayram tədbirləri çərçivəsində hər il olduğu kimi bu il də "Bowling Green Park"-dakı bayraq dirəyinə Azərbaycan bayrağının sancıldığını bildirən E.Yerdelenli deyib: "Burada keçirilən bayram mərasimi Türk diasporunun gücünün ermənilərə göstərilməsidir. Nə qədər ki Qarabağ torpaqları Azərbaycana geri verilməyib, heç bir azərbaycanlının gözünə rahat yuxu getməyəcək. Bizi bu günümüzdə tək qoymayan və dəstək verən türk diasporu təmsilçilərinə öz minnətdarlığımızı bildiririk.

E.Yerdelenli onu da qeyd edib ki, bu il ilk dəfə olaraq, Nyu-Cersi ştatının senatı tərəfindən Azərbaycanla münasibətlərin əhəmiyyətinə diqqət verilməsinin vacib olduğunu qeyd edən sənədin qəbul edilməsi olduqca təqdirəlayiq haldır.

Mərasimdə çıxış edən Türk-Amerika Dərnəkləri Federasiyasının başçısı Ali Çınar rəhbərlik etdiyi federasiyanın Azərbaycan diasporu ilə əlaqələrinin genişləndirilməsi məqsədilə işlərin görüldüyünü qeyd edib.

"Uoll-Stritdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi duyuruq. Ulu öndər Atatürkün də dediyi kimi, sizin məqsədiniz bizim məqsədimiz, sizin xoşbəxtliyiniz bizim xoşbəxtliyimizdir! – A.Çinar çıxışında vurğulayıb.

Bayram tədbirindəki çıxışlardan sonra Azərbaycan bayrağı dirəyə sancılaraq, yüksəklərə qaldırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1897   Tarix: 22 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

21:30 0
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

20:15 131
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

14:03 781
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

15:38 104
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

16:15 111
.

Naxçıvanda qadın intihar etdi

Naxçıvanda intihar hadisəsi olub. xəbər verir ki, hadisə şəhərin Əcəmi seyrangahı adlanan parkda qeydə alınıb. 52 yaşlı S.Tağıyeva burada çoxlu sayda dərman içərək özünü öldürmək istəyib. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır

17:46 211
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 722
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

21:04 0
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 120