Kürün balığı qəhətə çəkilir

Kürün balığı qəhətə çəkilirAparılan son araşdırmalar bir sıra Azərbaycan çaylarında, o cümlədən Kürdə balığın ötən illərlə müqayisədə xeyli azaldığını göstərir. Mütəxəssislərin fikrincə, bunun bir səbəbi çayda suyun miqdarının əvvəlki illərlə müqayisədə az axmasıdır. Digər ikinci və başlıca amil çayla dənizin qovuşduğu ərazidə lillənmənin güclü olmasıdır. Balıqçılar bu məsələdə günahı həm də çayın əvvəlki yatağının sıradan çıxarılmasında görürlər.

Mütəxəssislər deyir ki, hətta bir çox balıq növləri, xüsusən həşəm və ilanbalığının sayı azaldığından çayda az-az rast gəlinir. Hətta çörəyini bu işdən çıxaran bəzi balıqçılar balıq olmadığından evlərini satıb şəhərə gedib.

Məsələ ilə bağlı Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev bildirdi ki, 1953-cü ildən başlayaraq Kür və Araz çayları üzərində bəndlər tikilməyə başalyıb: "Hazırda da Mingəçevir, Bəhramtəpə bəndləri fəaliyyət göstərir. Ümumiyyətlə, Xəzər dənizində olan balıqların əksəriyyəti çoxalmaq üçün Kür çayına girib Arazdan Naxçıvana qədər qalxırlar. Kürə tökülüb çoxaldıqda balıqların sayı çox idi. Ancaq çayların üzərində su anbarları tikiləndə balıqçılığa ziyan dəydi. Düzdür, sonradan dəymiş zərəri ödəmək məqsədi ilə balıqartırma zavodları yaradılması nəzərdə tutulmuşdu və yaradıldı. Müəyyən müddətdir ki, işləyirlər. Sonradan Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar zavodların bir neçəsi suyun altında qaldı. Təmir olunmadığından çoxlu itkilər oldu. İndi də demək olar ki, zavodlar tam gücü ilə işləmir. 2006-cı ildə Neftçalada nərə balığı artırma zavodu tikildi. Təəssüf ki, indiki dövrdə həmin zavod ana balığı tapmaqda çətinlik çəkir. Yəni, bu zavod da tam gücü ilə işləyə bilmir".

Namiq Mustafayevin sözlərinə görə, Kürdə balıqların sayının azalmasının səbəbi çoxalmaq üçün ora gedən balıqların qarşısının alınması oldu: "Əksər heyvanlarda, xüsusən də balqıda belə bir genetik xüsusiyyət var ki, harada kürüdən çıxıbsa, gələcəkdə çoxlmaq üçün həmin yerə getməyə can atır. Məsələn, ilanbalığı ən çox Kür çayından girib Ağstafa, Alacan çayına qədər olan ərazilərdə kürü tökürdü. Sonradan bənd tikmə nəticəsində kürütökmə yerlərinin sayı azaldı. Bununla da 1989-cu ildə Azərbaycanın Qırmızı Kitabına daxil edildi. Amma sonradan məlum oldu ki, o balıq bir çox yerlərdə çoxala bilir. Ona görə də onun Qırmızı Kitabda saxlanılması məqsədəuyğun hesab edilmədi və çıxarıldı. Hazırda kifayət qədər ilanbalığı var. Yəni, ilanbalığı dəyişən mühitə uyğunlaşa bilir. Amma digər balıqlar daha həssas olduqlarına görə çoxalma yerləri sıradan çıxdığından onlar artıb çoxala bilmirlər. Bu gün Kürün aşağı hissələrində bəzi balıqlara çox rast gəlinir. Səbəb də odur ki, Neftaçalada, Salyanda çoxlu özəl təsərrüfatlar var. Həmin göllər boşaldılan zaman kanal vasitəsi ilə qaçan balıqlar olur ki, onlar gedib təbii şəraitdə çoxalırlar. Bəzi balıqların ehtiyatı isə təbii kürütökmə yerlərinə gedə bilmədiyindən Kürdə kəskin şəkildə azalıb".

Ekoloq Telman Zeynalov bildirdi ki, Kürdə bəzi balıq növlərinin azalmasının səbəbləri var: "Birincisi, bəndlərin tikilməsidir. İkincisi səbəb kimi Kürün Xəzər dənizinə tökülən hissəsinin dayazlaşmasına deyə bilərik. Oranın dərinliyi 17.5 metr olmalı idi. Hazırda FHN o ərazilərdə işlər görür. Kürün Xəzərə töküldüyü hissəsini və Mingəçevir Su anbarına qədər olan əraziləri lildən təmizləyib dərinləşdirirlər ki, balıqlar Kür çayında kürü tökə bilsinlər. Kürülər böyüdükcə də Xəzər dənizinə qayıdırlar. Həm də 1997- ci ilə qədər Xəzər dənizinin qalxması ilə əlaqədar, Salyan ərazilərində olan balıqartıma zavodları suyun altında qaldı. Bu da balıqların sayının azalmasına təsir etdi. Ən əsası isə brokonyerlərin hücumu nəticəsində balıqların sayında azalmalar olur. Ona görə də dövlət buna ciddi nəzarət etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3873   Tarix: 22 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3