Qadınların dostluğu keçicidir

Qadınların dostluğu keçicidirBiG.AZ bakuinfo.az-a istinadən xəbər verir ki,kişilər arasında dostluq daha möhkəmdir.
Onlar dostluğa böyük əhəmiyyət verir, adətən dostluğa sadiq qalır və dostları ilə vaxt keçirməyi xoşlayırlar. Qadınlar arasında isə əsl dostluğa nadir hallarda rast gəlinir. Bu isə qadınlar arasında paxıllıq və bir-birinə qarşı xoşagəlməz hisslərin daha çox olması ilə izah olunur.

Psixoloq Gülnaz Dadaşovanın sözlərinə görə, qadınlar arasında dostluq keçicidir: "Fikir versəniz, qızlar məktəb vaxtı dostluq edirsə, ali təhsil müəssisəsinə qəbul olanda həmin rəfiqələrini unudur və yenilərini tapırlar. Ailə həyatı quranda isə dostluq onlar üçün əvvəlki kimi vacib olmur. Bəzilərinin isə həyat yoldaşı və ya qayınanası icazə vermədiyi üçün rəfiqələri ilə əlaqəni də kəsir. Qadınların dostluğa bu cür yanaşmasından da görmək olur ki, onlar üçün dostluq elə də əhəmiyyətli deyil" deyən G.Dadaşova hesab edir ki, kişilər üçünsə əksinədir. Belə ki, hələ uşaq vaxtlarından onlar dostluq əlaqələri qurmağa çalışır: "Oğlanların aləmində dostu olmayan adam zəifdir, dostlar isə onlar üçün arxadır. Məhz oğlanların dostluğa bu cür yanaşması sonradan da dostluğa ehtiyac yaradır. Adətən kişilər arasında dostluq möhkəm olur və uzunmüddət sürür. Qadınlardan fərqli olaraq onlar ailə həyatı qurandan sonra da dostlarını itirməməyə çalışırlar".

Adətən kişilər heç bir təmanna güdmədən dostluq edir və ömürboyu dostluğa sadiq qalırlarsa, qadınlarda əksinə olur. Onlar çox vaxt hansısa təmannanı güdərək dostluq edirlər. Məsələn, birgə mağazaya gedib geyim almaq, gəzməyə getmək, hətta harasa - kafeyə, hansısa şənliyə gedəndə tək qalmamaq və kiminləsə tanış olmaq üçün. Onlar dostluq qurarkən öz geyimlərini, bəzək əşyalarını da göstərmək, dostları ilə bu haqda danışmaq istəyirlər. "Ailə həyatı qurandan sonra isə dostluğu davam etdirirlərsə, söhbətlərinin əsas məzmunu, qayınana, baldız və həyat yoldaşları olur. Onlar bir-birinin arasında uşağın tərbiyəsi, uşağa qayğı kimi mövzulara da toxunurlar".

Psixoloq qeyd edib ki, qadınlarda bir-birinə qarşı xoşagəlməz hisslər olur. Onlar başqa qadının gözəlliyinə, işindəki müvəffəqiyyətlərə, şəxsi həyatına paxıllıq edirlər. Bu səbəbdən də dost ola bilmirlər. Onlar özləri üçün dost seçəndə fikir verirlər ki, rəfiqələri bu sadalanan xüsusiyyətlərə görə onlardan geri qalsın. Onlar ümumi maraqları olan qadınlarla dostluq etməyi xoşlayırlar. Bəzən qadınlar bir-birindən istifadə etmək üçün də dostluq edirlər.
Qadınlar arasında dostluq bəzən təhlükəli olur. Müsahibimizin dediyinə görə, bəzi qadınlar onlara qarşı səmimi olmayan qadını dost kimi qəbul edə bilərlər. Belə ki, bəzən insan öz həqiqi fikir və məqsədlərini gizlədir, onu tanımaq çətin olur. Bu zaman bəzi səbəblərlə sizə qarşı səmimi olmayan adamı tanıya bilərsiniz: "Əsl rəfiqə verdiyi sözə əməl etməyə çalışır, yalan danışmır, sizin maraqlarınızı müdafiə edir. Əgə sizə qarşı münasibəti səmimidirsə, sizin dalınızca danışmayacaq. Söhbət zamanı asanlıqla mövzu tapacaq və onunla yaxşı vaxt keçirəcəksiniz. Əsl dost sizin səhvlərinizi bağışlayacaq və sizi çətin vəziyyətdə qoymayacaq".

Nə qədər qəribə olsa da, hətta ən yaxşı rəfiqələr belə ailə həyatı qurandan sonra rəfiqəni özündən uzaqlaşdırırlar. Belə ki, onlar rəfiqəni özlərinə rəqib hiss etməyə başlayırlar. Həmsöhbətimizə görə, əgər rəfiqə çox çirkindirsə, bu baş vermir. "Lakin bir qayda olaraq rəfiqələrini yaxınlarına buraxmırlar. Onlar qorxurlar ki, rəfiqələri və ya həyat yoldaşları xəyanət edə bilərlər. Hətta xəyanətin baş verməsinə inanmasalar belə, həyat yoldaşlarının fantaziyasında həmin qadın obrazının yaranmasını istəmirlər. Belə ki, qadın üçün ailə çox önəmlidir. Onlar ailəni qorumağa çalışır və buna mane ola bilən hər şeyi özlərindən uzaqlaşdırırlar. Rəfiqələri də onlara maneə kimi görünür. Bəziləri isə sadəcə ailə həyatı qurandan sonra maraqları dəyişdiyi üçün rəfiqələrindən uzaqlaşırlar. Belə ki, ailə həyatı qurandan sonra onların boş vaxtı azalır. Əgər subaylıqda saatlarla rəfiqələri ilə telefonla danışır, birgə gəzintiyə çıxırdılarsa, indi bunu həyat yoldaşları ilə birgə edirlər. Tədricən onlara rəfiqələri ilə vaxt keçirmək maraqsızlaşır. Uşaq dünyaya gələndən sonra isə rəfiqə heç yada da düşmür. Gənc ana uşağa bütün diqqətini verməyə çalışır. Vaxt çatışmazlığı, uşağa və ərə qayğı, məişət problemləri qadını rəfiqələrindən uzaqlaşdırır. Xüsusilə də rəfiqə subaydırsa, onların söhbəti tutmur. Maraqları artıq fərqli olur. Çox vaxt subay rəfiqəyə də ailəli qadınla münasibət qurmaq əlverişsiz olur. Ona görə ki, ailəli qadın məişət problemlərindən, subay qız isə oğlanlardan danışmaq istəyir".

Psixoloq bildirir ki, hamıya eyni cür düşüncə tərzini şamil etmək düzgün deyil. "Qadınlar da əsl dost ola bilir. Çox vaxt artıq məktəb illərindən qızlar dostluq etməyə başlayır və sadalanan qorxulardan, qəribə komplekslərdən əziyyət çəkməyən qadınlar daha möhkəm dostluq qururlar. Onlar hətta ailə həyatı qurandan sonra da dostluq etməyə davam edirlər. Bəzi qadınlar həyatı boyu tədricən yeni dostluq əlaqələri də qurur və dostlarına sadiq qala bilirlər". mənbə:


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2250   Tarix: 22 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 490
.

Donmuş balığı xarab etmədən necə əritmək olar?

Donmuş balığın buzunu əridəndə tələsmək lazım deyil. Bu proses zaman və səbr tələb edir. Ərimə nə qədər yavaş baş verərsə, məhsulun keyfiyyəti bir o qədər az itkiyə məruz qalır. Balığı necə düzgün ərimək olar?. xəbər verir ki, ən sadə və təhlükəsiz üsullardan biri dondurucudan balığı çıxarıb soyuducuy

07.12.2025 284
.

Duz əti sərtləşdirir?

Mətbəxdə tez-tez müzakirə olunan suallardan biri də duzun ətə təsiridir. Mütəxəssislərin fikrincə, duz düzgün vaxtda və ölçüdə istifadə edilmədikdə ətin sərtləşməsinə səbəb ola bilər. Lakin doğru texnika ilə tətbiq edildikdə duz ətin dadını və teksturasını yaxşılaşdıra da bilər. xəbər verir ki, araşdırmala

14.12.2025 128
.

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

Bakının ən məşhur gəzinti məkanlarından olan "Tarqovu"da iki gəncin sevgi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, paylaşılan görüntülərdə bir-birini sevən gənclərin xoşbəxt anları əks olunub və izləyicilərin diqqətini çəkib. Hadisə ətrafdakı insanların da marağına səbə

14.12.2025 192
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

14.12.2025 366
.

Niyə pəncərə kənarında yatmaq zərərlidir?

Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir. bununla bağlı məlumatları təqdim edir:. Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də

07.12.2025 260
.

"ChatGPT" niyə bizə ləng cavab verir? - SƏBƏBLƏR

Süni intellekt çatbotu olan "ChatGPT", düşündüyümüzdən daha tez həyatımıza inteqrasiya olub. xəbər verir ki, demək olar hər sualı ona yönləndirir və cavablarını da nəzərə alırıq. "ChatGPT" əksər vaxt tez cavab verir, lakin bəzən gözləniləndən daha yavaş işləyə bilər. Tez-tez verilə

07.12.2025 380
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 501
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 381
.

TOP MP3