Balıq konservləri insan orqanizmi üçün təhlükəli ola bilər

Balıq konservləri insan orqanizmi üçün təhlükəli ola bilərTərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Bu qəbildən olan məhsulların əksəriyyəti adi şəraitdə uzun müddət keyfiyyətli saxlanıla bilmir. Belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Balıq məhsullarının konservləşdirilməsində fiziki, fiziki-kimyəvi, kimyəvi və biokimyəvi metodlardan istifadə edilir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz balıq konservləri insan orqanizmi üçün təhlükəlidir. Nazirlikdən verilən məlumata görə, bu məhsulların konservlərini alarkən onların qablaşdırılmasına, satış şəraitinə və bəzi amillərə diqqət yetirmək vacibdir.

İstehlakçılar tərəfindən geniş istifadə edilən balıq konservlərinin ticarət şəbəkəsində ən müxtəlif çeşidləri realizə olunur. Təbii konservləri təbii tamını, qoxusunu dəyişən məhsullar əlavə etmədən öz şirəsində, bulyonunda, yeyinti konservlərini isə tomat sous, yağ, və s. əlavə edilməklə hazırlayırlar.

Balıq konservləri metal, yaxud da, şüşə bankalarda qablaşdırılır. Bu konservlər iri balıqların tikələrindən və xırda balıqlardan hazırlanır.

Metal bankalara yan tərəfdən, yaxud qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal, son istifadə tarixi həkk olunur. Eyni zamanda qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı, ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatlar əksini tapmalıdır.

Konservləri ticarət şəbəkəsində müxtəlif müddətlərdə 20ºC-dək olan temperaturda 75 faizdən çox olmayan nisbi rütubətdə saxlamaq olar. Belə ki, konservlərin optimal temperaturda saxlama müddəti onların növündən asılıdır. Məsələn, yağda hazırlanan balıq konservləri tomatlı konservlərdən daha yaxşı saxlanıldığına görə, onları 20º temperaturda 2 ilə qədər saxlamaq olar. Tomatda olan balıq konservləri isə 0-5º temperaturda 18 aydan artıq olmayaraq saxlanıla bilər. Ümumilikdə isə qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti məhsulun növündən, qablaşdırılmasından, saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.

Balıq konservləri sterilizə olunmuş, hermetik qabda yerləşdirilən, istifadəyə hazır və müəyyənləşdirilmiş müddətədək saxlanılarkən keyfiyyətini itirməyən məhsuldur. Bu konservlər özünəməxsus dada və qida dəyərlərinə malikdir. Çünki hazırlanarkən balığın yeyilməyə yararsız hissələri kəsilib götürülür. Ona tam gətirən ədviyyatlar və bitki yağları əlavə olunur.

Balıq konservləri alarkən istehlakçıların bir sıra məsələlərə diqqətlə yanaşması zəruridir. Çünki keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı sizin sağlamlığınız üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Bu məhsulları alarkən onların markalanmasında olan məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır.

Qeyd edək ki, balıq konservləşdirilmiş metal qablarda əziklər, batıqlar və pas olduqda onları almaq olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5787   Tarix: 17 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423