Macəra, döyüş janrında yeni yerli filmlərimiz qəhətə çəkilib.

Macəra, döyüş janrında yeni yerli filmlərimiz qəhətə çəkilib.Nicat Qafuroğlu: "Macəra dolu, fantastik, döyüşkən janrda filmlərin çəkilməsi üçün maddi vəsait çox lazım olur"

Dünya kino sənayesində baş verənlərin təhlili bu gün döyüş, macəra, fantastika janrında çəkilən filmlərin daha çox tamaşaçı auditoriiyası topladığını, böyük gəlir gətirdiyini göstərir. Lakin son illərdə ölkəmizdə göstərilən janrda filmlərin istehsalı demək olar ki, yox dərəcəsindədir.
Bunun səbəbləri barədə BiG.AZ-a danışan aktyor, rejissor Elxan Cəfərov qeyd edir: " Macəra filmi industriyalaşmış kino məhsulu olmalıdır. Müstəqil Azərbaycan kino industriyalaşmasının müstəqil addımları indilərdə atılır. Düşünürəm ki, 5 ilə biz bu prosesi bitirəcəyik və ondan sonra müxtəlif janrlara müraciət etmə üsulları çoxalacaq. Fantastik, macəra filmlərinin çəkilməsi üçün pofessional rejissorlar, operatorlar, yazıçılar və kifayət qədər kadrlarımız da var. Sanki, bir qutunun içində xəzinə var. O xəzinənin qutusunun açarını biz indi düzəldirik. Yəni, industriyalaşma xəzinə dolu qutunun açarı deməkdir. Bütün bu potensial, imkanlar da var. Qabaqlar deyilirdi ki, bu sahədə peşəkarlar yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm. Kifayət qədər peşəkarlar var, yetişir. Sadəcə industriyalaşmanın qolu odur ki, biz çəkdiyimiz filmləri ilk olaraq əcnəbi tamaşaçıya təqdim edirik. Bunun müxtəlif problemləri var. Ən birinci isə kinolarımızın piar problemidir ki, hələ də davam edir. Kinoteatrlarımız da azdır. Kino tam industriyalaşdıqdan sonra Prezidentimizin də 2008-2018-ci illər ərzindəki kinonun inkişafı yolunda imzaladığı sərəncama əsasən 2018-ci ildə Azərbaycan kinosu tam industriyalaşmış və maddi texniki bazaya sahib olan bir istehsalat bazasına çevrilməlidir. Kino ömür boyu sanitar rolunu oynayır və oynamaqda da davam etməkdədir. Bu gün biz cəmiyyətin sanitarına çevrilməyin ərəfəsindəyik. Necə ki, Azərbaycan Sovet kinosu sanitar rolunu ifa edirdirdi, biz də bunu etməyə çalışırıq".

"Qafuroğlu Film & Biz Production"un direktoru, rejissor Nicat Qafuroğlu isə qeyd edir: "Yaxşı ssenari və pul olsa, bu gün elə fantastik film çəkərəm! Fantastik film üçün çox vəsait tələb olunur. Digər janrda olan filmlərdən daha çox… Heç olmasa 500 min manta olsa, elə indi o cür film çəkərəm. Bu janrda "babat" film çəkməyə iddialıyam. Çəkdiyim "Ultionis" filmi də belə maraqlı filmlərdəndir. Macəra dolu, fantastik, döyüşkən janrda filmlərin çəkilməsi üçün maddi vəsait çox lazım olur. Hazırda növbəti bədii filmin çəkilişi üçün hazırlıq işləri gedir. Onu bitirməmiş kino haqqında çox danışmaq istəməzdim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1586   Tarix: 16 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489