Könlü balıq istəyənin.

Könlü balıq istəyənin.Balıq yemək ayrı bir ləzzətdir, onu tutmaq tamam ayrı ləzzət

Payız gəldi, balıq mövsümü başladı. Əksər insanlar üçün balıq bütün yeməklərdən üstün sayıldığı halda bir qisim insanlar ümumiyyətlə, balıqdan imtina edir. İstənilən halda, bu gün Azərbaycan mətbəxində balıq önəmli bir yer tutur, məclislərdə, şadlıqlarda ən azı bir növ də olsa, balıq yeməyi süfrəyə təqdim olunur. Balıq yemək ayrı bir ləzzətdir, onu tutmaq tamam ayrı ləzzət.

Əksəriyyət balıq tutmağı, bişirməyi yeməkdən üstün tutur. Balığı bişirib, yeyənlərdən əvvəl onu tutanlarla söhbətləşmək üçün yolumuzu Bayraq Meydanı yaxınlğında yerləşən balıq estakadasından salırıq. Burda balıq tutanlar tək-tük də olsa gözə dəyir. Azər Nəsibov üçün dənizdən tilovuna ilişən pay Allahın onun üçün xüsusi göndərdiyi bir nemətdir: "28 yaşım var. 10 ilə yaxındır balıq tuturam. Özü də yemək üçün yox, zövq almaq üçün. Tutduqlarımı dənizə buraxıram. Həm balaca olur, həm də su təmiz olmadığı üçün insanın canına yatmır. Çoxu mənə deyir ki, sən xəstəsən, bu qədər gözləyib tutduğunu dənizə atırsan. Tək cavabım bu olur ki, balıq sağlamlıq üçün yeyilir, yeyilib zəhərlənmək üçün yox".

Balıqçı deyir ki, aprel ayının axırlarından tutmuş may ayının sonunadək kütüm balığının dövrü olur. "Suyun hərarəti 28-29 dərəcə olanda suyun üzü kefal balıqları ilə dolu olur. Hazırda sazanla boblanın dövrüdür. Qışda isə karp, karaska balıqları ovlanılır".

Balığı özü tutmayan, lakin könlü balıq istəyənlər isə yolunu bazarlardan salır. Balıq bazarlarından biri də Xırdalanda yerləşir. Balıq satılan bu məkandan isə əliboş qayıtmaq mümkün deyil. Satıcılara yaxınlaşırıq. Bütün satıcılar balıqların dadından, fərqindən, bişirilməsindən, satılmasından söz salır. Satıcı Anar Xələfovun dediyinə görə, satdığı balıqların ləzzətinə və keyfiyyətinə zəmanət verir. Bilməyənləri də başa salır ki, balıq alanda nələrə fikir vermək lazımdır: "Balığın təzə olmağını bilmək üçün gözlərinə və qulaqlarına baxmaq lazımdır. Köhnə balığın qulaqlarının içi qara olur. Qəlsəmələr qırmızı və qanlı olanlar təzə balıqlardır. Gözləri ölgün olan balıqlar təzə deyil. Əti yumşaq olan, sümüyü ətindən ayrılan balıqları da yemək olmaz. Təzə balıq əldə oynamalıdır, möhkəm olmalıdır, parça-parça qopmamalıdır. Balığı alıb saxlayanlar varsa, yeyəndə bunlara bir daha diqqət etməlidir".

Balıq satan deyir ki, bəzən alıcılar balıqların dadlarını bir-birindən seçə bilmir. "İki cür balıq var və onların dadı da bir-birindən kəskin fərqlənir. Birinci növ balıqlar göl balıqları, ikinci növ balıqlar dəniz balıqlarıdır. Fərqi odur ki, dəniz balıqları olduqca dadlı və ağ olurlar. Göl balıqları isə əksinə, dadsız və qaramtıl. Səbəbi odur ki, dəniz balıqları hər nə qədər çirkli suda üzsə də axar sudadır. Su yenilənir. Gölməçədə isə suy yenilənmədiyindən, balıqlar çirkab suda üzür, çirkabla qidalanır. Ona görə də dəniz balıqları gölməçə balıqlarından daha dadlı və baha olur".

Balıqların qiymətləri də fərqlidir. Belə ki, indi bazarlarda kütüm balığının kilosu 5 manat, zalom balığı 4 manatdır. Ümumiyyətlə, balığın dadından və növündən asılı olaraq qiymətlər 3 manatla 15 manat arasında dəyişir.

Alıcı Samirə xanım deyir ki, əvvəllər o ancaq zalom və kütüm balıqlarını alırmış. "Sonradan bacım məsləhət gördü ki, xanı balığı alım. Deyir, ən dadlı balıq xanıdır. Bu gün 4 kiloluq xanı almışam. Balıq satanlar balığı təmizləyib, yuyub, doğrayıb verirlər. Mənə heç bir əziyyəti qalmır".

İllər uzunu aparılmış bir sıra araşdırmaların nəticələri göstərir ki, tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Məsələn, balıq ətindən ən çox istifadə olunan ölkələr olan İslandiya, Yaponiya kimi ölkələrdə iflic və ürək xəstəlikləri nəticəsində ölüm faizi olduqca aşağıdır. Balığın tərkibndə olan çoxlu miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr bütün yaş qruplarına aid olan uşaqlar üçün çox əhəmiyyətlidir. Bundan başqa, balıq xüsusilə zülal və Omeqa-3 yağları baxımından çox zəngindir.

Terapevt Xatirə İsayevanın sözlərinə görə, balıq uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır. Yetkin və azyazşlı uşaqların həftədə ən azı iki dəfə balıq yemələri məsləhətlidir. Həzmi asan olduğu üçün 7-ci aydan etibarən körpələrə balıq qaynadılaraq, ya da püre halında yedirdilməlidir. Balıq çox nadir olaraq allergiya verən qidadır. Bu səbəbdən təzə balığı uşaqlara əminliklə yedirmək mümkündür: "Balıq fosfor və mineral baxımından zəngin olduğu üçün xüsusilə məktəb çağlarında sümük inkişafına yaxşı təsir edir. Hər şeydən çox və səhv istifadə edilməsinin sağlamlığa mənfi təsiri olduğu kimi, balıqdan da həddən artıq istifadə etməməyə diqqət yetirmək lazımdır. Qərarında istifadə etmək əhəmiyyətlidir. Ayrıca, balığı yağda qızartmaq əvəzinə buğlama, sobada qızartma şəklində bişirilməsi daha məqsədəuyğundur ki, bu da uşaqların inkişafı üçün daha faydalı olduğunu sübut edir. Balıq sevməyən isnanlara vitamin və mineral dəstəyi üçün balıq yağı məsləhət görürük, amma o kapsulalar belə balığın yerini vermir".

Balıq xeyirli qida olsa da, zərərləri də az deyil. Belə ki, balıq zəhərlənməsi həddsiz ağır olur. Toksikoloq Azadə Həsənovanın sözlərinə görə, ağır zəhərlənmələrə, hətta ölümə səbəb olan balıq qidasına qarşı çox həssas olmaq lazımdır. Dəniz məhsulu olan, əhalinin qidasında mühüm yer tutan balıq ətindən zəhərlənmə yaz və yay fəsillərində daha çox təsadüf olunan haldır. İstidən balığın tərkibindəki maddələr biokimyəvi çevrilmələr nəticəsində orqanizm üçün zəhərli olan maddələrə çevrilir və bu da ağır fəsadlara yol açır. Gündəlik istifadə edilən ət, toyuq, balıq kimi tez xarab olan məhsulları saxlayarkən onların yanında keyfiyyətsiz məhsulların olmamasına diqqət yetirilməlidir. 1 kiloqram balıq ətinin yanına qoyulmuş 100 qramlıq keyfiyyətsiz ət onu da xarab edə bilər. Mikrobların inkişafı və çoxalması xüsusilə rütubət şəraitində sürətlənir: "Xüsusən şadlıq saraylarında balıqdan ehtiyat edən insanlar var. Zəhərlənməyə şərait yaradacaq balığı kəsən zaman ona istifadə olunan bıçaq başqa ərzaqlara dəyərsə, o belə zəhərlənməyə səbəb ola bilər. Balıq qidasından zəhərlənmə uzağı yarım sutka ərzində özünü büruzə verir və ishal, ürəkbulanması, qusma, qarın boşluğunda sancılar, qızdırma ilə müşayiət olunur".

Müsahibimizin bildirdiyinə görə, bəzən eyni yeməyi iki nəfər yesə də, biri zəhərlənir, digəri isə yox. Bu, yaşdan, orqanizmdən və zəhərlənməyə səbəb olan bakteriyalardan, immunitet sistemindən asılıdır. "Bundan başqa, zəhərlənən şəxs mütləq xəstəxanaya çatdırılmalıdır. Çünki zəhərlənmə orqanizm üçün ciddi təhlükələr yarada bilər, mikrobların mənşəyi fərqli olduğundan onun haradan qaynaqlandığını və orqanizmə təsir dərəcəsini qeyri-xəstəxana vəziyyətində müəyyənləşdirmək çətindir. Qusma və ishal nəticəsində orqanizmdə su itkisi olduğundan ölüm halları baş verə bilər. Zəhərlənmə aradan qaldırıldıqdan sonra orqanizmin su itkisini təmin etmək və enerjinin bərpası üçün şirin qidalar və bol miqdarda maye istifadə etmək tövsiyə olunur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4397   Tarix: 14 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659