Bermud üçbucağı: Həqiqət, yoxsa əfsanə?

Bermud üçbucağı: Həqiqət, yoxsa əfsanə?Xəritələrə baxsanız, Atlantik ökeanında bir tərəfi Mayami, bir tərəfi Puerto Rikoya digər tərəfi Bermud adalarına baxan yanlış formalı üçbucaq görünür. Əfsanələrə görə, bir çox adamlar, gəmilər, təyyarələr sirli şəkildə bu rayonda itkin düşürlər. İtkin düşənlərin sayı əsasən kimin üçbucağın yerini nə qədər bilməsindən və hesabatları necə aparmasından asılı olur. Üçbucağın ölçüləri 0.93-dən 2.79 mln.kv.metrə qədər dəyişir. Hər şey müəllifin təsəvvüründən asılıdır ( bəziləri Bermud üçbucağını Azor adalarına, bəziləri Meksika körfəzinə, bəziləri isə Vest-Hind adalarına aid edir). Bəzi tədqiqatçılar hesab edirlər ki, bu ərazinin sirri gedib Kolumba çıxır. Hesabı məhz həmin dövrdən aparsaq Bermud üçbucağında son 500 ildə 200-dən 1000-ə qədər hadisə baş verib. Hərbi- Dəniz, tarixi mərkəzinin əməkdaşı Hovard Rozenberq iddia edir ki, 1973-cü ildən bəri ABŞ-ın sahil mühafizəsi 8000-dən artıq fəlakət siqnalına cavab verib. Sonuncu yüz illikdə isə Bermud üçbucağında təxminən 50 gəmi, 20 təyyarə itib. Sirli itkinlərlə bağlı yadplanetlilərdən tutmuş Atlantidanın qalıqlarında yaşayan antiqravitasiya alətləri və ya digər hələ bizə məlum olmayan texnologiyalara sahib pis niyyətli insanla qədər çoxsaylı fərziyyələr irəli sürüldü. Bəziləri deyir ki, hər şeyin səbəbkarı qanlı axıntılardır, digərləri deyir əsas səbəb ərazidəki maqnitdir. Əlbəttə ki, biz bu rayonda baş verən bədbəxt hadisələri inkar edə bilmərik. Tədqiqatçı-skeptiklər isə daha çox real səbəblərə üstünlük verirlər. Onlar məsələn, təbiət, uğursuzluq, dəniz quldurları, partlayıcı yüklü gəmilər, savadsız dənizçilər və digər təbii və insan faktorlarına inanırlar. Skeptiklər güman edirlər ki, burada tapılması vacib heç bir sirr və ya izahata ehtiyacı olan heç bir qeyri-adi hadisə yoxdur. Bu rayondan keçən nəqliyyatın həcmini, yerini və sayını nəzərə alsaq fəlakətlərin baş verməsi heç də qeyri-adi deyil. İndiyə qədər heç bir tədqiqat ortaya itkin düşmələrlə bağlı hər hansı qeyri-adi hadisə barədə inandırıcı sübut qoymayıb. Sirli şəraitdə itkin düşmüş gəmilərin və təyyarələrin əksəriyyəti əslində heç də üçbucağa düşmürlər. Əsl sirr Bermud üçbucağının necə əfsanəyə çevrilməsidir. Bermud üçbucağı haqqında müasir əfsanə 1945-ci ildə məşq uçuşlaırnı həyata keçirən ABŞ- a aid, zəncirvari uçan, 5 borbardmançı, torpeda daşıyan təyyarənin itməsi ilə yarandı. Təyyarələrin itməsi ilə bağlı ən məntiqli fərziyyə ondan ibarətdir ki, Çarlz Teylorun idarə etdiyi əsas, öndə gedən təyyarənin kompası sıradan çıxır, digər onu izləyən təyyarələrdə isə heç bir naviqasiya aləti yox imiş. Beləcə qrup orientasiyasını itirir və benzinləri bitir. Benzinsiz təyyarələrə təsir edən ağırlıq qüvvəsindən başqa heç bir sirli qüvvədən söz gedə bilməz. Və ya digər hadisə, xilasedici təyyarələrdən biri uçuşdan dərhal sonra partlayır, amma bu ona görə baş verir ki, benzin bakı problemli olur. Son illərdə Bermud üçbucağının ətrafında daha qalın sirr pərdəsi yaradan çoxsaylı məqalə, kitab verilişlər hazırlanıb. Bütün materialları öyrənən skeptik-realist Lourens Kuşe aşkarlayır ki, əslində bu problemə yalnız bir neçə alim həqiqi məsuliyyətlə yanaşıb. Çox vaxt tədqiqatçılar sadəcə öz fikirlərini irəli sürüblər. Bermud üçbucağı barədə çoxsaylı fanatik fərziyyələrin içində ən uğurlu tapmacanın müəllifi isə Çarlz Berlişdir. 1974-cü ildə onun bu sirrə ithaf edilmiş kitabı ən çox oxunanlar arasına düşür. Lourens Kuşe həmçinin 1945-ci ildə itən gəmilərin tədqiqatları üzrə Hərbi-Dəniz rəhbərliyinin 400 səhifəlik rəsmi hesabatlarını da öyrənir. Məlum olur ki, Rəhbərlik bu insidentlərlə bağlı ümumiyyətlə narahat deyil. Bundan əlavə onlar Berliçin kitabında yazdığı radioqrammalar haqqında ümumiyyətlə heç nə yazmayıblar. Kuşenin fikrincə yazıçı sadəcə olaraq uydurub. Kuşe yazır: " Əgər Berliç desə ki məsələn gəmi qırmızıdır, tam əmin olmaq olar ki, o başqa rəngdədir". Yeri gəlmişkən, heç də "Bermud üçbucağı" adını ilk dəfə Berliç yaratmayıb. Jurnalist Vinsent Heddis ilk dəfə olaraq bu rayonu "öldürücü Bermud üçbucağı" adlandırıb. Bu addan isə ilk dəfə olaraq Argosy (orada fərqli hekayələr çap edilirdi), jurnalının 1964-cü il fevral buraxılışında istifadə edir. Qısacası, Bermud üçbucağının sirri, əslində bu mövzuda düşünülmüş spekulyasiyalar aparmağa meylli jurnalistlər və müəlliflər sayəsində əfsanəyə çevrilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10026   Tarix: 11 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424