Qarabağ məğlub oldu

Qarabağ məğlub olduUEFA Avropa Liqasının pley-off mərhələsində çıxış edən Ağdamın "Qarabağ" klubu Almaniyanın "Borussiya" klubu ilə ilk oyun" alt="Qarabağ məğlub oldu" class="imgbcode" />

[b]
Oyun Haqqında

"BORUSSİYA": Roman Verdenfeller, Neven Subotiç, Sebastyan Kel, Nuri Şahin, Mats Hummels, Yakub Blaçikovski, Lukas Barrios, Kevin Qrosskroyts, Şinyi Kaqava, Lukaş Pişçek, Marsel Şmeltser.
Baş məşqçi: Yurgen Kloop.
"QARABAĞ": Fərhad Vəliyev, Maksim Medvedyev, Rəşad Sadiqov, Emin İmaməliyev, Rauf Əliyev, Samir Abasov, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Andrey Rubins, Georgi Adamiya.
Ehtiyat oyunçular: Sahil Kərimov, Aftandil Hacıyev, Zaur Həşimov, Namiq Yusifov, Aslan Kərmiov, Elvin Məmmədov, Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.

* Oyunun keçirildiyi "Siqnal İduna Park" stadionu demək olar ki, tam dolub. 80 mindən artıq tutuma malik arenada möhtəşəm atmosfer var. Bu, Azərbaycan klublarının tarixində ilk belə hadisədir ki, komandamızın oyununu bu qədər sayda futbolsevər izləyir

Tarixi oyun başladı. "Qarabağ"ımıza uğurlar!!!

Oyuna meydan sahibləri başladı

3. Hələlik meydan sahibləri hücum təşkil etməyə çalışır. Komandamız inamla müdafiə olunur

4. Nuri Şahinlə Kaqavanın sayəsində almanlar ilk təhlükəli hücumlarını təşkil etsələr də, Fərhad inamlı oynayır

5. Adamiya fərdi ustalığı sayəsində rəqib müdafiəçilərdən sıyrılıb qapıya zərbə endirsə də, top azca fərqlə çölə çıxır

7. Meydan sahiblərinin müəyyən ərazi üstünlüyü olsa da, komandamız adlı-sanlı rəqibi ilə başa-baş mübarizə aparır

9. "Qarabağ"ımız üçün əks-hücum imkanı...Adamiya topa yetişə bilmir

11. Daha bir əla əks-hücum...Rubins sürətlə irəliləyir. Lakin onun qapı ağzına ötürməsini rəqib müdafiəçilər uzaqlaşdırır

13. Kaqava uzaqdan zərbəylə hesabı açır – 1:0. Fərhad topa toxunsa da, bu qola mane olmaq üçün yetərli olmur

17. Nuri Şahinin qapıya zərbəsini Fərhad çətinlik çəkmədən tutur

19. Hummels cərimə zərbəsindən göndərilən topu qapıya göndərmək istəsə də, Fərhad yenə dəqiq oynayır.

21. Lukas Barriosun uzaqdan elə də qüvvətli olmayan zərbəsini Fərhad zərərsizləşdirə bilmir və ikinci qol qapımızdan keçir - 2:0

24. "Qarabağ"ımız künc zərbəsini yerinə yetirir. Qol vurmaq üçün əla imkan olsa da, son anda rəqib futbolçular təhlükəni sovuşdurur

27. Təəssüf...Müdafiəçilərimizin tək buraxdığı Barrios bu dəfə cərimə meydançasına göndərilən topu başla qapıdan keçirdi – 3:0

35. Rəqibin təhlükəli hücumunun qarşısını Maksim çətinliklə də olsa ala bildi

35. Rəqibin təhlükəli hücumunun qarşısını Maksim çətinliklə də olsa ala bildi

39. "Qarabağ"ımızın əks-hücum üçün gözəl imkanı olsa da, rəqib müdafiəçilər bu dəfə də sayıqlığını itirmir

41. Komandamız daha bir qol buraxır. Kaqava da Barrios kimi başla dəqiq oynayaraq, dublunu rəsmiləşdirir - 4:0

43. Kelin zərbəsi qapıdan yan keçir

Birinci hissə başa çatdı

İkinci hissə başladı

"Qarabağ"ımıza ikinci hissədə uğurlar arzulayırıq və ümid edirik ki, komandamızın üzvləri ən azı vacib səfər qoluna imza atmağı bacaracaqlar

46. "Qarabağ"ımız ikinci hissəyə 2 əvəzetməylə başlayır. Baş məşqçimiz Qurban Qurbanov Emin İmaməliyevin yerinə Namiq Yusifovu, Rauf Əliyevin əvəzinə isə Vüqar Nadirovu meydana buraxır

48. Meydan sahibləri ikinci hissəyə də hücumlarla başlayıb. Subotiçin künc nöqtəsindən göndərilən topa baş zərbəsi üstdən keçir

49. "Borussiya"nın da heyətində əvəzetməyə əl atılır. Blaçikovskini Qötse əvəzləyir

51. Komandamız cərimə zərbəsi qazanır. Lakin Rəşad Sadıqovun zərbəsini rəqib müdafiəçilər qaytara bilir

55. Hummels Rubinsə qarşı kobud oynadığına görə, oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir.

56. Rəşad Sadıqovun zərbəsi yenə müdafiəçilərdən dönür. Epizodun davamında rəqibin təhlükəli əks-hücumu. Yenə Maksim əla oynayır və Kaqavanın qol vurmasına imkan vermir

59. Rəqibin əks-hücumu. Müdafiəçilərimiz topu kornerə çıxarmaq bahasına hücumun qarşısını alır.

60. Rəqib künc zərbəsini yerinə yetirir. Lakin Subotiç Admirə qarşı kobud oynayır. Futbolçumuz zədələnir

61. Subotiç oyunda ikinci sarı vərəqə alan futbolçu olur

63. Komandamız artıq bir qədər fəallığı artırmağa nail olub. Ümid edək ki, futbolçularımız rəqib qapısına yol tapmağa da nail olacaqlar

66. Aqolliyə qarşı kobudluq. Cərimə zərbəsindən heç nə alınmır

67. Sebastyan Keli Sven Bender əvəzləyir

69. Vüqarın qapıya zərbəsi. Rəqib qapıçı topu tutmağı bacarır

70. Kaqava daha bir qol vurur. Lakin hakim oyundankənar vəziyyət qeydə alır

71. Kaqava da əvəzlənir. Kloop onun əvəzində meydana Robert Levandovskini buraxdı

72. Komandamızın heyətində isə məcburi əvəzləməyə əl atılır. Zədələnən Admir Telini Zaur Həşimov əvəzlədi

73. Şmeltserin qapıya zərbəsi. Fərhad bu dəfə sayıqlığını itirmir və topu qaytarmağı bacarır

77. Barrios da fərqlənir. Lakin o da oyundankənar vəziyyətdən sonra...

81. Bender Rəşad Sadiqova qarşı kobud oynayır və növbəti sarı vərəqə alan futbolçu olur

85. Nuri Şahinin uzaqdan zərbəsi yan keçir

Komandamız hücumlar təşkil etməyə çalışsa da, rəqib müdafiəçilər səhvsiz oyunu ilə futbolçularımıza şans yeri qoymurlar

90. Vəliyev Levandovskinin qüvvətli zərbəsini tutur

Oyun başa çatdı. "Qarabağ"ımız Dortmunddan sərfəli nəticə ilə dönə bilmədi. Bunu çox arzulasaq da, qeydə alınan böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq çətin görünür. Ümid edək ki, doğma divarlar arasındakı oyunda təmsilçimiz ən azı qələbə qazanmaqla "Borussiya"ya öz gücünü göstərməyi bacaracaq. Komandamıza növbəti oyunda uğurlar arzulayırıq!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3467   Tarix: 20 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354