Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb

Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb

3-4 oktyabr tarixlərində Budapeştdəki Ötvöş Lorand Universitetində "Mədəniyyət körpüsü - 2013" adlı beynəlxalq festival keçirilib.

Gün.Az-a ölkəmizin Macarıstandakı səfirliyindən bildiriblər ki, səfirliklərin və yerli milli icmaların yardımı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif xalqların, millətlərin onlara xas mədəniyyətinin, milli mətbəxinin, turizm potensialının, tarixinin nümayiş və təbliğ edilməsindən ibarət olub.

İki gün davam edən tədbirdə ölkəmizi Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Macar Gənclər Birliyi təmsil edib.

Festival iştirakçıları səfirlik tərəfindən müxtəlif dövrlərdə Azərbaycanın mədəniyyətinə, tarixinə və ədəbiyyatına dair macar dilində çap edilmiş 30-a yaxın kitaba, paxlava, şəkərbura kimi milli mətbəximizə aid müxtəlif növ şirniyyatlara, Azərbaycan tarixi və mədəniyyətini təcəssüm etdirən suvenirlərə böyük maraq göstərib.

Tədbir zamanı Ermənistan mədəniyyət mərkəzi üçün ayrılmış hissədə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayiş etdirilməsinə cəhd olunub. Səfirlik əməkdaşları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr tərəfindən buna dərhal etiraz edilmiş və təşkilatçılardan bu kimi halların qarşısının alınması tələb olunub.

Eyni zamanda səfirlik tərəfindən məsələ ilə əlaqədar dərhal Macarıstan Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Ötvöş Lorand Universitetinin rəhbərliyi ilə birbaşa danışıqlar aparılıb. Nəticədə qondarma qurumun bayrağının nümayişinə cəhd dayandırılıb və tədbirdə provokasiya ilə məşğul olan ermənilər festivaldan uzaqlaşdırılıb.

Festivalda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Malayziya, Çin, İsrail, eləcə də Avstriya, İtaliya, Fransa və digər bir çox Avropa dövlətlərinin nümayəndələri iştirak ediblər.

Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb Budapeştdə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1991   Tarix: 06 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29.04.2024 354
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 120
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 872
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 173
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 430
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 183
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 172