Günay İbrahimli: Geyimimə görə evdə çox danışdılar

Günay İbrahimli: Geyimimə görə evdə çox danışdılarMüğənni Günay İbrahimlinin "Yaşıl Teatr"da verdiyi ilk solo konsert müzakirəsiz ötüşməyib. Bir çoxları müğənninin açıq-saçıq geyindiyindən danışıb, onu tənqid ediblər. Lakin bəyənənlər də olub...

BiG.AZ axşam.az saytına istinadən xəbər verir ki, bu barədə Günay danışıb.

- Konsertiniz necə keçdi, özünüzdən razı qaldız?

- Konsertin təşkilatçısı Nahid Emiloğluna təşəkkür edirəm. Bu konsert arzum idi, gerçəkləşdirdim. Düzdü, bir az həyəcanlıydım, amma 1-2 mahnı oxuyandan sonra hər şey qaydasına düşdü. Tamaşaçılar sarıdan narahat idim, biləndə ki, biletlər yaxşı satılıb, insanlar gəlib, çox sevindim və ürəklə səhnəyə çıxdım. Amma öncədən özümü psixoloji cəhətdən hazırlamışdım, tamaşaçı az da olsa oxuyacaqdım. Düşünürdüm ki, konsertdən sonra yorğun olacam, borca düşəcəm, əksinə oldu. Konsert yorğunluğumu çıxardı, borca da düşmədim.

- Ancaq geyiminizə görə çox tənqid olundunuz. İfanızı yox, geyimlərinizi daha çox müzakirə etdilər..

- Tənqid də, tərif də normaldır. Vay o günə ki, məni nə tərif, nə də tənqid edələr. Demək, azdan-çoxdan bir iş görmüşəm ki, barəmdə danışırlar. İlk konsertim idi də, müzakirələrə görə pis olmadım. Mən heç vaxt tədbirlərdə, toylarda açıq-saçıq geyinməmişdim. Sadəcə, konsertə görə belə geyindim, fərqli görünmək istədim. Həm də düşündüm ki, geyimim qeyri-adi olmalıdır.

- Bir çoxları bildirdi ki, Günay konsertdə yalnız geyimləri ilə diqqət çəkmək istədi..

- Bu fikirləri mən də eşitmişəm. Mahnılarım tələb edirdi ki, belə geyinim. Məncə, mahnılarla geyimlər bir-birini tamamlayırdı.

- Tənqidlər olacağını bilirdinizmi?

- Əlbəttə... Çünki tamaşaçı məni bu cür geyimdə görməmişdi. Geyimlərim açıq olsa da vulqar deyildi. Xaricdən açıq-saçıq geyimdə gələnləri elə hörmətlə qarşılayırlar ki...Amma öz müğənnilərimiz açıq-saçıq geyinəndə söz-söhbət baş alıb gedir. Abırlı geyinən elə adamlar tanıyıram ki, min hoqqalardan çıxırlar. Gərək mən də onlar kimi pozğun olam? Adama geyimə görə qiymət verməzlər. Geyimlərimdən çox razıyam, peşman deyiləm, konsert gözlədiyimdən də yaxşı keçdi.

- Konsertdən öncə kimlərdən məsləhət aldın?

- Konsertimdən öncə mənə sənət adamları zəng etdilər ki, "konsertini təşkil etmə", "ziyana düşəcəksən", "sənin sponsorun yoxdur", "sən uduzacaqsan" və başqa bu kimi neqativ sözlər dedilər.

- Sizcə, onların Günaya ürəyi yanırdı?

- Yox. Qətiyyən. Mən bilirəm ki, onlar mənim konsert gerçəkləşdirməyimi istəmirdilər.

- Bəs kimsə zəng edib, dəstək oldumu?

- Oldu, sağ olsun, Aygün Kazımova. Mənə söylədi ki, heç kimə fikir vermə, konsertə 2-3 gün qalmış telefonlarını söndür, geyin-keçin konsertini ver. Könül Kərimova, Faiq Ağayev dəstək verdi. İlk gül dəstəsi Röyadan gəldi. Baxmayaraq ki, onunla tanışlığım yoxdur. Düzdür, aramızı vurmaq istəyənlər olub, ancaq bu, alınmayıb. Röya gül göndərməklə bildirdi ki, söz aparıb- gətirənlərə əhəmiyyət verməyim.

- Günay, şou-biznesdə rəqibin kimdir?

- Heç kimi... Prinsipim budur: pislik edənə yaxşılıq elə.

- Konsertdən sonra valideynlərin nə dedilər? Onların geyiminə münasibətləri necə oldu?

- Çox danışdılar, amma evdəkilərə söylədim ki, mən sənət adamıyam. Qohumlarıma demək istəyirəm ki, pis günümdə yanımda olublar ki? Bir çox qohumlarım məni indi tanındığıma görə axtarır. Amma vaxtı ilə atama deyirdilər ki, qızın filan kanaldadır, qızın müğənni olacaq, qoyma, kliplərim efirlərdə gedəndən sonra mənə qarşı fikirləri dəyişdi. Heç nəyi unutmuram. Ağı qaradan yaxşı seçirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8418   Tarix: 05 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

12:50 186
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 386
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 377
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 835
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 285
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 293
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

12:10 222
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

00:48 957
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1860