Narkotikadan istifadə edən Azərbaycan müğənniləri

Narkotikadan istifadə edən Azərbaycan müğənniləriSon vaxtlar dünyaca məşhur ulduzların adının narkotik istifadəçisi kimi hallanması dünya mətbuatının gündəmini də zəbt edib.

BiG.AZ xəbər verirki, Çoxlarının idealına çevrilən ulduzlar spirtli içkilərə aludəçilik göstərməklə yanaşı, narkotik vasitələrdən istifadə etməklə özlərini pərəstişkarlarının, cəmiyyətin gözündən salmaqda davam edirlər. "Narkotik istifadəsinə yox!" deyə gənclərə çağırış etməli olan məşhurlar özləri daha çox həmin bataqlığa düşürlər. Bu mənzərə həmin məşhurların həm özləri, həm də onları sevənlər üçün ürəkağrıdıcı səhnəyə çevrilir.

Ötən ay bir sıra ölkələrdə məşhur simaların narkotik istifadəçisi olmaları ilə bağlı yayılan xəbərlər hamının maraq dairəsinə çevrildi. Eyni hadisə Türkiyədə yenə də baş verir. Belə ki, qonşu ölkənin ən məşhur simalarından olan Çağatay Ulusoy və tanınmış sima hesab olunan Gizem Karaca, müğənni Selin Boronkay, Cenk Erenin narkotik istifadəçisi olduqları və bununla kifayətlənməyib, həm də narkotik satmaqda günahlandırıldıqları xəbəri yayıldı. Hər iki aktyora həbs cəzası kəsiləcəyi də söylənilir.

Olayı şərh edən türk polislərinin dediklərinə görə, tanınmış ifaçı Cenk Eren gecələr narkotiki evlərə çatdırmaqla məşğul imiş. Ayşe Selin Boronkay mətbuatda çalışan Cengiz Esmerdən narkotiki təslim alırmış. Esmerin hesabına yatırılan narkotik pulu çeklə ödənilirmiş. Çağatay Ulusoy isə narkotik istifadə etmək üçün Gizem Karacayı evinə çağırtdıraraq, narkotiki gənc aktrisaya aldırırmış. Polislərin sözlərinə görə, narkotiki Gizem Karacaya aldıran Cağtay Ulusoyun narkotiki "Adını Feriha koydum, Emirin yolu" serialında dublyajçısı Yusif Həsənin evində istifadə etdikləri bəlli olub. Onları hansı cəzanın gözləməsi isə məhkəmədən sonra aydınlaşacaq.

Bundan öncə Türkiyənin usta sənətkarı İbrahim Tatlısəs də narkotik istifadə etməklə kifayətlənməyib, hətta narkotik istifadəçilərinə mərasim təşkil etdiyi üçün bir neçə müddət polis nəzarəti altında saxlanılmışdı. Sonradan təkcə Türkiyənin musiqi kralı İbrahim deyil, hətta ötən il megastar Tarkan da narkotik istifadəçisi olduğunu etiraf etmiş, ancaq buna peşman olduğunu da söyləmişdi: "Mən dərsimi aldım. Bunun üçün türk xalqından üzr istəyirəm. Sizə söz verirəm ki, belə hadisə bir daha təkrarlanmayacaq". Narkotik istifadəçiləri sırasında, həmçinin Türkiyənin məşhur simaları Ceylan, Yıldız Tilbe, Kenan İmirzalıoğlu, Caner Kurtaran, Deniz Seki və başqalarının adı da hallanır.

Qeyd edək ki, bu cür hadisələr tək Türkiyə şou-biznesində deyil, dünyanın əksər ölkələrində baş verir. Belə ki, bütün dünyada milyonların sevimlisi olan müğənni Amy Winehouse, Oliver Stone, Anna Nicole Smith, Şakira, "Hilton" oteller şəbəkəsinin varisi Paris Hilton, bir çox filmlərdən tanıdığımız aktyor Hit Lecer, amerikalı solo ifaçı və bəstəkar Cenis Coplin, aktrisa Lindsi Lohan, məşhur ifaçı Britni Spirs tez-tez narkotikdən istifadə etməklə gündəmə gəlirlər. Hətta dünya şöhrətli Uitni Hyustonun ölümünə səbəbin kokain olduğu aşkarlandı. Belə ki, müğənni bu ilin fevralında Los-Anceləsdə yerləşən "Beverli Hilton" otelinin lüks nömrəsində yüksək dozada narkotikdən həyatını itirmişdi. Hətta Maykl Cekson vaxtilə narkotiki "süd" adlandıraraq, gündəlik istifadə etdiyini mətbuata bildirmişdi. Bu siyahını daha da uzatmaq mümkündür.

Azərbaycana gəlincə, şou-biznesdə olanlar arasında narkotik istifadəçiləri az deyil. Bu gün el arasında məşhur gitara ustası Rəmiş, reper Hüseyn Dərya, "repin atası" hesab olunan Anar Nağılbaz, reper Elşad Xose, mərhum müğənni Elçin Cəlilov və başqalarının adları bu konteksdə hallanır. Onlardan əməkdar artist Rəmiş uzun müddət narkotik istifadəçisi olub. Müsahibələrindən birində "Uşaqlıqdan narkotik istifadə edirəm. "Kubinka"da, "Dağlı məhəlləsi"ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi".

Repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı repçinin üzərindən heroin aşkar edilib və o, həbs olunub. Bir müddət sonra sərbəst buraxılıb.

Digər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır, eləcə də müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotikdən asılılığının olduğu bildirilir. Ümumiyyətlə, əksər meyxanaçıların adının narkotik istifadəçisi kimi hallanması vəziyyətin nə qədər ürəkağrıdıcı olmasından xəbər verir.

Məşhurların narkotikə meyilli olduqlarının səbəblərini araşdıran türk psixoloqu Tülay Kök bunu onlara "hər şeyin azlıq etməsi ilə" izah edir: "Məşhurların sahib olduqları hər şey onlara dar gəlir. Həmin insanlar maddi cəhətdən hər şeyə malik olsalar da, ruhsal olaraq son dərəcə cılızdırlar. Məşhurlar mənəvi həzzlər yaşamaq istəsələr də, bunu necə edəcəklərini bilmirlər. Çünki təməldən gələn və tapına biləcəkləri bir inanc sistemləri yoxdur".

Psixoloq Tülay Kök məşhurların maddi dünyadakı hədəflərinə çatdıqdan sonra həyatlarında nəyinsə çatışmadığını gördüklərini qeyd edib: "Hər kəs istəyir ki, məşhur olsun, ancaq bundan sonrasını düşünmür. Yəni ifaçı bu həzzi alır, hər kəsin sevimlisinə çevrilir, sonra isə həmin həzzlər özünü təkrar etməyə başlayır. Özünü təkrarlayan bir insan bir müddət sonra darıxır və özündənrazılıq duyğusunu aşa bilmir. Maddi dünyadakı irəliləmə bir yerdə dayanır və bu nöqtədən sonra insan mənəvi həyatda inkişaf görmür. Onlar həyatını gələcəyə apara bilmir, o zaman da əlindəkiləri baltalamağa başlayırlar. Mənəvi duyğulardan və sağlam inanc sistemindən məhrum olan insanlar narkotiki son vasitə olaraq görürlər. Narkotik və spirtli içkilər bu insanların həyatına "daha artığını almaq" ümidi ilə daxil olur. Onların aludəsi olan şəxslər də həyatını genişləndirməyə çalışarkən fərqinə belə varmadan həyatını məhv etmiş olurlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 20330   Tarix: 04 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 278
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

00:29 122
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 435
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 362
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 649
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1833
.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

04.05.2024 1935
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 399
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 474