Türkiyəyə səs salan azərbaycanlı əkiz bacılar: "Otuz yaşa kimi evdə qalmış sayılmırıq"

Türkiyəyə səs salan azərbaycanlı əkiz bacılar: "Otuz yaşa kimi evdə qalmış sayılmırıq"BiG.AZ xəbər verir ki, "O səs Türkiyə" müsabiqəsinin iştirakçıları, "S-twins" qrupu kimi tanınan Sevil və Sevinc bacıları Qafqazinfo-nun qonağı olub, sayta müsahibə veriblər.

- Başlayaq "O səs Türkiyə"müsabiqəsindən. Necə oldu ki, yarışmaya qatılmağa qərar verdiniz?

Sevinc : Yarı zarafat, yarı ciddi müraciət etdik. Bizi ora dəvət edəcəklərini düşünmürdük. Artıq seçim turları başlamışdı və bizi dəvət etməmişdilər. Yarışmaya çıxmaq üçün bir neçə etap keçməlisən. Bizi isə birbaşa proqrama çıxartdılar. Çünki CV göndərəndə klipimizi, mahnılarımızı da göndərmişdik. Axşam zəng vurdular ki, səhər müsabiqədə iştirak edəcəksiniz. Yığışıb getdik.

Sevil: Hər kəs bizim saçımızın, formasından, geyimimizdən danışır. Deyirlər saçınız niyə elə idi, geyiminiz pis idi. Biz onlarla müqavilə bağlamışıq, orada mahnıya uyğun geyindirib, makiyaj edirlər, saç düzümünü də onlar etmişdilər, bizim qarışmağa ixtiyarımız yoxdur. Orada Hadisənin dediyi sözü çox bəyəndim. Dedi ki, geyiminiz, saç dözümünüz ilə hamının yaddaşında qalacaqsınız.

- Bu qədər maraqla qarşılanacağınızı gözləyirdinizmi?

Sevinc: Təbii ki, bizi bu qədər maraqla qarşılayacaqlarını gözləmirdik. İfa edərkən münsiflərin dönməmək ehtimalını da bilirdik. Ağlımızda yalnız o idi ki, valideynlərimiz bizi həvəslə yola salıb, seçilməsək, onların üzünə necə baxacağıq. Allaha şükür ki, üzümüz ağ gəldik.

- Valideynlərinizin reaksiyası necə oldu?

Sevil: Yarışmadan çıxdıq iki saat heç kim bizə zəng vurmadı. Düşündük ki, yəqin səhnədə həyəcanlı olub səhv hərəkət etmişik, əsəbiləşiblər. Daha sonra zəng etdilər ki, özümüzə indi gəlmişik. Anam dedi ki, çox sağ olun başımızı uca etdiniz. Bu bizim üçün hər şeydən dəyərlidir. Biz hər işimizi evdəkilərlə məsləhətləşirik, geyimimizi də, saçımızı da, gedəcəyimiz yerləri də onlardan soruşuruq. Xeyir-dua alandan sonra işlərimiz yağ kimi gedir.

- Münsif seçərkən tərəddüd edirdiniz.

Sevinc: Murat Bozu seçmək istəmirdim.

Sevil: Yalan deyir (gülür). Orada qulağıma deyirdi, gəl Muratı seçək.

Sevinc: Bakıya gələndə prodüserimizə dedim ki, yaxşı ki, Muratı seçmədik. Yarışmadan bizi tez çıxarsaydı, ona nifrət edəcəkdim. Evdə bir-birimizə belə təsəllilər veririk. Bakıda Murat Bozla işbirliyi edə bilərik, Türkiyədə Ebru Gündeş olsun, təcrübəsi çoxdur, Ebru ilə işləmək bizim üçün bir məktəb olacaq.

Sevil: Sizə başımıza gələn bir əhvalat danışım. Nə qədər də desələr, bir millət, iki dövlətik, insan yenə də qəribçilik çəkir. Əşyalarımızı otelə qoyan kimi bizi mahnı seçimi üçün studiyaya apardılar. Orada iştirakçılar deyirdi ki, niyə bura gəldiniz, öz ölkənizdə qalardınız, sizi sevməyəcəklər, səs göndərməyəcəklər. Dili bilmirik, bizi pərt ediblər, getdiyimizə peşman olmuşuq, eyvana çıxıb ağladım, sonra Sevinc ilə Nigar (prodüserləri) da gəlib mənə qoşuldular, azan oxunurdu, oturub üçümüz də hönkür-hönkür ağladıq.

Sevinc: Orada pulumuzu oğurlamışdılar. Amma insaflı oğru idi. "Kaşlok"da yüz manat saxlamışdı.Yaxşı ki, tez qayıtdıq.

- Növbəti mərhələyə hazırlaşırsınız?

Sevil: Hazırlaşırsınız deyəndə hər an bizi çağıra bilərlər, hər zaman hazırıq. Bizi qınayırlar ki, niyə Azərbaycan dilində oxumadınız. Orada bizə dedilər ki, türkcə oxuyun, münsiflər bilməsin ki, azərbaycanlısınız. Gələn mərhələlərdə öz dilimizdə mahnı ifa edəcəyik.

Sevinc: Münsiflər azərbaycanlı olduğumuzu bildikdə çox sevindilər, reaksiyaları gözəl oldu. Bizi seçməsəydilər də, azərbaycanlı olduğumuzu biləndə bizi mehriban qarşılayacaqlarını bilirdim.

- Bayaq qeyd etdiniz ki , müqavilə əsnasında bizə qadağa qoyublar. Bu qadağalar nədən ibarətdir?

Sevinc: Mahnı yazdıra, klip çəkdirə, konsert verə bilmərik. Əslində proqramlara çıxmağa, müsahibə verməyə də icazə vermirlər. Biz müğənni olduğumuz üçün bizə efirə çıxmağa icazə verdilər.

- Yerli sənətçilərdən kimlə iş birliyi qurmaq istərdiniz?

Sevinc: Biz ancaq öz yaşıdlarımızla, yeni addımlayan ifaçılarla işbirliyi qurmaq istəyirik. Tanınmış müğənni ilə çalışsaq, deyəcəklər ki, onun kölgəsində məşhurlaşırlar. Biz də tanınıb, təcrübə qazandıqdan sonra tanınmış sənətçilərlə duet oxuyacağıq. Murat Bozla və Timati ilə duet oxumaq istəyirik.

- Toylara necə gedirsinizmi?

Sevinc: Toy məclislərinə gedirik. Yarım saat hazırladığımız repertuarı ifa edirik. Gənc ifaçılardan bizdən çox toy məclislərinə gedən yoxdur, bütün gün şadlıq evlərini gəzirik. Şou proqramlarda da çıxış edirik.

Sevil: Onu da qeyd edək ki, biz sifarişlə oxumuruq. Gəlib bizə deyəndə ki, "Maral"ı oxu razı olmuruq.

- Hər zaman eyni geyinirsiniz, bu eynilik sizi bezdirmir?

Sevil: Yox, bezmirik, uşaqlıqdan artıq öyrəşmişik. Məncə, eyni geyimdə, eyni saç düzümündə daha yadda qalan oluruq.

- Xasiyyətiniz necə oxşardırmı?

Sevinc: Biz xasiyyətcə tamam fərqli insanlarıq. Mən daha qoçağam.

Sevil: Hər işi mən görürəm, yeməyi mənə bişitdirir. Sevinc tənbəldir. Məni alan xoşbəxt olacaq (gülür).

- Şəxsi həyatınızda vəziyyət necədir?

Sevinc: Həyatımızda "aşk" yoxdur. Biz tənha əkizlərik. Hamı eşitsin, aşksızıq, aşksız... (gülür).

Sevil: Hələ 22 yaşımız var. Anam evdə hər gün deyir ailə qurun. Gələn elçiləri qəbul etmirik. Sənətimizlə məşğul olmaq istəyirik. Sevgi etiraf edənlər çoxdur, onlara inanmırıq, düşünürük ki, biz səhnədə olduğumuz üçün bizə yaxınlaşırlar.

Sevinc: Otuz yaşa kimi evdə qalmış sayılmırıq. Hələ xeyli vaxtımız var, sənətimizlə məşğul olacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9335   Tarix: 29 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 176
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 212
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 125
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 300
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 219
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 173
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 126
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 204