"Gündə 4-5 xanımla görüşürdüm" - Anar Nağılbaz
"Əvvəllər gündə 4-5 xanımla görüşürdüm, indi isə... İndi ailəli adamam, özümü həsr etmişəm ailəmə".
BiG.AZ axsam.az-a istinadən bildirir ki, məşhur reper Anar Nağılbaz deyir. Onunla müsahibədə çox şeylərdən danışdıq. Şəxsi həyatından, layihələrindən, daha nələrdən, nələrdən...
- Haralardadı Anar Nağılbaz?
- Bu yaxınlarda müğənni Şölə Səfərəliyeva ifa etdiyimiz "Sənsən" mahnısına çəkilmiş klipin təqdimatını keçirdik. İfa etdiyimiz mahnının musiqisi özümə, sözləri "Mister Baba"nındır. Klipi də Baba çəkdi. Çəkilişlər İsmayıllıda, Lahıcda oldu. Ümid edirəm ki, bu işimiz seviləcək. Bundan başqa reper Elşad Xose, əməkdar artist Aygün Bəylər, Zaur Əmiraslanov, müğənni Natəvan Həbibi və tələbəm Raiqlə birgə möhtəşəm bir layihəyə imza atmışıq.
- Amma diqqət edirsinizsə, bu günün tamaşaçısı repə bir o qədər də maraq göstərmir. Bir vaxtlar rep yüksəliş mərhələsində idisə, indi demək olar ki, yox səviyyəsindədir. Buna səbəb nədir?
- Rep özü hip-hop mədəniyyətinin bir qoludur. Bu mədəniyyətlə bağlı isə Azərbaycanda heç bir assosiasiya fəaliyyət göstərməyib. Ümumiyyətlə, bir yerə yığılacaq məkanımız yoxdur. Amma bütün dünyada var. Məsələn, bizim müxtəlif ölkələrin reperləri ilə münasibətimiz var. Onlardan soruşanda ki, necə oldu bu səviyyəyə gəlib çatdınız, deyirlər ki, yaratdığımız ictimai birlik sayəsində. Mən özüm bir neçə dəfə istəmişəm ki, Azərbaycanda reperləri bir araya gətirək, birləşək nəsə edək. Amma texniki məsələlərə görə, alınmayıb. Məsələn, Elşad Xose çoxdan repdə deyil, "Cin", Mir Yusif repdən uzaqlaşıblar. Hüseyn Dərya isə heç reper deyil. Yalnız Anar Nağılbazla iş bitmir.
- Deyirsiz ki, Elşad Xose, Mir Yusif, "Cin" repdən uzaqlaşdılar. Səbəb nə oldu?
- Onlar nəinki repdən uzaqlaşdılar, həyatlarını da başqa yöndə qurdular. Ola bilsin ki, musiqidən uzaqlaşmadılar, repdən kənarlaşdılar. Səbəbini isə bilmirəm.
- Ailə qurandan sonra Anar Nağılbazın həyatında nə dəyişdi?
- Ailə insan həyatının ən önəmli məqamıdı. Ailəmlə xoşbəxtəm. Artıq beş yaşında oğlum, bir yaşında da qızım var.
- Qız pərəstişkarlarınızı itirmədiniz ki?
- Şübhəsiz. Bu, hər bir tanınmış sənətçinin həyatında olur. Mən də ailə qurandan sonra, qız fanatlarımı itirdim. Məncə bu normaldır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
45 min tamaşaçı qarşısında oğulları ilə birgə oxudu - Video
Məşhur müğənni Şakira "Las Mujeres Ya No Lloran" adlı dünya turu çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresdə səhnəyə çıxıb. "Qafqazinfo" "Parade" nəşrinə istinadən xəbər verir ki, konsertin ən maraqlı anlarından biri onun "Acróstico" adlı mahnısını 45 mi
11.12.2025 565 "Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
14.12.2025 769 "Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar
"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir
14.12.2025 958 Ruhəngiz Musəvinin bu sözlərinə İzzətdən etiraz
Müğənni İzzət Bağırov Əməkdar artist Ruhəngiz Musəvinin "İzzətin tanınmasında məni əməyim olub" sözlərinə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində bu sözləri yalan olduğunu bildirib. İzzət əlavə edib ki, ona dəstək olan Əməkdar artist Ruhəngiz Allahverdiyev
16.12.2025 467 Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto
Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc və yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi oğlu Loğmanın övladının şəklinə "Ailəmizin günəşi. Qafaq Qafarzadə, dünyamıza xoş gəlmisən" şərhini yazıb. Qeyd edək ki, Loğman Əntiqə adlı xanımla ailəlidir. Nadir
13.12.2025 539 Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı
ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy
11.12.2025 628 Sevil-Sevinc "ana oldu" - FOTO
Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi
14.12.2025 1016 Vəfa Afət və digər həmkarları haqqında: "Uşaqlarımın atası ilə söz-söhbətləri olub"
Vəfa Şərifova Afət Fərmanqızı ilə arasında olan gərginlikdən danışıb. "Yeni Sabah" xəbər verir ki, davası olduğu bütün qadın sənətçilərin onun uşaqlarının atası ilə bağlı olduğunu bildirib. "Aramızdakı məsələ təkcə mahnıya görə deyil. Ondan öncə də bir mövzumuz olub. Mənlə bağlı deyi
16.12.2025 626 Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI
Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun
13.12.2025 674