Hüseyn Dərya: "Efirə lüt çıxır."

Hüseyn Dərya: "Efirə lüt çıxır."Bu dəfə tanınmış reper Hüseyn Dəryanın uşaqlıq illərinə baş vurduq. Uşaqlığından danışdıqca doymayan, ara-sıra qürrələnib, özünü öyən Hüseyn yalnız maraqlı xatirələri ilə deyil, həm də səmimiyyəti ilə diqqətimi çəkdi. Danışdıqca özü ilə gətirdiyi və minbir əziyyətlə bacılarından alıb mənə verdiyi uşaqlıq şəkillərinə işarə edib əhvalatları elə xatırlayır ki, sanki hər şey dünən baş verib. Əynindəki geyimlərin belə nə vaxt, kim tərəfindən alındığından həvəslə danışır.

"Ali məktəbi yox, müharibəni seçdim"

"1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olmuşam. Ailəmiz ata-ana və beş uşaqdan ibarət olub. Üç bacı, iki qardaşıq. Ziyalı ailəsində böyümüşəm. O vaxt SSRİ dövrü idi və atam dövlət nəzdində olan tikinti idarəsində baş aqranom, anam isə yaşıllıq idarəsində briqadir vəzifəsində çalışırdı. Bacılarımın üçü də həkimliyi oxuyub qurtarıblar. Qardaşım gözəl heykəltəraş-rəssamdır. Ali təhsilim natamam sayılır, mən musiqiyə böyük maraq göstərmişəm. Valideynlərim mənim sənədlərimi Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə vermişdilər. Çünki o vaxtlar mən Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdum. Bu Qarabağ müharibəsi dövrünə təsadüf edirdi deyə, mən müharibəni seçdim. Könüllü olaraq öz təhsilimdən imtina edib, əsgəri xidmətə yollandım. Dörd il iki ay hərbi xidmətdə oldum. Daha sonra isə başladım reper kimi səhnə fəaliyyətinə".

"Postda breqdans oynayıb, rep oxuyurdum"

"Uşaqlıqda həddən artıq kövrək və həssas olmuşam. Musiqiyə böyük marağım olub. O vaxtlar rep yox, breqdans rəqsləri dəbdə idi. Hər yerdə-məktəbdə, həyətdə, hətta futbol oynayanda belə breqdans oynayıb hər kəsi təəccübləndirirdim. Yaxşı mənada. Mən həmişə melomanlığımla fərqlənmişəm. Hətta əsgərlikdə olanda, komandirlər məni postda durmaqdan azad etmişdilər. Çünki post elə yerdir ki, orda ermənilər səs eşidib yerimizi təyin edə bilərdilər. Mən də bütün günü postda breqdans oynayırdım, rep oxuyurdum. Özümdən asılı deyildi bu… Komandir də deyirdi ki, ə, bu bizi qırğına verəcək, buna görə də postdan məni uzaqlaşdırırdılar. Mənim musiqi savadım da yoxdur, baxmayaraq ki, mahnılarımı özüm bəstələyirəm. Görünür, bu, Allahın mənə bəxş etdiyi istedaddır. Mən bütün musiqi janrlarından xəbərdaram. Hətta uşaqlıqda bir il meyxana ustadı Ağasəlim Çıldağın yanında şagird olmuşam. Onun çayxanasında bir il havayı ofisiantlıq etdim ki, meyxananın sirlərini mənə öyrətsin. Öyrənəndən sonra başladım meyxana deməyə. Sonradan rep oxudum, çünki repin bazası daha çoxdur".

"Narkotikaya qurşanandan sonra ailəm məndən üz çevirdi"

"Rəhmətlik atam zəhmli adam olub. Nəinki biz övladları, bütün nəsil ondan çəkinərdi. Uşaqlıqda mənə Hüsü, qardaşım Həsənə isə Həsi deyirdilər. Demirdilər e, Hüsü, ya Həsi gəlir, deyirdilər ki, Cahangirin oğlanları gəlir. İndinin özündə də nə qədər Hüseyn Dərya da olsam, deyirlər ki, Cahangirin oğlu. Atam laçınlılıdr, anamın da bir tərəfi gəlbəcərlidir, bir tərəfi də Qərbi azərbaycanlı. Bizim tərəfin adamları adamdöyən olsalar da, atam bizə bir dəfə də olsun əl qaldırmayıb. Arada bir hirslənib anama əl qaldırıb da. Amma yadıma gəlmir ki, nə bacılarıma, nə də bizə əl qaldırsın. Qaşını çatanda isə canımızı qoymağa yer axtarırdıq. Bir dəfə üç alanda otaqdan çıxmazdım. Anam nə qədər çağırsa da onun yanına keçmədim. Bilirdim ki, bir dəfə üzümə baxsa, mənə bəs edər. Ayaqlarım əsərdi qorxudan. Narkotikaya qurşanandan sonra ailəmin məndən üz çevirməsi də elə buna işarədir ki, ailəmiz çox ciddi ailə olub".

"Ailəmin narkoman olmağımdan xəbəri yox idi"

"Nə nəslimizdə, nə də ailəmizdə narkoman olmayıb. Mən birdən-birə narkotikaya qurşandım, digərləri kimi ailəm mənim köməyimə gəlmədi. Məni ailədən çıxardılar. Mənim narkotikaya qurşanmağımda da valideynlərimin günahı yox idi. Düşdüyüm mühit məni bu yola sürüklədi. Evdəkilər əlimdə tutmamışdılar narkotikanı. Amma arıqlamağımdan nəsə hiss edirdilər. Bir dəfə məni Bərdədə tutdular, amma buraxdılar. Evdə də dedim ki, bax görürsünüz, məndə heç nə tapmadılar. Min bəhanə ilə vəziyyətdən çıxırdım, buna görə də ailəmin narkoman olmağımdan xəbəri yox idi. Amma tutulanda etiraf etdim ki, bəli nakomanam. Bildilər və dalımca da gəlmədilər. Bu gün də ailəmizdə mənimlə küsülü olanlar var. Atam sağ olsaydı, mən narkoman olmazdım. Nəinki narkoman olmazdım. Heç həyatda büdrəməzdim də. Heç kimin qapısını döyüb sponsor da axtarmazdım. Nəslimizdə elə insanlar var ki, atamın dəstəyi ilə özlərinə məsul postlar tutublar. Atam mən əsgərliyə getməmiş dünyasını dəyişdi, mən isə sənətə gələndən sonra narkotikaya qurşandım".

"O qızı bir dəfə öpə də bilmədim"

"Məktəbdə oxuyanda qızların diqqətini çəkməyi bacarırdım. Ətrafımda yetərincə qız dostlarım olub. Şəklimə bax, gör bu uşaq ana uşağına oxşayır? Başının çapığına bax. Qızları dilimlə ələ alırdım. Qızlar da axı qulağı ilə sevir. Lap qarşısındakı meymuna bənzəsə belə, xoş sözlərdən sonra o oğlan barədə düşünürlər. İlk sevgim orta məktəbdə olub. Qızın adı İlahə idi. İndi eşidiyimə görə, o qızın iki uşağı var. O vaxtlar İlahə mahnısı vardı, çox dəbdə idi. "İlahə rəhm eylə mənim kimi cavanə. Bu dərdin əlindən olmuşam divanə". Bir gün qıza "padxod" eləmək üçün ona bir şəkil göndərdim. "Tom-Cerri"-zad onda yox idi. "Nu poqadi"yə baxardıq. Mən də götürüb "Nu poqadi"nin şəklinin çəkdim və yazdım ki, bu sənsən. Qız da canaatın yanında bir dovşan şəkli çəkib özümə qaytardı ki, yox e, bu mənəm. Yəni dovşan. Arxasınca da yazdı ki, sözünü açıq de. Qızlar da oğlanlardan ayıq olur axı. Mən də götürüb bu mahnını yazıb ona göndərdim; "İlahə rəhm eylə mənim kimi cavanə. Bu dərdin əlindən olmuşam divanə". Mən o qıza görə məktəbə gitara gətirib o mahnını oxuyurdum. Onda 14 yaşım olardı. O vaxtlar indiki kimi deyildi, həqiqi sevgi vardı. İndi o sevgilər yoxdur. Çünki insan şüuru getdikcə dayazlaşır, hər şey o qədər adiləşib ki... O vaxtlar qızın bir balaca qolu görünəndə hamı "uy da" deyirdi. İndi qızlar bütün günü efirə lüt çıxır, heç "uy da " deyən də yoxdur. Elə nə var biz sovet uşaqlarının canında var. Sonra məktəbi bitirdik, mən əsgər getdim. Heç o qızı bir dəfə öpə də bilmədim ürəyim istəyən kimi. Arzularım gözümdə qaldı. O vaxtlar oğlan sevdiyi qıza başqa cür yanaşa bilməzdi. Onda qız üstündə kiminsə qarnına bıçaq soxub türməyə girərdilər. Allaha şükür, mənim oturub-durduğum qızların ayağı sürüşkən olmayıb ki, onların üstündə kimisə gedib döyüm. Hamısıına özümü elə sevdirmişəm ki, gözləri təkcə məni görüb".
"Demirəm ki, uşaqlıqda baz olumşam"

"Amma məhəllə qızlarından ötrü dalaşmışam. Xəbər gəlirdi ki, filan məhəllənin oğlanları bizim məhəllənin qızlarından birinə söz atıb. Dərhal yığışıb gedib o oğlanı döyüb gələrdik. Sonra da onlar dəstə yığıb bizimlə dalaşmağa gələrdilər, biz döyülərdik. Belə böyümüşdük. Üç-beş aydan sonra o oğlanlarla dostlaşıb futbol oynamağa başlayardıq. Üstündə dava saldığımız qızlar da bizə azarkeşlik edərdilər. O vaxtlar "yupi" şirin sular çıxmışdı. "Yupi"ləri qızlar butulkaya töküb bizə verərdilər".

"Dostuma deyirdim o qıza söz at, gəlim onun yanında səni döyüm"

"Amma bütün bunlarla bərabər ürəyimdə xüsusi iz buraxan qız olmayıb. Həyatım o qədər qarışıq olub ki, orda sırf sevgiyə bağlılıq az olub. Sənətə gələndən sonra da ətrafımda çoxlu qızlar olub. Demirəm ki, uşaqlıqda baz olumşam, ya baz olmamışam. Qız dostlarım çox olub. Kim ki, deyir ha, bazam, qələt edir. Əsil baz heç vaxt bazlığını bildirmir. Mənim də necə olmağımı qızlar yaxşı bilir. Bir qıza "padxod" eləmək üçün onu necə yoldan çıxarmağım üçün planlar cızmışam. Hətta uşaq vaxtı dostuma demişəm ki, get o qıza söz at, gəlim onun yanında səni döyüm. Ömrü qadınlarla keçən kişilər heç vaxt bu barədə danışmırlar".

"Hamı deyirdi ki, buna bax Cimi olacaq, bizim üçün"

"O vaxtlar dəb idi, oğlanlar biləklərini tənziflə sarıyırdılar. Mənim də uşaqlıq şəkillərimə baxsan görərsən bunu. Heç qoluma nəsə olmayıb e, sadəcə sarımışam. Bu köynək də ən sevimli köynəyim idi. Onda bahalı paltarlar çox deyildi. Bir maqazin vardı, hamı ordan alıb geyinirdi. Buzovnada "Göyərçin" düşərgəsində çəkilib bu şəkil. Bu köynək üçün ölürdüm. O vaxtlar dayanırdım güzgünün qabağında, istiotdöyəni mikrafon kimi ağzıma tutub oxuyurdum. Arada da bir onu yerə qoyub, brekdans oynayırdım. Hamı da deyirdi ki, buna bax Cimi olacaq, bizim üçün. Elə axırda oldum da".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5079   Tarix: 15 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571