"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi

ATV telekanalının məşhur verilişlərindən olan "Özünə bax" zövq yarışması yeni mövsümə start verir.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, layihənin rəhbəri Ruhi Əliyeva bununla bağlı mətbuat konfransı keçirib.

"Özünə bax 2" haqqında danışan Ruhi yeni mövsümdə qaliblərə fərqli mükafatlar veriləcəyini bildirib:

"Budəfəki müsabiqə daha səviyyəli keçiriləcək. İlk növbədə qaliblərimizin hədiyyələrini dəyişdik. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət verəcəyik. Üç ölkə təklif olunacaq. İştirakçı hansını istəsə, orada bir həftə dincəlmək şansı qazanacaq. "Özünə bax 2" canlı yayımlanacaq. Dərzi otağımız hazırlanıb. Müsabiqəyə qatılacaq xanımın saçını bəyənməsək, canlı efirdə onu rəngləyəcək, kəsəcək, formaya salacağıq. Geyimi açıq olsa, dərzimiz onu qapalı formaya salacaq".
"Layihəyə əcnəbi məşhurları cəlb edəcəyik"

"Özünə bax 2"yə bir çox məşhur, əcnəbi simaların da qonaq qismində qatılacağını deyən R.Əliyeva seçim turlarında qızlarda önəm verəcəyi amilləri açıqlayıb:

"Layihəmizdə türkiyəli model Çağla Şikel, İvana Sərt, Hakan Akkayanı görəcəksiz. Dekabra təsadüf edən final gecəmizə çox məşhur – indiyədək Azərbaycana gəlməyən türk sənətçisini və aktrisanı gətirəcəyik. Seçimlərdə ən zövqlü geyinənlə yanaşı, həm də xanımlığı, mədəniyyəti olan qızlarımıza üstünlük verirəm. Mən qadınların açıq-saçıq geyinməsini onlara layiq görmürəm. Xanım qapalı geyimdə də çox gözəl görünə bilər. Müasir dövrdə qızlarımız düzgün geyim seçməkdə çətinlik çəkirlər. Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar. Bəzi qızlarımız var ki, evdən bayıra çıxırlar, amma heç çəngəl- bıçağı tutmağı bilmirlər, yeriyişləri düzgün deyil. Bu cür gənclərə dəstək olacaq təşkilatların yaradılmasını istərdim".

Çox məsuliyyətli bir işə imza atdığını deyən layihə rəhbəri moda ilə bağlı bacarığı olan insanlara dəstək olacağını bildirib:

"Hamı deyirdi sənə moda evi açaq. Amma bu cür məsuliyyətli işə imza atmaq istəmədim. Qərara gəldim ki, belə layihə edib, dəbi sevənlərə dəstək olum".

Ruhi hazırda üzərində işlədiyi daha bir yeni layihəsindən danışıb:

"Bu gün yeni layihəmlə bağlı Moskvaya yola düşürəm. Türkiyəli modelyer Hakan Akkaya da sabah oraya gələcək. Çox böyük bir layihəyə imza atacağıq. Bu da ATV telekanalında yayımlanacaq. Mart ayında efirə getməsini düşünürük".

"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi"Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar" - Ruhi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5986   Tarix: 14 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 933
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1271
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1133
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 880
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 302
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 738
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1526
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3157
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2763