Metronun "Xətai-Həzi Aslanov-2" sahəsinin tikintisinə başlanılıb

Metronun "Xətai-Həzi Aslanov-2" sahəsinin tikintisinə başlanılıb"Yaşıl xətt"in sifarişini yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdıraraq, inşaata başlayıblar.Bakı Metropoliteninin perspektiv inkişaf planı çərçivəsində yaxın beş ili əhatə edən Dövlət Proqramının tərkib hissəsinə çevrilmiş "Yaşıl xətt"in "Xətai-Həzi Aslanov-2" sahəsi artıq inşaat meydançasına çevrilib.
BiG.AZ bildirir ki, sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdıraraq, inşaata başlayıblar. "Azərtunelmetrotikinti"nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas inşaat işlərini Azərbaycandakı tərəfdaşı "Akkord"un vasitəçiliyi ilə Fransanın "Buiq" və Ukraynanın "İnterbudmontaj" şirkətləri yerinə yetirəcəklər.
"Xeyli müddət bu sahədə tikintinin başlanması ilə bağlı səylərimiz, nəhayət ki, bəhrəsini verdi. Əvvəllər də bu sahənin vacibliyini xüsusi vurğulayırdıq. Bu istiqamətdə qatarların hərəkəti təmin edilməyincə, mövcud xətlərdəki hərəkət natamam olaraq qalacaqdı" - deyən idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov qeyd edir ki, ilkin araşdırmalardan və tədqiqatlardan sonra əsas planı müəyyənləşdirən şirkətlər konkret fəaliyyət planı üzrə işə başlamışlar.
Şirkətlər inşaatın sürətlə aparılmasını, eyni zamanda, ərazinin geoloji şəraitini nəzərə alaraq iş bölgüsünü optimal şəkildə müəyyənləşdirmişlər. Qeyd edək ki, bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcəkdir. Optimal variant həm də şərti olaraq "Y-15" adlandırılan stansiyanın yerləşəcəyi məkanda start kamerasının qazılması idi.
Arif Rəsulov qeyd edir ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcəkdir. "Buiq" "Y-15"-dən "Xətai" stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcəkdir. "İnterbudmontaj" isə "Həzi Aslanov-2" istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcəkdir. İnşaat işlərinin sürətini artırması, məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür. Bütün bunlar dövlətimizin başçısının metropolitenin inkişafı ilə bağlı verdiyi qərarın zamanında atılmış addım olduğunu bir daha sübut edir.
Rəis müavini deyir ki, biri postsovet məkanında, digəri isə dünyada ən aparıcı inşaat nəhənginin Azərbaycanda metro tikintisində iştirakı, həm də ölkəmizin iqtisadi-sosial nüfuzunun və dövlətimizin etibarının daha bir göstəricisidir.
Artıq "Y-15" stansiyasının yerləşəcəyi Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun ərazisində start kamerasının özül çalasında dəmir və boru beton svayların vurulmasına başlanılmışdır. Arif Rəsulov əlavə edir ki, artıq bu sahədə yerləşəcək hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilmiş və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq, texniki pasportu da alınmışdır. Qeyd edək ki, hər üç stansiya Nobel prospektində yerləşəcəkdir. "Yaşıl xətt"in "Xətai"dən sonrakı ilk yeraltı dayanacağı "Ağ şəhər" layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaqdır.
Beləliklə, şəhər sakinləri, xüsusən də stansiyaların inşa olunduğu yaxın ərazilər və bu yoldan istifadə edən metro istifadəçiləri üçün xoş müjdə olan "Xətai-Həzi Aslanov-2" sahəsinin inşaatı artıq həqiqətə çevrilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4944   Tarix: 22 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

TOP MP3