"Xəzər Lənkəran" etiraz etdi

"Xəzər Lənkəran" etiraz etdiTopaz Premyer Liqasının III turu çərçivəsində "Qarabağ"la "Xəzər Lənkəran" arasında keçirilən oyundan sonra Lənkəran təmsilçisi hakimlikdən narazı olduğunu bəyan edib.

BiG.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, "Xəzər Lənkəran klubu bu barədə rəsmi yazı dərc edib. Həmin yazını təqdim edirik:

Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran" qarşılaşması ən çox aşağı səviyyəli hakim idarəçiliyi ilə yadda qaldı. Baş hakim Rəhim Həsənovun oyun ərzində yanlış və bir qayda olaraq qonaq komandanın əleyhinə yönələn qərarları qarşılaşmanın nəticəsinə də təsirsiz ötüşmədi. İlk qolun vurulmasından öncə təyin olunan cərimə zərbəsində, oyunun gedişatında Sadio Tounkaraya qarşı edilən kobudluqlara göz yumulmasında hakimin oyunu düzgün şəkildə idarə etmədiyini tam aydınlıqla müşahidə etmək mümkündür. İkinci hissədə "Xəzər Lənkəran"ın qapısına təyin olunan penalti isə ümumiyyətlə heç bir əsas olmadan verilən bir qərardır. Bütün bunların oyunun videoyazısında da görmək mümkündür.

Oyundan dərhal sonra "Xəzər Lənkəran" baş hakim Rəhim Həsənovun idarəçiliyi ilə bağlı bütün narazılıqları oyunun protokoluna qeyd etdi.

"Xəzər Lənkəran" Futbol Klubu adıçəkilən oyundakı hakimliyə etirazını bildirir. Premyer Liqa oyunlarında bu səviyyəli idarəçiliyin olması yolverilməzdir. Komandanın hazırkı dönəmdə istədiyi oyunu göstərə bilməməsi, son nəticələrinin aşağı olması və bunlardan irəli gələn digər müvəqqəti problemlər olsa belə, heç kim "Xəzər Lənkəran"ın bu durumundan öz məqsədləri üçün istifadə edə bilməz, heç kim komandanın çətin günündə onu bir qədər də çətin vəziyyətə salmaq iqtidarında və ixtiyarında deyil. "Xəzər Lənkəran" FK baş verənlərlə əlaqədar Peşəkar Futbol Liqası və Hakimlər Komitəsinə ciddi xəbərdarlıq edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2263   Tarix: 19 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 299
.

Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everest dağını fəth edərək, rekordunu yeniləyib. "Report" xəbər verir ki, bu barədə alpinistin çalışdığı, dağ ekspedisiyalarının təşkilatçısı olan "14 Peaks" şirkətinin nümayəndəsi bildirib. "Bu gün səhər saat 07:25-də (Bakı vaxtı ilə saa

12.05.2024 291
.

"Çelsi" 17 yaşlı futbolçunu transfer etmək üçün təklifinə daha 22 milyon əlavə etdi

İngiltərənin "Çelsi" klubu "Palmeyras"ın 17 yaşlı hücumçusu üçün artıq 75 milyon avrosundan keçməyə hazırdır. Məlumata görə, "zadəganlar" daha öncə Uillian Esteva üçün 57 milyon avro təklif göndərsələr də, Braziliya klubu bunu qəbul etməyib və qiyməti artırıb. Futbolçunu

18.05.2024 216
.

Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh

18.05.2024 212
.

Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim

Özümdən bu nəticəni gözləyirdim. "Report" Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində 100 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib. 22 yaşlı idmançı nəticəyə görə çox qürurlu olduğun

18.05.2024 200
.

Rafael Varan Meksika klubu ilə razılaşdı

"Mançester Yunayted" klubundan ayrılan Rafael Varan Meksika klubu ilə şəxsi razılığa gəlib. Məlumata görə, mövsüm sonunda İngiltərə təmsilçisindən ayılacağı gözlənilən Rafael Varan "Tiqres" klubu ilə razılığa gəlib. Belə ki, təcrübəli müdafiəçi komanda ilə 2+1 illik müqavilə və illi

18.05.2024 238
.

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər

"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər. Məlumata görə, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidə

05.05.2024 369
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 360
.

Volkan Demirel istefa verdi

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirel istefa verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. Gənc mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. Onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur

03.05.2024 365