Qocalar evinin uşaqları

Qocalar evinin uşaqlarıAxşam yeməyindən sonra hamı iki-üç nəfərlik otaqlarına çəkilib sabah olacaqlar barədə danışırdı. Otaqlardan gələn gülüş səsləri divarlara dəyib çiliklənirdi. Ancaq həmişə olduğu kimi bu gecədə o gülüşləri bir az sonra hönkürtülər, qarğışlar əvəz etdi. Belə də olmalıydı. Axı bura Qocalar evi idi.

Buranın sakinlərinin gözləri daima yaşlı idi. O gözləri yaşlı qoyan insanlar vardı. Gülüşləri həmişə qısa olardı. Göz yaşları barədə bunu demək olmazdı. Axşam yeməyindən sonra bəzən də əvvəl başlayan ağlamaqları səhərə qədər davam edirdi. Yorulmadan bura gəlib çıxma səbəblərini biri-birilərinə danışırdılar. Qıraqdan baxa elə gələrdi ki, onların dərdi heç zaman bitməyəcək. Lakin onların da dərdlərinin bitdiyi zaman olurdu - əllərinin içindəki ömür xətləri sona çatıb, həyatları bitəndə.

Yoldaşları öləndə buranın sakinləri ağlamırdılar. Heç üzlərində kədər mimikasıda yaranmırdı. Onlar bura gəldikləri gün üzlərində elə bir kədər mimikası yaranmışdı ki, hələ də üzlərində qalmışdı və qısa gülüşlərdə onları silə bilmirdi.

Bircə o, bu səs-küydən uzaq idi. O deyəndə ki, - Dərviş. Onu burada hamı belə çağırırdı. Bu ləqəbi isə ona Qocalar evinin ilk sakinlərindən olan Rüstəm müəllim vermişdi.
Adının sonundakı "müəllim" sözünü elə-belə demədim. O, doğrudan da müəllim işləmişdi, buraların sakini olana qədər. Dərvişə isə bu ləqəbi ona görə vermişdi ki, o, elə əsl sufi dərvişləri kimi təkcənəliyə çəkilir, heç kimlə bir kəlmə kəsmir, hər kəsin uğunaraq güldüyü söhbətlərdə isə dodaqları belə qımışmırdı. İlk vaxtlar düşünürdülər ki, hamı kimi o da əvvəllər belə olsa da, sonralar onlara qaynayıb, qarışacaq. Amma belə olmadı. Dərviş ilk gündən necə idisə, eləcədə qalmışdı.

Belə də olmalıydı. Başqa cür ola da bilməzdi. Çünki Dərvişin üzü indiyə qədər dəyişilməyən bu mimikanı o zaman almışdı ki, doğma oğlu ona dünyada valideynə deyiləcək ən iyrənc sözü demişdi və "dərviş" onun yanında heç nəydi – "dur çantanı yığ. Sabah qocalar evinə gedəcəksən, kaftar" .

Gecənin qaranlığında Qocalar evinin sükutunu gülüş və ağlama səsləri hələ də pozmaqda idi. Bu səslər içərisidə bir səs ona daha tanış gəlirdi – aşpaz Kübranın səsi.
Aşpaz Kübra buranın sakinlərindən idi. Amma işsiz-gücsüz dayana bilmədiyindən müdirdən xahiş edib burada aşpaz işləyirdi. Dərviş bura gələndə ilk dəfə aşpaz Kübrayla danışmışdı. Buna danışmaq demək olardısa.

Dərvişin bura gəlməsindən bir ay keçsə də o, hələ heç kimlə bir kəlmə kəsməmişdi. Rüstəm müəllim də onun bu vəziyyətini görüb ona "dərviş" ləqəbi verdi. Qocalar soruşanda da deyərdi ki, - "dərvişlər günlərlə bəzən də aylarla özlərinə qapılıb heç kəslə danışmazlar yalnız nə barədəsə düşünüb, dualar edərlər. bizim yeni sakinimiz də hərəkətləriylə onlara bənzəyir".
Amma hələ ki, heç kim ona cürət edib "dərviş" deməmişdi. Ta Dərviş günorta yeməyində əlində məcməyi yemək verilən pəncərənin önündə dayanıb Kübraya sakitcə baxana qədər. Kübrada bu fürsəti əldən verməyib ona ilişməyə başlamışdı:

- Hansı yeməkdən istəyirsiniz?
- ...
- Niyə susursunuz?
- ...
- Cavab verində.
- ...
- A yoxsa hələ təkcənəliyiniz bitməyib Dərviş bəy? Ha...ha...ha...
Yeməkxanadakı bütün qocalar ona qoşulub ağızlarındakı salma dişlərini taqqılda taqqılda da gülmüşdülər. Ən çox gülən isə Rüstəm müəllim olmuşdu. Axı bu ləqəbi ona Rüstəm müəllim "yapışdırmışdı". Dərviş isə öz görkəmini pozmadan məcməyisini də götürüb boş masalardan birində oturdu.

…Səhər yeməyindən sonra hamı bir nəfər kimi köməkləşib Qocalar evinin yeməkxanasını bəzəmişdilər. Bu gün onlara ölkənin ən populyar müğənniləri gələcəkdi. Elə qocalarda qadınlı kişili yeməkxana kimi yamanca bəzənmiş, qonaqları qarşılamağa hazırlaşırdılar. Hətta müdirə belə tapşırmışdılar ki, müğənnilərə desin ki, qəmli, lirik mahnılar oxumasınlar. Qocaların könlünə oynamaq düşmüşdü. Ancaq hər kəsdən fərqlənən, yeməkxananın bəzədilməsində iştirak etməyən. heç özüdə bəzənməyəm biri vardı – Dərviş.

Müğənnilər biri-birinin arxasınca səhnəyə çıxıb öz oynaq mahnıları ilə qocaları feyziyab edirdilər. Buranın Qocalar evi olduğunu bilməyən birisi qıraqdan baxsaydı, buradakıların başlarına ağappaq taxma saç, ağ rəngli saqqal qoyan dəcəl uşaqlar olduğunu düşünərdi – Dərvişdən başqa. Onların hərəkətləri insanı belə düşünməyə vadar edirdi. Mini konsertin sonunda müdir çıxış edərək, gələn qonaqlara təşəkkürünü bildirəndən sonra bir-bir masalara yaxınlaşıb əvvəldən özünün gözaltı etdiyi qocalara mikrofonu yaxınlaşdırıb, onlarında görüş haqqında təəssüratını öyrənirdi.

Birdən-birə hansısa qüvvə onu hamıdan qıraqda əllərini sinəsində birləşdirib oturmuş saqqalıyla saçının uzunluğu eyni olan, beli bükük, üzünün rəngi ilə masanın ağ örtüsü seçilməyən Dərvişə sarı çəkib apardı. Dərviş isə təkcənəliyə çəkilib, xəyallara dalmışdı. Onu bu xəyallardan müdirin əlini çiyninə qoyması oldu. Başını qaldırıb altdan yuxarı müdirə baxdı. Qızılda olan üst dişlərini nümayiş etdirirmiş kimi hırıldayan müdir əlindəki mikrofonu ona yaxınlaşdırıb, görüş barədə olan təəssüratlarını eşitməyə tələsirdi. Dərviş isə müğənnilər oxuyan zaman bu ahıl insanların yaşlarına görə olmayan hərəkətlərini yadına salıb, onlara qoyduğu adın deyilmə zamanının gəldiyini bilirdi. Elə oturduğu yerdəcə görkəmini pozmadan dedi:
- Qocalar evindəki uşaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3202   Tarix: 18 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292