Ölümlərini "kəşf edənlər" - Siyahı

Ölümlərini "kəşf edənlər" - SiyahıBiG.AZ xəbər verir ki_həm şöhrət, həm də pul gətirən şeylərdən biri də kəşfdir. İnsanlar həmişə nəsə icad etməyi arzulayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub:

Mariya Küri – kimyaçı
İki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.

Tomas Endrüs — memar
İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan "Titanik" gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb.

Horas Louson Hanli – hərbçi
Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində olmaqla bütün heyət həyatını itirib.

Aleksandr Boqdanov – həkim
Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor, həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub. Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi üçün öldüyünü deyirlər.

Uilyam Ballok – naşir
1863-cü ildə fırlanan çap maşınını kəşf edən Uilyam Ballok bir gün təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir versiyada var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib. Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrendən dünyasını dəyişib.

Ölümlərini "kəşf edənlər" - SiyahıDigər qəribə ölümlər…
Verilişdə intihar edən aparıcı
Kristin Çabbak televiziyada intihar edən ilk və yeganə xəbər aparıcısı kimi tarixə düşüb. O, 1974-cü ildə televiziya proqramının başlamağından 8 dəqiqə sonra depressiyaya düşərək bunları deyib: "Kanalımız 40 ildir ki, xəbərləri, qanlı cinayətləri və fərqli yanaşmaları birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız", — deyərək tapançasını çıxarıb və başına atəş açıb.

Fransız baş nazirin ölümü
1890-cı ildə Fransanın baş naziri olan Feliks Faure öz ofisində məşuqəsi ilə sevişərkən həyatını itirib.

Qatili kompüter oldu
28 yaşlı Li Sanq Seop 2005-ci ildə internet kafedə 50 saat dayanmadan kompüterdə oyun oynayıb və dünyasını dəyişib.

Ayı qucaqlamaq istədi
Şair Li Po Çin ədəbiyyatının ən yaxşı şairlərindən hesab olunur. Şair həm də likor aludəçisi kimi də tanınır. Ən yaxşı şeirlərini sərxoş halda yazan Li Po bir gecə Yantszı çayında qayıqla gəzəndə suyun üstünə düşən ayın əksinə elə vurulub ki, onu qucaqlamaq istəyib və çayda boğularaq ölüb.

Ən uzun bığın cəzası
Avstriyalı Hans Şteininger 1,4 metrlik bığı ilə tanınırmış. 1567-ci ildə şəhərdə yanğın başlayıb. Hans qaçanda bığını yığmaq yadından çıxıb. Çox keçməmiş bığını tapdalayıb, yuvarlananda boynu qırılıb və ölüb.

Parolunu unudan Cek Deniel
Məşhur viski istehsalçısı Cek Deniel səhər işə tez gəlib kassasını açmaq istəyib. Ancaq parolunu heç cür yadına sala bilməməyinə əsəbiləşib kassaya təpik vurub. Nəticədə, Denielin ayağının baş barmağı zədələnib və bir müddət sonra infeksiyadan dünyasını dəyişib.

Yeyə-yeyə ölən kral
İsveç kralı Adolf Frederik yemək sevgisi ilə tanınırmış. "Ölümüm döyüş meydanında yox, yemək süfrəsində olsun" sözünün müəllifi Frederik elə istədiyi kimi də ölüb. 1771-ci ildə, 61 yaşında kök supu, balıq, ikra, xərçəng, 10 qədəh şərab və 14 pors şirniyyat yeyəndən 5 dəqiqə sonra nəfəsi kəsilib.

Harri Haudini — sehrbaz
Tarixin ən böyük sehrbazlarından olan Harri Haudini bir səhvin qurbanı olub. O, şoudan əvvəl iki kollec tələbəsinin fiziki gücünü nümayiş etdirmək xahişinə yox deyə bilməyib. Bədəninin nə qədər yumruğa tab gətirəcəyini göstərmək istəyən Haudninin iltihablı korbağırsağı partlayıb. Sehrbaz əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2435   Tarix: 05 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877