iPhone və Galaxy S4-ə rəqib var

iPhone və Galaxy S4-ə rəqib varGoogle və Motorola şirkətləri iPhone və Galaxy S4 smartfonlarına rəqib təqdim ediblər. Əvvəllər Moto X kimi tanınan Motorola X8 aparatı Android 4.2.2 Jelly Bean mobil əməliyyat sistemi ilə işləyir və tamamilə ABŞ-da istehsal edilir. Hər iki şirkətin məlumatına əsasən, yeni aparat özündə xeyli sayda yenilikləri birləşdirir.

BiG.AZ bildirir ki, yeni aparat 4,7 düymlük ekranla təchiz edilib və ABŞ-da əsas mobil operatorlar ilə ikiillik müqavilə bağlanması şərti ilə avqustun sonunda 200 dollara satılmağa başlayacaq.

Motorola şirkətinin baş direktoru Denis Vudsayd deyib ki, Moto X smartfonu Google-un Motorola Mobility şirkətinə yatırdığı sərmayələrin ilk nəticəsidir. Bu, Google və Motorola şirkətləri tərəfindən tamamilə sıfırdan birgə yaradılmış məhsuldur – o deyib.

Sözügedən aparatın çəkisi 132 qramdır, akkumulyator batareyası vasitəsilə 24 saat və ya danışıq rejimində 13 saat işləyə bilər. İstifadəçilər arxa paneldə yerləşdirilmiş 10 meqapiksellik kameranın köməkliyi ilə 1080p təsvir ölçüsündə HD video çəkə bilərlər. Smartfona, həmçinin 2 meqapiksellik ön kamera quraşdırılıb. Daxili yaddaşın həcmi 16 və ya 32 QB təşkil edir, ABŞ-da son versiya ikiillik müqavilə bağlanması şərti ilə 250 dollar təşkil edir.

Yeni smartfon Touchless Control adlanan idarə sisteminə malikdir. Bu sistemin köməkliyi ilə aparat səs əmrləri ilə idarə olunur. Əsas ifadələr zəng, naviqasiya və ya internet-axtarış üçün təyin olunur.
Moto X smartfonu Droid aparatları kimi Qualcomm Snapdragon S4 Krait prosessoru ilə təchiz olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3603   Tarix: 03 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1555
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 509
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 2646
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

10:50 188
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1017
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 386
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 425
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

00:04 940
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 409