İlham Mirzəyev: "Bıçağı boğazıma dirəmişdi"

İlham Mirzəyev: "Bıçağı boğazıma dirəmişdi"Tanınmış teleaparıcı, psixoloq İlham Mirzəyev axşam.az-a müsahibə verib. BiG.AZ həmin müsahibəni təqdim edir.

- İlham bəy, bu gün bütün Azərbaycan sizə olan silahlı basqınla maraqlanır. Hər kəs nə baş verdiyini bilmək istəyir.
- Uşaq vaxtı anam həmişə deyərdi ki, yerdə çörək gördün, öpüb gözünün üstünə qoy və hündür bir yerə qaldır. Mən uşaqlıqdan indiyədək anamın söylədiklərini qulağımda sırğa etmişəm. Harada çörək görsəm, 3 dəfə öpüb gözümün üstünə qoyuram, sonra da hündür yerə qaldırıram ki, quşlar yesin. Bu hadisə mənim başıma gələndə, öz-özlüyümdə fikirləşdim ki, mənə doğma olan insanları o qədərmi ucaltım ki, onları da quşlar yedi? Hanı o insanlar? Amma yenə də mən gördüm ki, çörəyi öpüb gözümün üstünə qoymaqla, çoxlu sayda dostlar qazandım. Bunu üçün də mən bu hadisənin bu yerə gəlib çıxmasında və mənə hücum edən dəstə başçısının yaxalanıb həbs olunmasında prezidentimizə və xanımına, baş prokurora, Daxili İşlər Nazirliyinə , Bakı Şəhər Baş Prokurorluğuna minnətdarlığımı bildirirəm. Mənim işimlə diqqətlə maraqlandıqlarına görə. Həmişə üstümdə dövlətimin qayğısını hiss etmişəm, bu gün də bunu hiss etdim. Atasızlıq həmişə məni sındırıb. Amma bu gün dövlətim atalıq qayğısı göstərdilər. Bir daha mənə dəstək olan hər kəsin qarşısında baş əyirəm.

- Sənə basqın edənlərin üçü də həbs olundu?
- Xeyr, ancaq dəstə başçısı.

- İlham, ay yarım idi ailənlə birlikdə ev dustağına çevrilmişdin. Səninlə tez-tez əlaqə saxlayırdım və vəziyyətdən xəbərim var idi. Çox həyəcanlar yaşadın. İndi özünü necə hiss edirsən?

-Çox şükür Allahıma, indi yaxşıyam. Artıq rahat nəfəs ala bilərəm. Ancaq böyük stress, həyəcan və depressiyalar yaşadım. Hal-hazırda müalicə alıram. Boynumdan aldığım zədəni də müalicə etdirirəm.

-İlham, gəl başdan danışaq ki, tamaşaçılarımız məsələdən agah olsunlar. Hadisə necə baş vermişdi?
-Məni sevənlər də çoxdur, sevməyənlər də. Hamı məni sevsəydi, bu normal olmazdı. İyun ayının 12-də gecəyarısı saat 1-2 radələrində aparıcısı olduğum "Etibar edin" verilişindən çıxırdım. "Space" telekakanalının böyründəki yolda maşınıma mindim. 14 ildir mən o yoldan gedib-gəlirəm və mənə hücum edən bu adam bunu bilib. 3 nəfər maşınla qarşımı kəsdilər. Gecə yarısı, heç kim yoxdur küçədə. Nə yaxşı ki, hər verilişdən çıxanda, problemləri ilə bağlı mənimlə görüşən, bir psixoloq kimi məndən məsləhət almağa gələn insanlar olur. Həmin gün də bir neçə nəfər məni telekanalın qarşısında gözləyirdi və mən onlarla söhbətləşdikdən sonra maşına oturmuşdum. Sən demə, onlar oradan ayrılmadan öz aralarında söhbətləşirləşmiş və qaranlıq olduğundan mənə hücum eləyənlər onları görməyiblər. Mənim qışqırığıma qaçıb gəldilər. Onlar gələndə, iki nəfər maskalılar qaçdı. Üzü açıq olan dəstə başçısı qaçmadı. Bıçağı mənim boğazıma dirəmişdi. Bıçaq yuxu damarımın üstündən batmışdı.
Çox qorxdum, böyük stress yaşadım. Çünki 50 yaşımı haqlamışam, bu günə kimi nə polis bilmişəm, nə prokurorluq, nə də məhkəmə. Hamıyla mehriban olmuşam. Dava nədir bilmirəm. Özümü tanıyandan bir adama bir sillə də vurmamışam, heç kimə tərbiyəsiz söz deməmişəm.
Ağzımdan nalayiq söz çıxmayıb. Mənim evimdə, ailəmdə tərbiyəsiz söz işlənmir. Yəni bu şeylər mənlik deyil, mənə yaddır. Məni tanıyanlar hər kəs bunu bilir.
İndiyədək polislə işi olmayan, dava-dalaş bilməyən mənim kimi birinin gecəyarısı qarşısını kəsmək artıq özü böyük bir stress idi.
Elə bil bıçağı boynuma deyil, ürəyimin başına sancdılar. Bu hadisə mənim üçün bir dəhşət idi, bir faciə idi. Mən bunu yaşamağımla sanki həyatım alt-üst oldum. Mən artıq zədə aldım.

-Özünüz psixoloqsuz, düşünürəm ki, vəziyyətdən çıxmaq sizə çətin olmaz.
-Mən postravmatik stress aldım. Mən mənəvi ziyan aldım. Mənəvi ziyan dedikdə, dərin iz buraxmış stresdən söhbət gedir. Mənim orqanizmimdə, daxili aləmimdə, psixikamda izi qalmış bir mənəvi zədə aldım. Bunun müalicəsinə zaman lazımdır.

-İlham, hamı maraqlanır ki, səbəb nə idi? Niyə məhz İlhama hücum oldu?
-Mən həmişə çoxlarına kömək olmuşam. Bu dəfə də bir xanımın tapdalanmış namusunu, qeyrətini yerdən qaldırmışam. Harda görünüb ki, 18 yaşında kasıb bir qızı alasan və onunla nigah müqaviləsi bağlayasan. Qızın itirməyə heç nəyi yox idi, amma oğlan imkanlı idi. Demək ki, müqaviləni qızı yoldan çıxarmaq üçün bağlayıb. Qızla müqavilə bağlayıb ki, əgər səni aldadaramsa, boşayaramsa və yaxud da ölərəmsə, yaşadığımız ev sənə qalacaq. Gəlin gəldiyin ev sənə qalacaq. 8 aydan sonra qızın başına min oyun açıb, qızı evdən qovublar.
Qıza dəhşətli günlər yaşadıblar və sonra Nərimanov məhkəməsində qızı boşayanda müqaviləni ləğv ediblər. Guya müqaviləni qız məcburən bağlatdırıb. 18 yaşında qız 42 yaşlı oğlanı aldada bilər? Hansı ki, bu oğlan bizneslə məşğuldur.
Nərimanov rayon məhkəməsi müqaviləni ləğv etdikdən sonra qız məndən kömək istədi. Mən də ona appelyasiya məhkəməsinə necə şikayət etməsini başa saldım. Qanunları başa saldım və özüm də ona kömək oldum.

-Bununla da qızı boşayan adamın düşməni olduz.
-Bəli, səbəb ancaq budur. Bu gün bizim gözəl qanunlarımız var. Bir yerdə haqsızlıq olanda, o biri instansiya səhvi düzəldir. Mən qıza bu yolu göstərdim. Rayon məhkəməsindən sonra apellyasiya məhkəməsinə müraciət etmək olar. Qərar səni qane etmirsə, ali məhkəməyə şikayət edə builərsən. Mən 18 yaşlı qıza bu yolu göstərdim. Ona dedim ki, sənin atan, qardaşın, arxan qanunlarımızdır, dövlətimizdir.
Bu gün o cinayətkarın həbs olunması o gəlinin timsalında arxası olmayan bütün qadınların qələbəsidir. Mənəviyyatı, namusu tapdalanan bütün xanımların intiqamını aldım. Öz tapdalanmış qeyrətlərini, namuslarını bərpa edə bilməyən xanımlara arxa oldum .
Pullu kişilər var ki, gündə bir qızı aldadıb yoldan çıxarırlar. Sonra da küçəyə atırlar. Belə xanımlar böyük sarsıntı keçirirlər. Onları başa düşən olmayanda, kömək edən olmayanda, daha da pis oliur. Bu hadisədə ailəmi , uşaqlarımı, anamı təhlükəyə atdım.Anam şəkər xəstəsidir. Bu hadisədə neçə dəfə komaya düşdü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4370   Tarix: 05 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 1175
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1498
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

12:28 1002
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4365
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 704
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

21:15 0
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 827
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 904
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 1151