Dünya Çempionatından Maraqlı Xəbərlər

Dünya Çempionatından Maraqlı Xəbərlərİspaniya dünya çempionluğu ilə antirekord müəyyənləşdirib.Visente del Boskenin baş məşqçisi olduğu komanda mundialın qalibləri arasında ən az qol vuran olub.
İspanlar 7 oyunda 8 qol vurub ki, bunlardan 5-i David Vilya, 2-si Andres İnyesta, 1-i Karles Puyolun hesabına olub. Maraqlıdır ki, bunların hamısı bir klubun - "Barselona"nın üzvləridir. Buna qədər az qol vuraraq dünya çempionu olanlar İtaliya (1938), İngiltərə (1966) və Braziliya (1994) yığması idi. Özü də çempionlarda ən azı 4 futbolçu qol vururdu. Ancaq göründüyü kimi, ispanlarda üç futbolçu rəqib qapısına yol tapdığından, bu da antirekorddur.
Qeyd edək ki, İspaniya Avropa çempionu olandan dərhal sonra dünyanın da ən güclüsü olan ikinci yığma oldu. İndiyə kimi yalnız Almaniya millisi 1972 və 1974-cü illərdə belə nailiyyətə imza atmışdı ki, yığmamızın baş məşqçisi Berti Foqts da həmin vaxt onun sıralarında olub. Fransa yığması da iki ildə hər iki çempionluğu qazanıb. Sadəcə, fərq ondadır ki, onlar əvvəlcə (1998-ci il) dünya, daha sonra (2000-ci il) Avropa çempionu olub.

Dünya Çempionatından Maraqlı XəbərlərCAR-da keçirilən dünya çempionatının final mərhələsinin oyunlarında qeydə alınan hakim səhvləri FİFA-nı məsələyə münasibət bildirməyə vadar edib. Qurumun Hakimlər Komitəsinin rəhbəri Xose Mariya Qarsia Aranda idarəçilikdə müəyyən qüsurların olduğunu etiraf edib.
Öz hakimlərinin müdafiəsinə qalxan Qarsia qərarların 4 faizinin səhv olduğunu da etiraf edib: "Biz böyük müvəffəqiyyət qazandıq. Bu, sadəcə fikir yox, faktdır. Biz hər şeyin ideal olduğunu iddia etmirik. Ən vacib olanı odur ki, hakim qərarlarının əksəriyyəti düzgün olub. Qəbul edilən qərarların 96 faizi düzgün olub. Buna görə də hakimlik baxımından dünya çempionatı yaxşıdan da yaxşı keçdi".
Qeyd edək ki, Qarsianın açıqladığı rəqəmlərə əsasən hər 25 qərardan 1-i səhv olub.

Dünya Çempionatından Maraqlı Xəbərlər

Forlan: Bunu heç təsəvvürümə gətirməzdim

"Qızıl top"a layiq görülməyim möhtəşəm və gözlənilməz oldu. Belə şeyi heç vaxt təsəvvürümə belə gətirə bilməzdim". Bu sözləri Uruqvay milli komandasının futbolçusu Dieqo Forlan deyib.
CAR-da təşkil olunan dünya çempionatının final mərhələsinin ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu "Qızıl top"a layiq görülməsini yığmasının yarımfinaladək irəliləməsi ilə bağlı olduğunu düşünür: "Bir hücumçu kimi "Qızıl buts" uğrunda mübarizə apara bilərdim. Buna yaxın idim də. Belə bir yarışın ən yaxşı futbolçusu seçilmək isə... Çox sevinirəm və bilirəm ki, bu, Uruqvay yığmasının əla çıxışı nəticəsində mümkün oldu".
Qeyd edək ki, Uruqvay yığması mundialı IV yerdə bitirib.

Dünya Çempionatından Maraqlı XəbərlərDünya çempionatının final mərhələsini izləyən azarkeşlər terror hadisəsinin qurbanı olublar. Uqandanın paytaxtı Kampaledə restoranda baş verən partlayışlarda ilkin olaraq 64 nəfəri dünyasını dəyişib.
Yerli polis rəhbərliyi bildirib ki, iki restoranda terror törətməkdə Somali İslam Qrupu şübhəli bilinir, amma hələlik heç bir cinayətkar dəstə partlayışı öz üzərinə götürməyib.
Qeyd edək ki, ölən azarkeşlərin sayının artacağı istisna edilmir.

Dünya Çempionatından Maraqlı XəbərlərDünya çempionatında uğurla çıxış edən komandaların qazanclarının məbləği məlum olub. Mundialın qalibi olan İspaniya yığması öz futbol federasiyasına 23,7 milyon avro qazandırıb.
Final oyununda "qırmızılar"a əlavə vaxtda 0:1 hesabı ilə uduzan Hollandiyanın qazancı 19 milyon avro olub. Yarımfinalda uduzan Almaniya və Uruqvay yığmaları üçüncü yer uğrunda matçın nəticəsindən asılı olmayaraq hərəyə 16 milyon "qabağa düşüblər". 1/4 finalçıların mükafatı isə daha az olub. Argentina. Braziliya, Qana və Paraqvay futbolçuları öz federasiyalarına 14,2 milyon avro qazandırıblar.

Dünya Çempionatından Maraqlı XəbərlərDÇ-2010-un bombardiri Almaniya yığmasının hücumçusu Tomas Müller sayılıb. AMüller David Vilya (İspaniya), Uesli Sneyder (Hollandiya) və Dieqo Forlan kimi mundialda 5 qol vursa da, ona üstünlük verilib.
20 yaşlı almaniyalı üç məhsuldar ötürmə etməklə, həmkarlarından fərqlənib. Bundan əlavə, İspaniya ilə yarımfinal görüşünü cəza üzündən buraxan Tomas onlardan az (6) oyun keçirib. Bütün bunları nəzərə alan FİFA yenilik tətbiq edərək, "Qızıl bits"u Müllerə verib. Əslində dünya ali futbol qurumu əvvəllər eyni qol vuran futbolçuların hamısına bu mükafatı verirdi. Tomas eyni zamanda DÇ tarixinin ən yaxşı gənc futbolçusu sayılıb.
Qeyd edək ki, ötən DÇ-də Mirsoslav Klozenin "Qızıl buts" aldığını nəzərə alsaq, bu mükafat ardıcıl ikinci mundialdır alman hücumçulara qismət olur.

Dünya Çempionatından Maraqlı Xəbərlər2010-cu il dünya çempionatının qalibi olan İspaniya yığmasının kapitanı İker Kasilyas növbəti mükafatını alıb.29 yaşlı qapıçı "Qızıl əlcək" mükafatını qazanıb. Kasilyas mundialda ən azı qol buraxan (2 top) qapıçı olub. O, 7 oyunda bu qədər top buraxıb.
Qeyd edək ki, SSRİ-nin əfsanəvi qapıçısı Lev Yaşinin adına verilən "Qızıl əlcək" dünya çempionatlarının final mərhələsinin ən yaxşı qapıçısına verilir.

Dünya Çempionatından Maraqlı XəbərlərCAR-da keçirilən XIX dünya çempionatının qalibi olan İspaniya milli komandası unikal nəticəyə imza atıb. Tarixində ilk dəfə planetin ən güclüsü olan Visente del Boskenin yetirmələri turnirə məğlubiyyətlə başlayan ilk çempion kimi tarixə düşüblər.
Mundialdakı ilk oyunlarında İsveçrəyə 0:1 hesabı ilə uduzan ispaniyalılar ardıcıl 6 qələbə qazanmaqla qızıl medallara sahib olub. 1930-cu ildən keçirilən dünya çempionatları tarixində heç bir komanda belə nəticəyə imza atmayıb.

Dünya Çempionatından Maraqlı Xəbərlər"İspaniya ilə final oyunu heç də asan alınmadı. Bizim qol vurmaq, oynamaq imkanlarımız var idi. Ancaq biz onlardan istifadə edə bilmədik. Elə ispanlar da eyni vəziyyətdə oldu". Bu fikirləri Hollandiya yığmasının baş məşqçisi Bert van Marveyk deyib.
DÇ-2010-un finalında İspaniya yığmasına uduzaraq (0:1) gümüş medalla kifayətlənməli olan "narıncılar"ın çalışdırıcısı rəqibin layiqli qələbə qazandığını inkar etmir: "Mən finalı uduzduğumuza görə çox məyusam. Özü də əlavə vaxtda uduzduq. Həmin 30 dəqiqənin əvvəlində qırmızı vərəqə aldıq. Heytinqa meydanı tərk etdi və müdafiəmizdə boş zonalar yarandı. Ancaq obyektiv olacağam, bu gün güclü qalib gəldi. Özü də Aryen Robbenin iki qol imkanı oldu. Xüsusilə ikinci qol vəziyyəti təhlükəli oldu. Həmin vaxt ona qarşı qayda pozuntusu var idi".
Van Marveyk oyunu idarə edən ingilis baş hakim Hovard Uebbi tənqid edib: "Hamı gördü ki, hakim qoldan bir neçə dəqiqə əvvəl Uesli Sneyderin cərimə zərbəsindən sonra ispanların qapısına künc zərbəsi təyin etməli idi. Bütün stadion buna diqqət yetirdi, ancaq hakim yox. Referi bu epizodu diqqətdən kənarda qoymağa qədər iki dəfə fikirləşməli idi".

Dünya Çempionatından Maraqlı XəbərlərCAR-da keçirilən XIX dünya çempionatının qalibi olan İspaniya milli komandası unikal nəticəyə imza atıb. Tarixində ilk dəfə planetin ən güclüsü olan Visente del Boskenin yetirmələri turnirə məğlubiyyətlə başlayan ilk çempion kimi tarixə düşüblər.
Mundialdakı ilk oyunlarında İsveçrəyə 0:1 hesabı ilə uduzan ispaniyalılar ardıcıl 6 qələbə qazanmaqla qızıl medallara sahib olub. 1930-cu ildən keçirilən dünya çempionatları tarixində heç bir komanda belə nəticəyə imza atmayıb.

Dünya Çempionatından Maraqlı XəbərlərCənubi Afrika Respublikasında keçirilən 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu müəyyənləşib.
Uruqvay yığmasının hücumçusu Dieqo Forlan ən yaxşı futbolçu seçilərək, "Qızıl top" mükafatına sahib çıxıb. Madridin "Atletiko" klubunda oynayan Forlana sorğuda iştirak edənlərin 23,4 faizi səs verib. İkinci yer holland yarımmüdafiəçi Uesli Sneyder, üçüncü pillə ispan hücumçu David Vilyaya qismət olub. Hər üç futbolçu mundialda 5 qolla şərikli bombardir olub. DÇ-2010-da 4-cü yer tutan, 11 qoldan 5-nə imza atan Dieqo iki ay öncə "Atletiko"nun heyətində Avroliqanın qalibi olub.
Qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən DÇ-2006-da ən yaxşı futbolçu kimi "Qızıl top" mükafatı gümüş mükafatçı olan Fransa yığmasının yarımmüdafiəçisi Zinəddin Zidana verilmişdi.

Dünya Çempionatından Maraqlı Xəbərlər"Final oyununda baş verənlər dünya idmanı üçün rüsvayçılıqdır". Bu sözləri Hollandiya milli komandasının futbolçusu Uesli Sneyder deyib. Dünya çempionatının final matçında İspaniyaya 0:1 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənən "narıncılar"ın 26 yaşlı yarımmüdafiəçisi hakimlikdən narazı qalıb.
Qarşılaşmadan sonra Sneyder ingiltərəli hakim Hovard Uebbin ardıcıl səhvlər seriyasından gileylənib: "İnyesta qırmızı vərəqə almalı idi. Ardınca hakim künc zərbəmizi vermədi. Az keçməmiş isə ispaniyalılar oyundan kənar vəziyyətdən qol vurdular. Görüşün və bütün turnirin taleyini bir dəqiqə həll etdi. Bizim əla qol imkanlarımız oldu. Onlardan yararlansaydıq, biz dünya çempionu olardıq. Lakin bu baş vermədi".
Qeyd edək ki, İspaniya millisi Andres İnyestanın 117-ci dəqiqədə vurduğu qol sayəsində dünya çempionu adını qazanıb.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 6154   Tarix: 13 iyul 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Karvan-Yevlax" "Qarabağ"a qarşı oyuna baş məşqçisiz çıxacaq

Bu gün Misli Premyer Liqasının XVII turunda "Qarabağ"la qarşılaşacaq "Karvan-Yevlax" klubu meydana baş məşqçisiz çıxacaq. Bu barədə -a klubun Mətbuat Xidmətindən açıqlama verilib. Bildirilib ki, klubu meydana baş məşqçini əvəz edən Füzuli Məmmədov çıxaracaq. Klubun rəsmi baş məşqçis

29.11.2025 426
.

Respublika stadionunda "Qarabağ"ın oyunu öncəsi vəziyyət necədir? - Video

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"la üz-üzə gələcək. "Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonu yağış yağmasına baxmayaraq oyuna hazır vəziyyətdədir

10.12.2025 577
.

"Fənərbağça" və "Qalatasaray" Superliqada 137-ci dəfə üz-üzə gələcəklər

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək. "Report"un məlumatına görə, "Fənərbağça" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər Superliqa tarixində 137-ci dəfə qarşılaşacaqlar

01.12.2025 475
.

"Messi olmaq istəmirəm" - Lamin Yamal

İspaniya yığmasının və "Barselona"nın gənc ulduzu Lamin Yamal maraqlı açıqlamalar verib. "Qafqazinfo"nun məlumatına görə, CBS kanalına danışan 18 yaşlı oyunçu katalonların sabiq ulduzu Lionel Messi ilə müqayisə olunmasına mübasibət bildirib. "O, tarixin ən yaxşısıdır. Hər ikimi

02.12.2025 681
.

"Real Madrid" uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb

"Real Madrid" uzun müddətdir transfer siyahısına daxil etdiyi "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib. "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarlar

30.11.2025 370
.

Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI

Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb. -ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib. Messinin klublarda və milli komandad

30.11.2025 542
.

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ" "Karvan-Yevlax"la qarşılaşıb. "Qafqazinfo" xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüşdə Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. "Qarabağ" – "Karvan-Yevlax" - 3:0. Qol: Nərima

03.12.2025 712
.

Qurban Qurbanov Əkbərlə belə görüşdü - Video

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qarabağ" - "Ayaks" oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş ötən gün baş tutan "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra olub. Qurban Qurbanovun Əkbərlə görüşün

15.12.2025 436
.

Lyuis Hemilton "Ferrari" komandasından və azarkeşlərindən üzr istədi

Yeddiqat dünya çempionu və "Ferrari" pilotu Lyuis Hemilton Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsindən sonra 16-cı yeri tutduğu, ümumiyyətlə bu mövsüm yaxşı çıxışı ilə yadda qalmadığı üçün komandadan və azarkeşlərdən üzr istəyib. xəbər verir ki, bu barədə "Sportskeeda" məlumat yayıb

07.12.2025 539
.

TOP MP3