"Xəzər Lənkəran"ın futbolçuları qovulur - Siyahı

"Xəzər Lənkəran"ın "Makkabi qarşısında aldığı 8-0-lıq biabırçı məğlubiyyətindən sonra Con Toşakın Lənkəranı tərk etməsi barədə xəbərlər yayılıb.
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Qafqazinfo"ya açıqlamasında Con Toşakın klubu tərk etməsi barədə yayılan xəbərləri təkzib edib: "Acı nəticəyə görə hamımız üzgünük. Amma ortada bəsit bir məntiq var. Eyni komanda bir həftə öncə rəqibinə səfər meydanında 0-2 məğlub olur, 4 real qol vəziyyəti yaradır, amma gəlib evində doğma azarkeşləri önündə belə böyük hesabla məğlub olur. Demək ki, hansısa futbolçular 2 il öncə Mirça Rednikin başına gətirdiklərini bu gün təkrarlamaq istəyirlər. Amma bu olmayacaq.Con Toşak vəzifəsini icra etməkdə davam edir. Səhər məşqinə də komandanı o çıxarıb"

H. Cəbrayıloğlu komandadan uzaqlaşdırılan futbolçuların adlarına da aydınlıq gətirib: "Bu dəfə günahkar olan futbolçular gedəcəklər. Onu da deyim ki,səhər məşqindən sonra artıq 2 futbolçu komandadan uzaqlaşdırılıb. Bunlar Eder Bonfim ve qapıçı Toni Doblasdır. Bu siyahı uzana da bilər. Burda başqa səbəb ola bilməz. Matçdan öncə futbolculara ilk mərhələni keçdikləri üçün ayrılan pul mükafatı da verilib. Üstəlik mükafatın məbləği kifayət qədər böyük idi".

Qeyd edək ki, artıq klubun rəsmi saytında da futbolçuların qovulması ilə bağlı məlumat yayılıb:

"UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Makkabi"(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası "Xəzər Lənkəran" klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib. Komandamızın bir həftə öncə səfər meydanında 0-2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub. Bunu əsas götürən "Xəzər Lənkəran" klubu bu gün iki futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Əlavə olaraq qeyd edək ki, göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3556   Tarix: 26 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533