Azərbaycanın ən bahalı aktrisaları

Azərbaycanın ən bahalı aktrisalarıAzərbaycanda milli kino və serialların çəkilməsi üçün son iki-üç ildə dövlət tərəfindən bir neçə dəfə pul ayrılıb. Son dəfə isə kinoçəkənlərin ixtiyarına nə az, nə çox düz 6 milyon manat pul verilib. Amma məsələ heç də bu sahəyə pul ayırmaqla bitmir. Ondan da daha vacibi bu pulun yaradıcı heyət arasında bölüşdürülməsidir.

www.BiG.AZ axsam.az-a istinadən bildirir ki, Azərbaycan aktyorlarının bir çəkiliş gününə tələb etdiyi qonorarın məbləğini araşdırmağa çalışmışdıq. İndi isə növbə aktrisalarındır.

Xalq artisti Məleykə Əsədova hesab edir ki, hər hansı çəkilişə görə öncədən qonorar demək doğru deyil. Səbəbini isə belə izah edir: "O baxır rolun böyük-kiçikliyinə. Belə məsələlərdə şifahi şəkildə nəsə deyə bilmərəm. Əvvəlcə ssenarini oxumalıyam, çəkiləcək aktyor heyətindən, digər əməkdaşların kimliyindən xəbərdar olmalıyam. Çünki məni işin keyfiyyəti daha çox maraqlandırır. Bu yaşıma qədər kiminsə əvəzinə danışmamışam və indi də danışmaram. Kimsə qiymət deyirsə, bu, onun öz işidir".

Əməkdar artist Naibə Allahverdiyeva isə Məleykə Əsədovadan fərqli olaraq, düşünür ki, qonorarı əvvəlcədən danışmaq mümkündür. Amma aktrisanı narazı salan başqa bir məqam var: "Mənim tələb eləməyimlə deyil ki, baxır hansı rejissor nə qədər qonorar verəcək. Onsuz da kinoya ayrılan pullar aktyorlara çatmadığına görə peşəkarlar kənarda qalıblar. Hansı seriala baxırsan, yaman gündədir. Hamısı həvəskarlardır. Heç olmasa günümüzə 200 manat versələr, adam normal çəkilərdi. Şəxsən mən 150 manatdan aşağı çəkilmirəm".

Dövlət Musiqili Teatrının aparıcı aktrisası, əməkdar artist Nahidə Orucovanın tələb edəcəyi qonorar filmin büdcəsindən asılıdır. Əgər filmin, serialın normal büdcəsi varsa, N.Orucova 500 manatdan aşağı çəkilmir. Əməkdar artistin bu məbləği istəməyinə səbəb də var: "Məsələn çəkildiyim "Qaynana" serialında hər çəkiliş günümə 500 manat alırdım. Çünki mən fakturada və mən qabaritdə ikinci bir aktrisa yoxdur hazırda. Əvvəl var idi: Zərnigar xanım və Şəfiqə Məmmədova. Amma indi belə bir aktrisa yoxdur".

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Şəlalə Quliyeva isə deyir ki, çəkilişdən çəkilişə fərq var. Əgər çöl çəkilişidirsə, nisbətən yüksək qonorar ödənilməlidir: "Setkom, çöl, içəri, natura çəkilişi anlayışları var. Buna görə də dəqiq nəsə demək üçün konkret şərait olmalıdır".

Dram Teatrının digər aktrisası, əməkdar artist Münəvvər Əliyeva isə bu fikirdədir ki, aktrisalara yüksək qonorar ödənilməlidir: "Amma Azərbaycanda bir çəkiliş gününə maksimum 200-300 manat ödənilir. Baxın Türkiyədə və digər ölkələrdə qonorar çox yüksəkdir. Amma istənilən halda filmin büdcəsindən çox şey asılıdır".

Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Malik isə hesab edir ki, aktrisanın gündəlik qonorarı heç olmasa 300-500 manat olmalıdır: "Məsələn mən "Muradına çatan günəş" serialında günümə 100 manat alırdım. Amma bu çox azdır. Əgər filmdirsə, qiyməti ümumi danışmaq lazımdır. Yəni bu filmə filan qiymətə çəkiləcəyəm. Şəxsən məni verilən qonorar qane etmir. Axı mən kənar adam deyiləm, ömrümün 29 ilini bu sahəyə həsr etmişəm. İndi kənardan yoldan keçən biriylə eyni qonorar almağım nə dərəcədə düzgündür?".

Həmin teatrın digər aktrisası Nəsibə Eldarovanın çəkiliş günü isə minimum 100 manatdır: "Amma 150 manata da çəkilmişəm, 400 manata da. 400 manata çəkildiyim teleserial olub, adını demək istəmirəm. Amma əsər yaxşı olsa, 100 manatdan da aşağı məbləğə gedib çəkilərəm. Yəni məni pul maraqlandırmır".

Aktrisa Dilarə Nəzərova isə 300 manata epizoda çəkildiyini xatırlayır. "Rusiyada kütləvi səhnədə oynayan aktyor 750 dollar alırsa, biz niyə almayaq?" – deyən D. Nəzərova bu üzdən bir az baha qiymət deməyin tərəfdarıdır: "Sırf kiçik epizodu yuxarı məbləğə oynayarsan. Məsələn, 500-1000 manata. Rusiyada "massovka" 750 dollardır".

Akademik Milli Dram Teatrının aktrisası Gülnarə Abdullayevanı çəkiliş meydançasında görmək istəyən aktyor bir günə 100 manat ödəməlidir. Amma aktrisa zamanında daha ucuz məbləğə də kamera qarşısına keçib: "Elə olub ki, 150 manat da almışam. Amma "Həyat varsa"da 50 manata da çəkilmişəm. Bu da ona görə olub ki, məni ora tələbə yoldaşım Mehman Məmmədov dəvət etmişdi".

Əməkdar artist Sənubər İsgəndərli isə qonorarla bağlı danışmaq istəmədi. Amma həmkarlarından öyrənə bildik ki, o, yetərincə bahalı aktrisa sayılır. Belə ki, S. İsgəndərlinin bir günlük qonorarı minimum 500 manatdan başlayır. Necə deyərlər, sağlığına qismət!

Xalq artisti Amaliya Pənahovadan bir çəkiliş günü üçün tələb etdiyi qonorarın məbləğini öyrənmək istəsək də mümkün olmadı. Amma onu da ən bahalı aktrisa hesab etmək olar. Əldə etdiyimiz məlumata görə, Pənahova 700-1000 manat müqabilində bir gününü çəkiliş meydançasında keçirə bilər.

Bu yaxınlarda ailə quran əməkdar artist Tünzalə Əliyeva isə bir gün üçün 300 manat qonorar tələb edir.

Sonda qeyd edək ki, aktyorlarda olduğu kimi, aktrisalar arasında da yetərincə ucuz qiymətə çəkilənlər var. Amma elə çox güman ki, həmin aktrisaların çəkildikləri baxıb tənqid edə-edə kanalı dəyişdiklərimizdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9096   Tarix: 21 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785