Qorxu və həyəcan içində yaşayıram

Qorxu və həyəcan içində yaşayıramKeçən ay peşə fəaliyyətinə görə silahlı basqına məruz qalan məşhur teleaparıcı və psixoloq İlham Mirzəyev ailəsi ilə birlikdə qorxu və vahimə içində yaşayır.

Axşam.az xəbər verir ki, teleaparıcı ANS PRESS-ə açıqlamasında, ona təcavüz edərək ölümlə hədələyən şəxsin hələ də azadlıqda olduğundan narahatlığını bildirdi:

"Mənim ailəm, iki övladım, həyat yoldaşım, anam və özüm bu dəqiqə stress, qorxu və həyəcan içində yaşayırıq. Anam şəkər xəstəsi olduğundan bu yaşananlar üzündən bir neçə dəfə komaya düşüb. Çünki bu insan azadlıqdadır. Qorxmadan 3 nəfərlə maskalanıb silahla mənə təcavüz edən bir insandan hər şey gözləmək olar. Mən prezidentimin, dövlətimin , xalqımın, vətənimin yolunda şəhid olmağa belə hazıram. Və özümü xoşbəxt sayaram. Amma hansısa nadanın bıçağının və yaxud da başqa silahının qurbanı olsam, mənim qəbrim də od tutub yanar".

Hadisə ilə bağlı Yasamal Rayon Baş Polis İdarəsində cinayət işi açılıb. İlham Mirzəyevin şikayəti əsasında qarşı tərəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluq və ölümə qəsd maddələri ilə iş açılıb. Teleaparıcının sözlərinə görə, təqsirləndirilən şəxs hədələrlə, şantajla ondan şikayətini geri götürməsini tələb edir.

"Hadisədən əvvəl hər gün zəng vurub məni təhqir edib, hədələyirdi. Bu hadisə baş verdikdə mən hüquq-mühafizə orqanlarına şikayət etdiyim üçün bir neçə gün ondan səs-soraq çıxmadı. Amma yenə də məni narahat etməyə başlayıb. Məndən şikayətimi geri götürməyimi istəyir. Şikayətimi geri götürməyəcəyim təqdirdə məni şərləyəcəyini deyir. Evimə narkotik və ya silah atmaqla hədələyir" - deyən İlham Mirzəyev nə edəcəyini bilmir.

Çarəsiz halda olan tanınmış teleaparıcı gecə-gündüz xof içində yaşadığını deyir:

"Başa düşə bilmirəm nəyi gözləyirlər. Mən öləndən və övladlarıma bir şey olduqdan sonra polislər onu həbs edəcəklər? Tibbi ekspert öz rəyini verib, şahidlər dindirilib və mən zərərkçəkmiş kimi tanındım. Cinayət işi açılmağına baxmayaraq, o, təqsirkar, mən zərərçəkmiş kimi tanınmağıma baxmayaraq bu adam hələ də azadlıqdadır. Deyir ki, onsuz da mən Rusiyada işlərimi düzüb qoşmuşam. Səni və ya ailəndən birini öldürüb qaçıb gedəcəm ora. Mən biznesmenəm, yetərincə pulum var. Pulum varsa, istədiyimi edə bilərəm.

O, Azərbaycanda mötəbər bir şəxsin adından istifadə edir. Amma mən istəmərəm ki, hansısa məmurun adından istifadə edib haqsızlıq törətsinlər. Bəlkə də o məmurun heç baş verənlərdən xəbəri yoxdur. Bir az gözləyəcəm, vəziyyətin gedişatı məni qane etməsə, həmin məmurun adını mətbuata açıqlayacam. Qoy, xəbəri olsun ki, onun adı ilə nə işlər görülür.

Mən dövlətimizə, qanunlarımıza, ən başlıcası da ölkə başçımıza ınanıram. Xalqımı sevirəm, 22 ildir bu xalqa xidmət edirəm. İnanıram ki, prezidentim və dövlətim məni bu nadanın əlində qoymayacaq".

İlham Mirzəyev mediaya müraciət edərək, köməyə ehtiyacı olduğunu bildirdi:

"Media 4-cü hakimiyyətdir. Əgər siz bu məsələni nəzarətdə saxlasanız, inanıram ki, haqq-ədalət yerini tutacaq. Ey 4-cü hakimiyyət, mən sizdən kömək gözləyirəm və üzümü tuturam bütün Azərbaycan mediasına, mənə dəstək olun, mən sizə güvənirəm. Əgər bu gün belə bir iş mənim başıma gəlibsə, deməli, heç bir jurnalist bundan sığortalanmayıb."

Teleaparıcı hüquq-mühafizə orqanlarına da üz tutaraq sözünü dedi: "İndi sözüm sizədir, cənab orqan işçiləri, hansınızınsa övladı mənimki kimi sui-qəsdə, təhqirə və təzyiqə məruz qalsaydı, artıq həmin şəxsi həbs etmişdiz. Məni də bir ana dünyaya gətirib, mən də insanam, mən də atayam. Bu yaşımda iki övlad tapmışam, onları əzab-əziyyətlə böyütmüşəm. Sizdən artıq dərəcədə rica edirəm, məni hansısa bir nadanın badına verməyin..."

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3646   Tarix: 15 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 509
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 977
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

12:00 195
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 439
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 314
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 347
.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

04.05.2024 1788
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

00:29 924
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 862