Ali məktəblərin bəzi ixtisaslarına seçim zamanı məhdudiyyətlər qoyulacaq

Ali məktəblərin bəzi ixtisaslarına seçim zamanı məhdudiyyətlər qoyulacaqBu il Azərbaycanda ali məktəblərin bəzi ixtisaslarına seçim zamanı məhdudiyyətlər tətbiq olunacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, Azərbaycan Dillər Universitetinin ixtisaslarının ("Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi)", "İbtidai sinif müəllimliyi", "Filologiya (Azərbaycan dili və ədəbiyyatı)" və "Beynəlxalq münasibətlər ixtisasları" istisna olmaqla) seçiminə bəzi məhdudiyyətlər qoyulub. Belə ki, "Xarici dil müəllimliyi (alman dili)", "Tərcümə (Alman dili)", "Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)", "Regionşünaslıq (Almaniya üzrə)" və "Filologiya (alman dili və ədəbiyyatı)" ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi alman dilini qeyd etmiş abituriyentlər seçə bilərlər.

Bundan əlavə, "Xarici dil müəllimliyi (fransiz dili)", "Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)", "Regionşünaslıq (Fransa üzrə)" və "Filologiya (fransız dili və ədəbiyyatı)" ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi fransız dilini qeyd etmiş abituriyentlər, digər ixtisasları isə yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini ("Regionşünaslıq (Ərəb ölkələri üzrə)" ixtisasında ingilis və ya ərəb dilini) qeyd etmiş abituriyentlər seçə bilər.

Xəzər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili)", "Filologiya (ingilis dili və ədəbiyyatı)" və "Tərcümə (ingilis dili)" ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş abituriyentlər seçə bilər.

Azərbaycan Tibb Universitetinin "Hərbi həkim işi" ixtisasını qəbul imtahanlarından əvvəl ərizə qəbulu mərhələsində hərbi həkim komissiyasından keçən və ümumi balı 450-dən az olmayan yalnız oğlanlar, Bakı İslam Universitetinin ixtisaslarını iyulun 1-dən 6-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən və ümumi balı 100-dən az olmayan abituriyentlər, Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmi energetik qurğularının istismarı mühəndisliyi", "Dəniz naviqasiyası mühəndisliyi", və "Elektrik mühəndisliyi" ixtisasları üzrə müsabiqədə yalnız oğlan abituriyentlər, Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş abituriyentlər, "Uçuş mühəndisliyi" ixtisasını həmin təhsil müəssisəsində xüsusi tibbi müayinədən, "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə xüsusi qabiliyyət müsabiqələrindən uğurla keçmiş və 23 yaşına çatmamış oğlan abituriyentlər, "Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi" ixtisasını isə xüsusi tibbi müayinədən, "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçmiş və 23 yaşına çatmamış həm qız, həm oğlan abituriyentlər seçə bilər.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3071   Tarix: 13 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 462
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 128
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 793
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 461