DƏHŞƏT: Matçda futbol hakiminin başını kəsdilər (Foto)

Braziliyanın şimalında Pio XII kəndində həvəskar futbol matçında qorxunc hadisə baş verib.

Matç zamanı 20 yaşlı Octavio Da Silva adlı hakim 30 yaşlı futbolçu Josenir Dos Santosla dalaşıb. Davada hakim futbolçunu bıçaqlayaıb. Elə dəhşət də bundan sonra yaşanıb. Bunun ardından tamaşaçılar meydançaya enərək hakimi linç ediblər. Daşladıqdan sonra başını kəsərək öldürüblər.

30 iyunda baş verən dəhşətli hadisədən dərhal sonra polis istintaqa başlayıb və 2 iyulda 27 yaşlı bir adam həbs olunub.

Polisin adından açıqlama verən dedektiv Valter Kosta, "Bu hadisədəki bütün günahkarları tapıb mühakimə edəcəyik. Bir cinayət başqa bir cinayəti haqlı çıxartmaz. Bu tip hərəkətlər dövlət qanunlarına ziddir" deyib.

2014-cü ildə Dünya Kubokuna və 2016-cı ildə də olimpiadalara ev sahibliyi edəcək Braziliyanın turistlərə ölkənin tamamilə etibarlı olduğunu sübut etməyə çalışdığı dövrdə, bir çox şəhərdəki qiyamların ardından yaşanan bu vəhşi futbol cinayəti hökuməti çətin vəziyyətə salıb.

mənbə: anspress.com

DƏHŞƏT: Matçda futbol hakiminin başını kəsdilər (Foto)DƏHŞƏT: Matçda futbol hakiminin başını kəsdilər (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 4445   Tarix: 07 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş