Şəki sakininin evini ilanlar basıb (Video)

Şəki sakininin evini ilanlar basıb (Video)Şəkinin Kiçik Dəhnə kənd sakini təhlükəli problemlə üzləşib. Söhbət kənd sakini Gültəkin Alxasovadan gedir. Gültəkin Alxasova artıq yarım aydır ilanlarla birlikdə yaşayır. Belə ki, tək yaşayan qadının evində ilan məskən salıb. Gültəkin Alxasovanın sözlərinə görə yarım ay öncə həyətində ilana rast gəlib. Qadın əlinə kürək alıb heyvanı öldürmək istəsə də ilan evin qapısının açıq olmasdından istifadə edərək içəri qaçıb.

İlanın arxasıyla evə daxil olan qəhramanımız burda tam fərqli mənzərə ilə üzləşib. Belə ki, ilan evə girərək gözdən itir. Üstündən bir müddət keçdikdən sonra isə qadın çox qorxunc bir mənzərə ilə qarşılaşır. O, evin içərsində ilan balalarına rast gəlir. Qəhramanımız özünü itirmir və balaların hər birini o andaca öldürür. Ancaq qadının problemləri bundan sonra heç də azalmır. Canını qurtardığını düşünən Gültəkin Alxasova bundan sonra balaların anası ilə bir evdə baş başa qalır. Belə ki, evə girmiş ilan hər addım başı onun qarşısına çıxaraq qadına əsl qorxulu anlar yaşadır. Gültəkin Alxasova o gündən bu yana evə girə bilmədiyini deyir.

İlandan canını qurtarmaq üçün müxtəlif üsullara əl atdığını deyən qadın evinin hər bir künc bucağına dərmanlar tökdüyünü deyir. Ancaq ev sahibi bu dərmanların da heç bir faydası olmadığını bildirir.

Son çarə olaraq qadın kənd baytarına müraciə edib. Baytrarlıqdan Gültəkin Alxasovaya bu cür hadisəylə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. Həmçinin bu sahənin baytarlığa aid olmadığı qadının diqqətinə çatdırılıb. Ancaq buna baxmayaraq məsələ ilə bağlı ona kömək əlinin uzadılacağı bildirilib. Baytarlıqdan ilanı qaçırmaq üçün xüsusi dərman verilib.

Əlbəttə, dərmanların öz təsirini nə vaxt göstəricəyi hələlik məlum deyil. Odur ki, qəhramanımız, bu çağrılmamış qonaqla hələ bir müddət də yaşamalı olacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7961   Tarix: 05 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 0
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

12:10 74
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 0
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 0
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 294
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 211
.

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib. Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçü

27.04.2024 160
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 0
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 353