Mehriban Əliyevanın sədrliyi ilə Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub

Mehriban Əliyevanın sədrliyi ilə Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olubİyunun 25-də 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olmuşdur. Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva iclasda iştirak etmişdir.

Təşkilat Komitəsinin ikinci iclasında Komitənin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qarşıda duran vəzifələrdən danışaraq dedi:

"Hörmətli iclas iştirakçıları. Bu gün biz birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasını keçiririk. Birinci iclas bu il fevralın 2-də cənab Prezidentin rəhbərliyi ilə keçirilmişdir. Bu fakt özlüyündə onu göstərir ki, dövlət bu oyunların hazırlanmasına və keçirilməsinə çox böyük diqqətlə yanaşır.

Birinci görüşümüzdən ötən dövr ərzində bir sıra hazırlıq işləri həyata keçirilmişdir. Qarşımızda duran məsələlərin həlli istiqamətlərində tədbirlər görülmüşdür. Eyni zamanda, yeni çağırışlar, yeni məsələlər ortaya çıxır. Ümidvaram ki, bugünkü görüşdə biz bütün bu sualları birlikdə müzakirə edəcəyik".

Mehriban Əliyeva bildirib ki, Təşkilat Komitəsinin üzərinə çox böyük məsuliyyət düşür:

"Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir.

Mən qeyd etmək istərdim ki, hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Daha dəqiq olsam, oyunların başlanmasına 98 həftə qalıb. Bu, o deməkdir ki, vaxt çox azdır. Ona görə biz gərək daha da fəal işləyək və dövlətin qarşımızda qoyduğu məsələlərin icrası üçün əlimizdən gələni edək. Mən əminəm ki, buna nail olacağıq".

İclasda ümumi baxışı və atletlər kəndinin master planını təqdim edən gənclər və idman naziri Azad Rəhimov Olimpiya kəndində aparılan işlərdən danışdı. Bildirdi ki, təxminən 7 min 300 atletin Olimpiya kəndində qalması, qidalanması və istirahəti üçün bütün şərait yaradılacaqdır. Bu məsələ ilə bağlı xarici və yerli mütəxəssislərin birgə çalışdığını deyən Azad Rəhimov Təşkilat Komitəsinin ilk iclasından sonra keçən dövrdə Avropa Oyunları ilə bağlı 18 Anlaşma Memorandumunun imzalandığını, oyunlarda 18 idman növünün təmsil olunacağını, daha iki idman növü üzrə memorandumların imzalanacağının gözlənildiyini bildirdi.

Mehriban xanım Əliyeva oyunlara hazırlıqla bağlı infrastruktur məsələlərinin həllinin vacibliyini bildirdi, idman qurğularının monitorinqinin aparıldığını qeyd etdi.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Olimpiya kəndində həyata keçirilən tədbirlərin bir neçə mərhələdə reallaşacağını dedi.

Avropa Oyunları üzrə işçi qrupunun icraçı məsləhətçisi Daq Arnot planlaşdırma prosesi barədə məlumat verdi, gələn həftədən kütləvi informasiya vasitələri ilə əməkdaşlığa başlanılacağını qeyd etdi.

Avropa Oyunlarının təhlükəsizlik üzrə məsləhətçisi, Avropa Oyunları üzrə işçi qrupunun üzvü Peter Aşvin 17 gün ərzində keçiriləcək oyunların planlaşdırma mərhələsində təhlükəsizlik məsələlərinin nəzərdən keçiriləcəyini dedi, təhlükəsizliyin dizaynının yaradılması, risklərin idarə edilməsi və nəzarət sistemlərinin yeni nəslinin tətbiqindən danışdı.

Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat-yol kompleksi ilə bağlı tədbirlər planı layihəsinin hazırlandığını, bununla əlaqədar 13 layihənin müəyyənləşdirildiyini diqqətə çatdırdı.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov kütləvi tədbirlər zamanı təhlükəsizlik məsələlərinə sistemli şəkildə yanaşılacağını bildirdi.

Daxili işlər naziri Ramil Usubov Avropa Oyunları ilə bağlı hazırlanan fəaliyyət planının icrasına artıq başlanıldığını, xüsusi texniki vasitələrin alındığını vurğuladı.

Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov həyata keçiriləcək tədbirlərin əhəmiyyətini və həcmini nəzərə alaraq qarşıdakı vəzifələrin icrasına dərhal başlanılmasının vacibliyini qeyd etdi.

Maliyyə naziri Samir Şərifov oyunların keçirilməsinə dair hər bir istiqamət üzrə maliyyə planlaşdırılmasının əhəmiyyətinə toxundu.

Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasına yekun vuran Mehriban xanım Əliyeva aidiyyəti qurumlar arasında geniş və sıx əməkdaşlığın qurulmasının vacibliyini vurğuladı. "İdman ölkəsi kimi tanınan Azərbaycanda irimiqyaslı idman tədbirləri keçirilir. Bununla bağlı beynəlxalq mütəxəssislərin rəyləri də yüksəkdir", - deyən Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcəkdir.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda baş tutacaqdır. Bu ilin yanvarında yaradılan Təşkilat Komitəsində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar və digər şəxslər təmsil olunur.

mənbə: Sonxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2561   Tarix: 26 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 106
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 0
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 110
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 187
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 323
.

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib. Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçü

27.04.2024 160
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 223
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

12:00 78
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

13:00 0