Təhsil Nazirliyindən özəl ali məktəblərə yaşıl işıq

Təhsil Nazirliyindən özəl ali məktəblərə yaşıl işıq Təhsil Nazirliyi özəl ali təhsil müəssisəsində "jurnalistika" ixtisası üzrə tələbə qəbulunun bərpa oluna biləcəyi barədə məlumat verib.

Nazirlikdən verilən məlumata görə, tədris ilinin əvvəlində hər bir ali təhsil müəssisəsi tələbə qəbulu planı ilə bağlı öz təkliflərini Təhsil Nazirliyinə təqdim edir.

"Bu zaman ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yeni açılan və ya yenidən bərpa olunan hər bir ixtisas üzrə maddi-texniki baza və kadr potensialı ilə bağlı məlumatları nazirliyə təqdim edilir. Həmin məlumatlar Təhsil Nazirliyində təhlil olunur, lazım gəldikdə yerində dəqiqləşmələr aparılır və sonunda təkliflərə müvafiq komissiyada baxılır və qərar qəbul olunur.
Qəbul olunmuş qərara və mövcud qaydalara əsasən, hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı təkliflər növbəti ilin yanvar ayının 1-nə qədər Nazirlər Kabinetinə təqdim olunur. Bu səbəbdən gələcəkdə hər hansı ali təhsil müəssisəsi tərəfindən "jurnalistika" ixtisası üzrə qəbul planının verilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər təqdim edilərsə və bu ixtisas üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradılarsa, onda həmin ixtisasa qəbul bərpa oluna bilər".

Qeyd edək ki, 2012-2013-cü il tədris ilindən özəl universitetlərin "jurnalistika" fakültələrinə tələbə qəbulu dayandırılıb.

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1948   Tarix: 18 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 0
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 124
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103