Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)

400-ə yaxın azərbaycanlı tələbə qardaş ölkədə təhsilini başa vurub

Türkiyənin ali təhsil ocaqlarında təhsilini 2013-cü ildə müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın tələbələrimiz üçün Azərbaycanın Türkiyədəki Səfirliyi, ARDNŞ, Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER) və "Palmali" Şirkətlər Qrupunun dəstəyi ilə böyük məzun tədbiri təşkil edilib.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Tədbirdə Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya toplanan məzunlarımız ilk olaraq Heydər Əliyevin adını daşıyan parkı ziyarət ediblər, onun və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının himnini səsləndirilib, daha sonra məzunlar Vətənə xidmət andı içiblər.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Tədbirin ikinci hissəsi Azərbaycanın Türkiyədəki Səfirliyində davam edib. Tədbirdə Türkiyə Ali Təhsil Şurasının sədri (YÖK) Gökhan Çetinsaya, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serdar Çam, TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-ın vitze-prezidenti Samir Kərimli, TR təhsil nazirinin müavini Zübeyir Yılmaz, Ankaranın Etimesqut rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, çox sayda rektorlar, millət vəkilləri, elm adamları, ictimai xadimlər, diaspor nümayəndələrimiz, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Tədbir zamanı, YÖK-ün sədri Gökhan Çetinsaya, TİKA-nın sədri Serdar Çam, AZEDER-in sədri Rəşad Abdullayev, TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-ın vitze-prezidenti Samir Kərimli, TR təhsil nazirinin müavini Zübeyir Yılmaz, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sədr müavini Mesut Kurnaz, Səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibova, Ankaranın Etimesqut rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, millət vəkili Sinan Oğan, Giresun Universitetinin rektoru həmvətənimiz Aygün Attar və Səfirliyimizin müşaviri Dursun Həsənov çıxış edərək, tədbirin əhəmiyyəti, iki qardaş ölkə əlaqələrində gənclərin və xüsusilə də iki ölkədə təhsil almış savadlı kadrların önəmindən geniş və əsaslı bir şəkildə bəhs ediblər.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışı zamanı, yeni məzunlarımıza örnək göstərilməsi məqsədilə vaxtilə Türkiyə universitetlərində təhsil almış və qısa zamanda işlədikləri müxtəlif sahələrdə böyük müvəffəqiyyətlərə imza atmış 3 nümunəvi insan-Mərkəzi Klinika Xəstəxanasının Baş həkimi Kamran Musayev, Santex şirkətinin prezidenti Samir Cəfərov, turizm şirkətinin prezidenti Mahir Əhmədov tədbir iştirakçılarına təqdim olunub.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Daha sonra universiteti fərqlənmə ilə bitirən məzunlarımıza hədiyyələr təqdim olunub. Sonda həmyerlimiz Cavid Təbrizlinin ifa etdiyi gözəl Azərbaycan xalq mahnıları sədaları altında qonaqlara ziyafət verilib.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Tədbirin üçüncü hissəsi məzunlarımızın Mustafa Kamal Atatürkün movzoleyini ziyarət etməsi ilə başlayıb, təhsil müşaviri Nəcibə Nəsibovanın rəhbərliyində Böyük Atatürkün məzarına əklil qoyulub və xatirə dəftərinə ürək sözləri yazılıb.
Məzunlarımız Ankaranın Keçiören rayonunda inşa halında olan Azərbaycan Meydanı və Xocalı Soyqırımı Abidəsinə yola düşüblər.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)Məzunlarımız tədbirin son hissəsini "Kent Otel" mehmanxanasında ziyafət və şənliklə qeyd ediblər. Burada da bütün tələbələrimizə hədiyyələr təqdim olunub və Azərbaycana xas şən musiqi sədaları altında gözəl anlar yaşanıb.
Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4437   Tarix: 15 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

15:44 119
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29.04.2024 295
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

12:58 302
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 376
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 1044
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 247
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 311
.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

17:04 198
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 384