Ömrünü elmə həsr edən alimimiz rəhmətə getdi..

Ömrünü elmə həsr edən alimimiz rəhmətə getdi..25 may 2013-cü il tarixində 64 yaşında Azərbaycan Neft Akademiyasının "Elektrik stansiyalar" kafedrasının müdiri, professor, texniki elmlər doktoru, məşhur alim və pedaqoq Hüseynov Akif Məhərrəm oğlu qəfil dünyasını dəyişib.

Akif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "Elektrik enerjisi" fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.

A.Hüseynov əmək fəaliyyətinə "Azərenerji"də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna "Elektrik enerji sistemləri" kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında "Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna "Elektrik stansiyaları" kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub. 1989-90-cı illərdə A.Hüseynov ixtisas üzrə məruzələri oxumaqla ABŞ-ın bir sıra universitetlərində olub. O, 1995-ci ildə operativ idarəetmə zamanı mürəkkəb elektrik enerji sistemlərinin iş rejimlərinin hesablanması metodlarına həsr edilmiş doktorluq dissertasiyasını müdafiə edib.

2004-cü ildə o, Köln Texniki Universitetində elmi-tədqiqat işlərinin aparılmasında iştirak edib. Onun əsas əmək fəaliyyəti "Elektrik stansiyaları" kafedrasında assistentdən kafedra müdirinədək vəzifəsində çalışdığı Azərbaycan Neft və Kimya İnstitutuyla bağlıdır. Bu iş müddətində Akif Hüseynovun iştirakıyla energetika kimi xalq təsərrüfatı sahəsinin mühüm sahəsində işləmək üçün mütəxəssislər hazırlanıb. O, "Azərenerji" və "Bakı elektrik şəbəkə" sistemində işləmək üçün yüksək səviyyəli kadrların hazırlanmasında həddən ziyadə güc sərf edib.

A.Hüseynov peşəkar hazırlığı, yüksək elmi səviyyəsi, praktiki problemlərin həllində elmi nəticələri istifadə etmək qabiliyyətiylə fərqlənib. O, istehsalata bütün işlənib hazırlanmış proqram komplekslərini tətbiq etməklə müxtəlif koordinatlarda qısa qapanma və müəyyən edilmiş qeyri-simmetrik rejimlərin hesablanması kimi mürəkkəb məsələləri həll edib. A.Hüseynovun nəzəri və eksperimental tədqiqatlarının nəticələri real enerji sistemində yarımçıq fazalı ehtimalların müəyyən edilməsi zamanı praktiki istifadə tapıb. O, elektrik stansiyaları və elektrik enerjisi sistemlərinin avtomatlaşdırılması məsələsinə xüsusi önəm verib.

2007-2008-ci illərdə A.Hüseynov Elmi-tədqiqat enerji İnstitutunun direktoru vəzifəsində çalışıb və eyni zamanda Prezident yanında Ali Attestasiya Komissiyasının üzvü olub.

A.Hüseynov mühəndis, bakalavr, magistr və aspirantların müvəffəqiyyətlə istifadə etdikləri elektrik enerjisinin aktual problemləri üzrə 19 kitab və dərsliklərin, 100-ə yaxın elmi məqalələrin müəllifidir.

A.Hüseynov tərəfindən "Bakı Elektrik Şəbəkə" Tədris Mərkəzinin təşkili, bu sahədə iş üçün mütəxəssislərin seçilməsi və öyrədilməsiylə bağlı böyük işlər görülüb. O, bu sistemin fasiləsiz, qəzasız və tam stabil işləməsi üçün kadrların seçilməsi, onların öyrədilməsi məsələlərinə böyük önəm və diqqət yetirib.

A.Hüseynov həm də gözəl ailə başçısı idi. O, öz həyat yoldaşı və uşaqlarını çox sevirdi. Ailəsi onun üçün hər şey idi. Mərhum alim, övladları-ailəsi üçün yaşayırdı və onlar üçün daim mehriban ata və həyat yoldaşı idi. Böyük alim Akif Hüseynov hafizələrdə də gözəl insan kimi qalacaq.

Allah rəhmət eləsin!

mənbə: faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3612   Tarix: 14 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877