Qapalılıq insanı cəmiyyətdən uzaqlaşdırır

Qapalılıq insanı cəmiyyətdən uzaqlaşdırırCəsarətsiz və öz güclərinə inam hissi olmayan insanlar özlərinə qapanırlar

Qapalı insanlardan çox vaxt başqaları ehtiyat edir və "suyun lal axanı, adamın yerə baxanı" deyimi ilə özlərinə bəraət qazandırırlar. Qapalı insanlar ünsiyyət zamanı belə özləri haqqında heç bir məlumat vermir, sirləri ilə bölüşmür, şəxsi həyatı barədə susurlar. Onların nə fikirləşdiyi və nə edəcəyi həmişə gizli qalır.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, ünsiyyət zamanı onlar özləri haqqında ancaq ümumi məlumatları deyirlər. Misal üçün, onlar harada işlədiyi, harada və kiminlə yaşadığı barədə məlumat verə bilərlər. Amma onlar ailə həyatı, həyat tərzləri, gəliri, hissləri və arzuları barədə susurlar. "Belə insanlar uzun müddət sizinlə ünsiyyət qura, dostluq etsələr belə özləri barədə heç nə danışmırlar".

Qapalı insanlar adətən heç kimi özlərinə yaxın buraxmırlar. Dostluq əlaqələrində belə aralarında müəyyən keçilməyən sədd saxlayırlar. Şəxsi həyatları barədə danışmağı sevmədikləri üçün bu haqda onlara sual verdikdə cavab verməmək üçün müxtəlif bəhanələr uydururlar. Yaxınlarına belə öz sirlərini danışmır və bölüşmürlər. Onlardan nə üçün məyus olduqlarını soruşanda isə ya "mən məyus deyiləm, özümü həmişəki kimi hiss edirəm" ya da "bu haqda danışmaq istəmirəm" deyərək ünsiyyətdən qaçırlar.

Bəs onları bu cür davranmağa nə vadar edir? Psixoloq bildirib ki, çox vaxt insanlar başqalarının diqqətini çəkməmək, qınaq obyektinə çevrilməmək üçün belə edirlər. Onun dediyinə görə, qapalı adamlar başqalarının onların şəxsi həyatına qarışmasını xoşlamır, onların hərəkətlərinin müzakirə ediləcəyindən qorxurlar. "Belə adamlar arxasınca başqalarının danışmasını, şayiə gəzdirməsini istəmirlər. Onlar çox vaxt başqalarının onların sirləri və istəkləri barədə bilib onlara mane olacaqlarından qorxduğu üçün də özləri haqqında hər şeyi gizlədərək tədricən qapalı olurlar. Başqalarına qarşı inamsızlıq, şübhə ilə yaşamaq da insanın qapalılığına, digərlərindən təcrid olunmasına gətirib çıxarır".

Bəzi qapalı insanlar isə gələcəkləri barədə danışmırlar. Belə ki, onlar gözə gəlməkdən ehtiyat edirlər. Onlar adətən danışanda belə ifadələr işlədirlər: "Əvvəlcədən demək mənə düşmür", "Hansısa adamın nəfsi qaldığı üçün işlərim gətirmədi", "Gözdən çox qorxuram", "Bir adamın çox pis nəfsi var" və s. Bəzi adamlar hansısa işi planlaşdırdıqda icra olunana qədər, bəziləri isə icra olunduğuna ənim olduqdan sonra o haqda danışırlar. Onları nəyəsə əmin etmək də çox çətindir. Özlərinə qapanan insanlar başqalarına heç cür inana bilmir, hamıdan şübhələnir və bu hisslərlə mübarizə apara bilmirlər. Misal üçün, yeni işə düzələrkən, ailə həyatı qurmağı planlaşdırarkən, nəsə qiymətli bir şey almağa hazırlaşarkən bir qayda olaraq qapalı insanlar susur və yalnız işləri alındıqdan sonra birdən-birə bunu bəyan edirlər. "Bu hərəkətləri ilə onlar başqalarını, yaxınlarını belə özlərindən soyudurlar. Qapalı insanların hər şeyi gizlətmələri ətrafdakılara çox pis təsir edir. Çoxları belə adamların gözə gəlməmək və ya paxıllıq hissini oyatmamaq, ya da acıq vermək üçün belə etdiklərini düşünürlər. Belə adamın pis və hiyləgər olduğu barədə fikirləşənlər də olur. Bütün bunlarla yanaşı, qapalı insanlar pis təəssürat oyadır. Onların yanında insanlar özlərini əmin və xoşbəxt hiss edə bilmirlər. Bu səbəbdən də belə adamların yaxın dostları və rəfiqələri olmur, yaxud bu cür davranışla kifayətlənən bir-iki adam onlarla yaxınlıq edir".

Müsahibimin dediyinə görə, inanclara inanan adamlarda da sirlilik özünü göstərə bilər. Belə insanlar gələcəkləri barədə planlarını gizlədərək, daim özlərini pis hiss etməsi, işlərinin alınmaması barədə gileylənirlər. Kimdəsə paxıllıq hissini oyatmaqdan qorxarlar. Onlar düşünürlər ki, gələcəkləri barədə planları danışdıqda başqaları onlara pislik arzulaya, işlərinin alınmamasını istəyə bilərlər. "Buna inanaraq tədricən özlərində hər şeyi gizlətməyi, özləri haqqında danışmamağı vərdiş halına gətirirlər. Bəzən bu cür insanlar ünsiyyətcil olmaqları ilə fərqlənir, kollektivdə özünü rahat hiss edir, müxtəlif mövzuları müzakirə edir və qapalı insan təəssüratını oyatmırlar. Lakin əslində isə onlar ümumi şeylər haqqında danışır və öz daxili aləmlərini büruzə vermirlər. Onlar öz "mən"ini heç kimə açmır, bununla da çox vaxt başqalarına sirli və maraqlı görünə bilərlər".

J.Həmidliyə görə, əslində isə insan gələcəyi barədə planları barədə danışarkən, arzularının reallaşacağı sevinci ilə bölüşərkən psixoloji olaraq özünü buna hazırlayır və həmin istiqamətdə fəaliyyətə keçir. "Məqsəd barədə danışdıqda ona nail olmağa adaptasiya prosesi rahat keçir. İnsan pozitiv düşünməyə, özünü daha yaxşı hiss etməyə başlayır. Gizlədib hər şeyi ürəyində saxlayanlar isə fəal hərəkətlərdən yan keçib hər şeyin öz-özünə ya alınacağını, ya da baş tutmayacağını düşünürlər. Onlarda cəsarət və öz güclərinə iman hissi olmadığından da özlərinə qapanırlar. Arzularının reallaşmayacağından ehtiyat edir, başqalarının da bunu bildikdə onlara güləcəklərini gözləyirlər. Bu səbəbdən də özlərini qorumaq üçün qapanır və heç kimə öz hisslərini, duyğularını bildirmirlər. Belə insanların qapalılığı altında çox vaxt həssas və kövrək insan gizlənir".

Psixoloq onu da qeyd edib ki, qapalı olmaq mənfi xüsusiyyət olduğu kimi, öz şəxsi həyatı barədə hər şeyi danışmaq da yaxşı deyil. Hər şeyin öz həddi var. Və bu həddi keçməməklə qapalı insanlar da yavaş-yavaş başqalarına inanmağa, sirləri ilə bölüşməyə, gələcək barədə planlarını qorxmadan deməyə öyrənməlidirlər. Əks halda hamıdan təcrid olaraq, heç kimə inanmadan yaşamaq çox çətin olacaq.

mənbə: bakuinfo.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3023   Tarix: 15 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 248
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12.12.2025 357
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 677
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 400
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 611
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 275
.

Şirəsini sıçratmadan narı dənələməyin asan yolu - Qaşıqla 1 dəqiqəyə

Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğundan, bir çox insan bu meyvədən uzaq durur. Lakin sadə bir fənd sayəsində narı təmizləmək cəmi bir dəqiqə çəkir və ətraf tamamilə təmiz qalır. -ın xarici mediaya istinadla xəbərinə görə, bunun üçün yalnız iti bıçaq və adi metal qaşıq kifayətdir

07.12.2025 569
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.12.2025 324
.

TOP MP3