Lüdviq van Bethoven həyatı

Lüdviq van Bethoven həyatıLüdviq van Bethoven (alm. Ludwig van Beethoven; 17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.

Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur. Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edirdilər.

Lüdviq van Bethoven həyatıBethovenin hamiləri onun musiqisinin vurğunları olsalar da, dahi bəstəkarın qayğılarına çox vaxt etinasızlıq göstərirdilər. Bethoven daha çox qraf Franz Jozef Kinski, Şahzadə Jozef Franz Maksimilian Lobkovits və Karl Aloiz Yohann-Nepomuk Vinsenzlərin himayəsinə bel bağlayırdı. Hamiləri həyatdan köçdükcə və ya sözlərinə dönük çıxdıqca Bethoven borclara düşürdü.

Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Bethoven tədricən insanlardan ünsiyyətdən də yayınmağa başlayır. O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır. O tezliklə bütün çətinliklərə baxmayaraq sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.

Lüdviq van Bethoven həyatıQardaşı oğlu üzərindəki qəyyumluq hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart, 1827-ci il tarixində vəfatı ilə nəticələnir.
Vyana patoloqu və məhkəmə eksperti Kristian Röyter (Vyana Tibb Universitetinin məhkəmə ekspertizası fakültəsinin rəhbəri) bəstəkarın ölümünə Andreas Varvux adlı həkimin diqqətsizliyini əsas səbəb kimi gətirmişdir. Röyterin fikirincə Varvux qurğuşundan zəhərlənmiş Bethovenə qarın boşluğunun yuyulması əməliyyatından sonra qarın nahiyəsi üzərinə isti qurğuşun qoymaqla vəziyyəti daha da ağırlaşdırmışdır. Bethovenin qurğuşundan necə zəhərlənməsi faktını isə müəyyən etmək uçün saysız-hesabsız cəhdlər edilmişdir.

Mənbələr Bethovenin hakim təbəqəyə və sosial rütbəcə özündən üstün olan şəxslərə nifrət etdiyini göstərir. O konsert zamanı tamaşaçıların musiqiyə qulaq asmaq əvəzinə aralarında söhbət etdiyini və ya konsertə lazımı diqqət yetirmədiyini gördükdə musiqini yarımçıq saxlayıb konserti tərk edərdi. Ziyafətlərdə isə birisinin ona gözlənilmədən nə isə ifa etmək sifarişini dərhal rədd edərdi. Tədricən, bu kimi bir çox qarşıdurmalardan sonra hersoq Rudolf saray etika qaydalarından bəzilərinin Bethovene tətbiq olunmaması haqqında fərman verməli olur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6113   Tarix: 11 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

TOP MP3