Stalin hansı şərabı xoşlayırdı?

Stalin hansı şərabı xoşlayırdı?Stalin və içkilər

I hissə

Stalin və içki haqqında çox şey məlumdur. İosif Vissarionoviç içirdi, amma həm də özünü itirməməyə çalışırdı. Müasirlərindən Vyaçeslav Molotov xatırlayır: "Stalin özü çox içmirdi, amma başqalarını içizdirirdi. Çox güman insanların daha rahat danışması üçün şərait yaradırdı. Özü isə az içirdi. Çox nadir hallarda içkili olurdu".

Sovet dövründə bəzi miflər gəzirdi ki, Stalinin ən sevimli içkiləri "Kindzmarauli" və "Xvançkara" gürcü şərabları idi. Şərablar, doğrudan, çox yaxşı olurdu, həm də əsl. Amma Stalin bu içkiləri o qədər də tez-tez içmirdi.

Çoxları daha çox şirin çaxır içirdilər. Stalin isə daha çox çayla konyaka üstünlük verirdi.
Hakimiyyətə yaxın olan Aleksey Rıbin Stalinin içməsi barədə yazırdı: "Onu burada (Soçi nəzərdə tutulur) Voroşilov, Kirov və Kalinin ziyarət edirdilər. Stalin qonaq qəbul etməyi çox sevirdi, amma özü demək olar ki içmirdi. Araq heç içmirdi, konyak nadir hallarda. Çox vaxt "Çinandali" və "Teliani" çaxırlarından içirdi".

Kirov həmin vaxt Stalinlə dostlaşmışdı. Onu tez-tez ziyarət edirdi. Çox vaxt isə ağacların kölgəsində oturub mineral suyla çaxır içirdilər.

Stalinin ətrafdakı insanları içməyə məcbur etməsi də maraqlı idi. Bəzilərindən onun sağlığına içməsini istəyirdi, (bundan imtina etməyə heç kimin cürəti çatmazdı), içməyənləri cərimələyirdi. Müharibə dövründə və ondan sonra tez-tez Stalinin qonağı olmuş Yuqoslaviyada partizan hərəkatının təşkilatçılarından olan Milovan Cilas xatırlayır: "Nahar onunla başladı ki, Stalin təklif etdi ki, hər kəs havanın neçə dərəcə 0-dan aşağı olduğunu desin, sonra isə cərimə kimi səhv etdiyi dərəcə qədər içsin. Xoşbəxtlikdən oteldə termometrə baxmışdım, bildim ki gecə də temperatur düşür, ona görə də cəmi bir dərəcə səhv etdim. Beriya üç dərəcə səhv etdi, dedi ki, bunu bilə-bilə edib ki, daha çox vodka içsin.

Bütün xatirələrdə cəmi iki fakt var ki, Stalin sərxoş olub. Aleksey Rıbin yazır: "Stalini qarovulçu 1930-1953-cü illər arası cəmi iki dəfə sərxoş görüb. S.M.Ştemenkonun ad günündə və A.A.Jdanovun xatirə gecəsində".

S.V.Devyatov, V.İ.Jilyayev, V.V.Pavlov və A.V.Pimanovun "Stalin. Ailə faciəsi" kitabında Blijni bağ evinin keçmiş komendantı İvan Orlovun xatirəsində deyilir: "Jdanovun ölümü Stalinə güclü təsir etdi. O, həmin gün oturub ağladı, deyirdi: "Mən qocayam, xəstəyəm amma yaşayıram, o isə öldü. Kaş ki mən öləydim, o yaşayaydı". Mən heç vaxt Stalini sərxoş görməmişdim. Bu dəfə isə sərxoş idi. O çox özündən çıxmışdı. Hətta onu məcbur yatırmalı olduq".

Stalinin həyat yoldaşının intiharı barədə də elə "Stalin. Ailə faciəsi" kitabında maraqlı fakt var: "Deyilənə görə, həmin vaxt Stalinin arvadının yanında oturmuş Nikolay Buxarin xatırlayırdı ki, Stalin arvadına portağal qabıqları tullayıb".

Həmin mübahisənin detalları bizə naməlumdur. Amma onu bilirik ki, Stalin arvadını təhqir etdi və sonuncu da dözə bilməyərək gecə özünü güllələdi. Stalini uzun müddət Nadejdanın ölümündə günahlandırdılar. Amma fakt fakt olaraq qalır. Həmin vaxt Stalin bağ evlərindən birində idi. Deyilənə görə, ona telefonla zəng ediblər, o isə o qədər sərxoş olub ki, heç söhbətin nədən getdiyini uzun müddət anlamayıb.

Stalin müxtəlif içkilər içirdi, bəzən isə içkiləri qarışdırırdı. Vaxtilə uzun müddət kinematoqrafiya naziri İvan Bolşakovun köməkçisi işləmiş Qriqori Maryamov Kremldə film nümayişində Stalinin içməsini belə xatırlayır: "Budun elə indi də gözümün qabağında sanki balaca, rahat izləmə zalını görürəm. Böyük Kreml sarayının ikinci mərtəbəsindəki bu zalda yumşaq kreslolarda rəhbərlər oturublar. Onların qarşısında qəlyanaltılarla dolu uzun stol var. Rəhbərin zövqü məlum olduğundan qəlyanaltılar məşhur gürcü ustası Laqidze tərəfindən hazırlanıb. Süfrədə çoxlu içkilər var, amma onlar daha çox qırmızı və ağ şərab içirlər. Stalin isə bu iki rəngli şərabı qatışdırıb içirdi".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2717   Tarix: 07 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164