200 nəfərə siqareti tərgitdirən 13 yaşlı qız

200 nəfərə siqareti tərgitdirən 13 yaşlı qız"Siqaretsiz ailəm" layihəsi ilə 200 nəfərə siqareti tərgitdirən 13 yaşlı Doğa Əkərin müsahibəsini təqdim edirik

- 3 il əvvəl atamla dayım siqaret çəkirdilər. Əvvəlcə, "Ata siqareti burax deyə" İstanbulda olan atamla dayıma ictimai mediadan səsləndim və sosial şəbəkələrdə sadə videolar yaydım. Sonra çoxlu sayda insan mənimlə həmrəy olduğunu bilib bu təşəbbüsə qoşuldu.

- Ailən sənə kömək oldumu?

- Bəli, kömək oldu. Əvvəlcə mənə hörmət göstərdi və istədiyim hər mühiti yaratdı. Bununla da layihəmiz böyüdü. Amma insanların siqareti atması çox çətin olur. Əvvəl dayım, sonra da atam siqareti buraxdı. Bizə bir neçə məşhur insan da dəstək verdi və layihə "Siqaretsiz ailəm" adını aldı. "Facebook" səhifəmdə 4500 adam var, bir çoxu da Azərbaycandan olduğu üçün üzvlərin sayı yüksəldi. Bir azərbaycanlı dostum Antalyaya gəldi və evimizdə qonaq oldu. O, ortaq proyektimizə dəstək verir. Onun da video və şəkilləri var.

Uşaqları qorumaq lazımdır. Bir gilə siqaret möhkəm quruluşlu bir insandan 5 dəqiqə ömür alır. Normal quruluşlu bir insandanda bu, 15 dəqiqə edir. Bu hesabla bir siqaret insan ömründən 15 il alır. Hər kəs bilməlidir ki, siqaret bir qatildir və yavaş-yavaş, hiss etdirmədən öldürür. Təqaüdçü olursan, nəvələrin dünyaya gəlir, onları sevmədən ya xərçəng olursan, ya da KOAH xəstəliyinə tutulursan. Onu da deyim ki, məşhur bir siqaret markasının sahibi xərçəngdən öldü. Uşaqlarımızı qorumalıyıq! Əgər evdə, balkonda siqaret çəkirsinizsə, övladınız da bunu görür, həvəslənir və mütləq aludəçisi olur. Bunu etməməliyik. Bizə əmanət edilmiş uşaqlarımızı qorumalıyıq, onların da haqlarını unutmamalıyıq. Çünki doğru, sağlam təhsil vermək hər ailənin vəzifəsidir. Siqaret bir xəstəlikdir, insanlıq günahıdır. Yol qəzasından ölənlərdən qat-qat çoxu siqaretdən ölməkdədir. Ayrıca, siqaret çəkənin müalicə xərci həddindən artıq çoxdur, bu da hər kəsin cibindən çıxır.

- Bu layihəni Azərbaycanda da başlamaq istəmirsiz?

- Azərbaycanın Türkiyədən bir fərqi yoxdur. Mən onları çox sevirəm və layihəmizi Azərbaycanda da dəstəkləyirlər. Əlbəttə, bunun Azərbaycanda da davam etməsini istərdim. Onu da deyim ki, irəlidə mütləq Azərbaycanla bağlı çalışmalarım olacaq. Azərbaycanda həyata keçiriləcək layihə burdakının eyni olacaq. Azərbaycanda könüllülərə ehtiyacım var. "Facebook" səhifəmə baxsanız, Azərbaycanın xüsusi bir yeri olduğunu görəcəksiniz. Azərbaycan bayrağını nə zaman görsəm, öz bayrağım kimi sarılaram, çünki milliyyətçi duyğularım qabarır. Səhifəmdəki videolara baxsanız, hamısını görərsiniz. Ora da mənimdir, bura da. Vətəninizə, sizdən birinizə bir şey olduğunda acı çəkirəm.

- Türkiyədə bu layihəni dövlət adamlarından dəstəkləyənlər varmı?

- 17 plakatım var. Bundan başqa dövlət və xüsusi sektor tərəfindən verilmiş lövhələrim var.

- Layihənizi başqa hansı ölkədə tanıtmaq istəyərdiniz?

- Ölkə ayırmaq səhv olar. Bütün insanlığın bu xəstəlikdən xilas olmasını istəyərdim, amma layihəmin səsini eşitdirəcəyim əsas yer türk dünyasıdır, çünki onlarla eyni dili danışdığımız üçün daha asan olacaq.

- Başqa hansı layihələriniz var?

- Bir başqa layihəmiz 1200-cü illərdən günümüzədək türk tarixini tanıtmaqdır. Türkiyədəki ən böyük yazarlar könüllü olaraq bu layihəmizə dəstək verirlər və kameraların qarşısına keçib bütün yaşananları izah edirlər. Bütün yazıçılarla bir illik ortaq işin nəticəsində bir kitab yazmağı planlaşdırırıq və çox da gözəl olacaq.

- Sonda Azərbaycanlı gənclərə nə təklif edərdiniz?

- Azərbaycanlı qardaşlarıma söyləmək istədiyim odur ki, siqaretli mühitə girməyin, böyüklərinizə xəbərdarlıq edin. Qapalı və qələbəlik olan yerlərdə siqaretdən özünüzü qoruyun və sizin də mütləq bir layihəniz olsun. Yaşaya bilmək üçün sağlamlıq çox əhəmiyyətlidir. Sağlam yaşamaq üçün insan sağlamlığına zərər vuran hər şeydən, xüsusilə də siqaretdən uzaq durmaq lazımdır.

mənbə: xezerxeber.com


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6861   Tarix: 03 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

TOP MP3