Nazpəri Dostəliyeva: İş adamının müğənniyə dəstəyi...

Nazpəri Dostəliyeva: İş adamının müğənniyə dəstəyi...Xalq artisti Nazpəri Dostəliyeva ən son yenilikləri ilə bağlı ilk dəfə olaraq müsahibə verib.

- Nazpəri xanım, sevənləriniz sizdən konsert xəbəri gözləyir.

- Mütləq, möhtəşəm bir konsert proqramı ilə sevənlərin görüşünə gələcəyəm. Heydər Əliyev adına Sarayda baş tutacaq konserti o-bu etməyəcək, bütün xərclərini özüm çəkəcəyəm. Daha sonra Almaniyanın Frankfurt şəhərində bir konsert proqramı nəzərdə tutulub.

- Dediniz ki, konsertin bütün xərclərini özünüz çəkəcəksiniz. Halbuki, bir çoxlarının konserti məhz sponsorların dəstəyi ilə reallaşır. Sizin "sponsor" sözünə münasibətiniz necədir?
- Mənim heç vaxt sponsorum olmayıb. Nə keçmişdə, nə indi heç vaxt kiminsə dəstəyindən istifadə etməmişəm. Allahım imkan verib, boğazımın xəzinəsi ilə ehtiyaclarımı ödəmişəm. "Sponsor" sözünə münasibətim mənfidir. Azərbaycanda uşaqdan tutmuş böyüyə qədər hər kəs "sponsor" sözünə mənfi münasibət bəsləyir. Əgər əvvəllər hansısa bir iş adamının müğənniyə dəstəyi yaxşı qəbul olunurdusa, indi bu münasibət dəyişib, "sponsor" sözü yaxşı qəbul olunmur. Elə konsertimin də inşallah bütün xərclərini özüm çəkəcəyəm.

- Xalq arasında nüfuzu olan, əqidəsi ilə seçilən sənətkar kimi tanınırsınız…Hər zaman da dövlətçiliyimizlə bağlı səsinizi ucaltmısınız. Bəzən deyirlər ki, Nazpəri xanımdan yaxşı millət vəkili çıxar…
- Şərt o deyil ki, rəsmən hansa bir vəzifəni daşıyasan. Mənim içimdə, ürəyimdə hər zaman Azərbaycan xalqına, dövlətçiliyimizə böyük məhəbbətim və sədaqətim olub. Bu baxımdan rəsmi olaraq millət vəkili, ya da digər vəzifədə olmaq vacib deyil. Vacib olan xalqa, dövlətçiliyimizə ürəkdə bağlanmaqdır. Mən əzəldən belə yaradılmışam və əqidəmi də heç kim dəyişə bilməz.

- Bir çox telekanallar sizə qarşı qərəz nümayiş etdirdilər, buna münasibətinizi bilmək maraqlı olardı?
- Yox qərəz deməzdim, sadəcə anlaşılmazlıqar yaşandı. Mən ANS telekanalının adını xüsusi vurğulamaq istərdim ki, hər zaman obyektiv, peşəkar olub. Öz işini layiqincə davam etdirib.

- Bəs digər telekanallar?
- Digər telekanallarla aramızda anlaşılmazlıqlar yaşandı. Mən buna problem də deməzdim.

- Anlaşılmazlıqlar hələ də qalır, yoxsa?
- Yaxın günlərdə bu anlaşılmazlığa son qoyulacaq. Artıq hər şey yaxşıdır. Mən bunu demək istərdim.

- Yəqin ki, yorğunluğunuzu canınızdan çıxarmaq üçün planınızda möhtəşəm bir yay istirahəti də var?
- Sözsüz. Amma hansı ölkəyə, nə vaxt gedəcəyimizi həmin vaxtda sizə xəbər verərəm.

- Sizə xoş istirahətlər!

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2169   Tarix: 29 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 336
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2203
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 630
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 327
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1295
.

Aygün Kazımovanın sahildə çobanla maraqlı dialoqu - Video

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, Pop kraliça sahildə dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Görüntülərdə sahildə dayanan çobanın Aygün Kazımovanı tanıması və ona yaxınlaşması əks olunub. Onlar arasında maraqlı dialoq keçib

02.05.2024 7251
.

"Sevgilinizin adını sponsor qoymayın" - VİDEO

Məşhur prodüser və müğənni Mədinə Məlik qalmaqallı açıqlaması ilə diqqət çəkib. -ə istinadən bildirir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı müğənnilərin sponsor adlandırdığı şəxslərin elə onların öz sevgililəri olduğunu vurğulayıb:. "Onun adı sponsor deyil. Biz elə deyəndə verilişi

30.04.2024 776
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 1170
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 241